İdman

“Barselona” səfərdə çətinliklə qələbə qazandı – VİDEO

Sharing is caring!


“Barselona” İspaniya La Liqasının cari mövsümündə ardıcıl üçüncü qələbəsini qazanıb.

Oxu.Az xəbər verir ki, Kataloniya klubu IV turda səfərdə “Osasuna”dan üstün olub – 2:1.

Hesabı 45+1-ci dəqiqədə Jül Kunde açıb. Lakin 76-cı dəqiqədə Çimi Avila hesabda tarazlıq yaradıb. 84-cü dəqiqədə Alexandro Katena birbaşa qırmızı vərəqə ilə meydandan qovularaq “Osasuna”nı azlıqda qoyub. İki dəqiqə sonra penaltini dəqiq yerinə yetirən Robert Levandovski “Barsa”ya qələbə qazandırıb.

Dörd matçda 10 xal yığan “Barselona” “Jirona” ilə birgə 2-3-cü yerləri bölüşdürür. “Osasuna” altı xalla 10-cudur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir