Siyasət

Zabux sakinləri doğma yurda qayıdışın sevincini yaşayırlar – VİDEO

Laçın rayonunun Zabux kəndinə köçürülmüş sakinlər buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirlərini bölüşüblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2023-cü il avqustun 25-də Zabuxa ilk köç karvanı ilə gəlmiş kənd sakinləri buradakı şəraitdən və doğma kəndə dönüşdən məmnundurlar. Onlar Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident […]

Siyasət

Azərbaycan səfirliyi Odessada səyyar konsulluq xidmətinin göstərilməsini təxirə salıb

Azərbaycanın Ukraynadakı səfirliyi sentyabrın 9-na nəzərdə tutulan səyyar konsulluq xidmətinin həyata keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb. “Report”un xəbərinə görə, diplomatik nümayəndəlikdən bildirilib ki, buna səbəb Ukraynada davam edən hərbi vəziyyətdən irəli gələn təhlükəsizlik risklərinin artmasıdır. Qeyd edək ki, səfirliyin konsulluq şöbəsi sentyabrın 9-da Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsini planlaşdırırdı. Xeberal.az

İdman

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib – FOTO

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, “Heydər Əliyev İli” çərçivəsində Su İdmanı Sarayında təşkil olunan yarışda final qarşılaşmaları ilə həm qadın, həm də kişilərin mübarizəsinə yekun vurulub. Qadınlarda Nərmin Musayeva – Çinarə Quliyeva, kişilərin mübarizəsində isə Asif Əliyev – Heydər Məmmədli cütlükləri bürünc medallara sahib çıxıblar. Daha sonra […]

Cəmiyyət

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib – VİDEO

Bu gün Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, qəza yolun Bakı istiqamətində gedən hissəsində, Abşeron Gənclər şəhərciyinin qarşısında qeydə alınıb. “KIA Optima” markalı avtomobillə “Mercedes-Benz” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “KIA Optima” markalı avtomobil yolun ortasındakı dəmir maneələrə çırpılıb. İlkin məlumata görə, qəzada ölən və xəsarət alan olmayıb. Hadisə yerinə dərhal Dövlət […]

Cəmiyyət

Beş yaşlı Aylinin dəstəyə ehtiyacı var: Müalicə üçün 300 manat lazımdır – FOTO

Kəskin leykemiyadan əziyyət çəkən beş yaşlı Aylinin sizin dəstəyinizə ehtiyacı var. Bu barədə Oxu.Az-a onun anası Gülər İsmayılova məlumat verib. O bildirib ki, övladı bir ildir ki, kəskin leykemiyadan əziyyət çəkir. “Biz özümüz Göyçayda yaşayırıq, hazırda müalicə üçün Bakıda Milli Hematologiya və Transfuziologiya Mərkəzindəyik. Aylinin müalicələri onun qaraciyərinə ağır təsir edib, qaraciyərində problemlər yaradıb. Mərkəzdə […]

Cəmiyyət

Bu gün ali məktəblərin boş yerlərinə ixtisas seçimi BAŞLAYIR

Bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır. Oxu.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil […]

Dünya

Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft qiymətləri artıb. Belə ki, WTI markalı neftin oktyabr füçersləri 0,14% bahalaşaraq, bir barelinin qiyməti 85,67 ABŞ dolları olub. “Brent” markalı neftin noyabr füçersləri 0,09% bahalaşaraq, bir barelinin qiyməti 88,63 ABŞ dolları təşkil edib. Mənbə: Bloomberg Xeberal.az

Siyasət

İƏT nümayəndə heyəti Gəncədə ermənilərin raket hücumuna məruz qalan əraziyə baxış keçirib – YENİLƏNİB + FOTO

Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədirlər. “Report”un Qərb bürosunun məlumatına görə, səfərin məqsədi faktaraşdırıcı missiyanın həyata keçirilməsidiir. Nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmış ərazini ziyarət ediblər. Burada raket hücumları nəticəsində […]

Cəmiyyət

Qurban Yetirmişli: “Hər an yenidən zəlzələ gözlənilir”

Ötən gün qeydə alınan yeraltı təkanlar təxminən 5 bal gücündə olub. Bu, dağıdıcı və ya fəlakət hadisə deyil. Normal standartlara uyğun inşa edilən binalar, evlər hətta 10 bal gücündə zəlzələyə də davamlı olmalıdır. Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib. O bildirib […]