Cəmiyyət

“Yeni Klinika”ya mətbuat katibi təyin olunub

“Yeni Klinika”ya mətbuat katibi təyin olunub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Qafqazın ən böyük tibb müəssisəsi olan “Yeni Klinika”nın (publik hüquqi şəxs) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nuridə Allahyarova təyin edilib. N.Allahyarova cari ilin fevral ayına qədər Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya Şöbəsinin müdiri vəzifəsini icra edib. Daha öncə Rəqəmsal İnkişaf və […]

Siyasət

“BMT “Taxıl sazişi” məsələsində ən axırıncı rolu oynayır” – RƏY + FOTO

“BMT özünü dünyada humanist bir təşkilat kimi qələmə verir. Ancaq reallıq ondan ibarətdir ki, “Taxıl sazişi” məsələsində ən axırıncı rolu oynayır”. Bunu “Report”a açıqlamasında politoloq, iqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə BMT-nin “Taxıl sazişi” ilə bağlı yeni təkliflər paketi hazırlamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, “Taxıl sazişi” prinsipial əhəmiyyət kəsb edir. Təkcə Rusiya üçün yox, […]

İdman

Azərbaycan U-21 millisinin Serbiya ilə oyun üçün heyəti açıqlandı – SİYAHI

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində Serbiya ilə keçirəcəyi ilk oyun üçün heyəti açıqlanıb. AFFA-nın yaydığı məlumata görə, baş məşqçi Samir Əliyev U-21-in düşərgəsinə 23 futbolçu dəvət edib. Onlardan beşi ölkə xaricində legioner həyatı yaşayır. U-21-in heyəti: Rza Cəfərov, Hüseyn Babayev, Fərid Yusifli (hamısı “Neftçi”), Rüstəm Samiqullin, Seymur Məmmədov, Camal Cəfərov, Elçin […]

Cəmiyyət

Day.az informasiya portalının 20 yaşı tamam olur

Bu gün Day.az informasiya portalı yubileyini qeyd edir. Oxu.Az xatırladır ki, portal 2003-cü il sentyabrın 4-də yaradılıb. Day.az Azərbaycanın internet məkanında həm daxilolma sayına, həm də oxuculara təqdim edilən imkanlara görə liderlərdən biri olmaqda davam edir. Son illər ərzində Day.az dünyada ən son tendensiyalara uyğun olaraq texnoloji baxımdan yenilənib. Saytın bazasında Azərbaycanda bu günədək yeganə […]

Cəmiyyət

Ötən ay 83 nəfər dərmandan zəhərlənib

Avqust yayında ilan sancması hallarında artım olub. “Trend” xəbər verir ki, bunu Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib. Onun sözlərinə görə, ötən ay ilan sancması ilə əlaqədar 16, həşərat sancması ilə əlaqədar bir müraciət qeydə alınıb: “Zərərçəkənlərə ilkin yardım göstərilərək onların hamısının həyatı xilas edilib”. Baş həkimin sözlərinə görə, avqust ayında […]

Siyasət

Abdullahian-Fidan danışıqları: Əməkdaşlıqdan çox, rəqabət – TƏHLİL + FOTO

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Tehrana səfər edərək iranlı həmkarı Hüseyn-Əmir Abdullahianla görüşü iki dövlətin maraqlarının strateji uzlaşdırılması baxımından əhəmiyyət kəsb edir. Hər iki ölkə bir-birlərinin regional davranışlarının monitorinqini apararaq perspektiv hərəkət trayektoriyalarının hansı yöndə olacağını hesablayır. Çünki İranla Türkiyənin maraqlarının bir-birilə toqquşduğu və ortaq nöqtələr olduğu platformalar mövcuddur, yəni tərəflər bir-birinin regional konsepsiyalarında […]

Dünya

Britaniya kəşfiyyatı Ukrayna ordusunu konfidensial hərbi məlumatların oğurlanması barədə xəbərdar etdi

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) beynəlxalq tərəfdaşlarla birlikdə Ukrayna ordusunun istifadə etdiyi “Android” mobil cihazlarını hədəf alan zərərli proqram kampaniyası haqqında hesabat dərc edib. Bu barədə Britaniya Müdafiə Nazirliyi özünün “X” hesabında məlumat verib. Hesabatda qeyd olunur ki, “Infamous Chisel” adı verilən zərərli proqram “Sandworm” kimi tanınan Rusiyanın kibercinayətkar qrupu tərəfindən istifadə edilib. Daha […]

İdman

“Qarabağ”dan son 12 mövsümün ən uğursuz startı

“Qarabağ” son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb. Peşəkar Futbol Liqasından verilən məlumata görə, son çempion beş turdan sonra yaranan fasiləyə yeddi xalla yollanıb. Qurban Qurbanovun yetirmələri V turda “Səbail”ə 1:2 hesabı ilə uduzublar. Ağdam klubu arxada qalan oyunlarda iki qələbə, bir heç-heçə və iki məğlubiyyət yaşayıb. “Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ilk 5 oyunda bu qədər az […]

İdman

“Qəbələ” – “Zirə” oyunu Azərbaycan çempionatları tarixinə düşdü

Azərbaycan Premyer Liqasının V turu itkisiz və xalsız irəliləyən komandaların dueli ilə yadda qalıb. Peşəkar Futbol Liqasından verilən məlumata görə, ilk dörd oyunda qələbə qazanan “Zirə” eyni sayda məğlubiyyət alan “Qəbələ”nin qonağı olub. Bir qolun həlledici olduğu görüşdə meydan sahibləri qalib gəliblər. Bununla da hər iki komandanın startdakı seriyası qırılıb. Bu, 1992-ci ildən keçirilən Azərbaycan […]

Cəmiyyət

Yeni tədris ili ilə əlaqədar Abşeron dairəvi dəmiryol xətti üzrə əlavə səkkiz reys təyin olunur – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2023-2024-cü tədris ilinin başlanması ilə əlaqədar sərnişindaşımada yarana biləcək hərəkət sıxlığının qarşısının alınması və sərnişinlərin məmnuniyyətinin təmin edilməsi məqsədilə hərəkət cədvəlini optimallaşdırır. Belə ki, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə səhər saatlarında iki reys, axşam saatlarında bir reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə axşam saatlarında bir reys əlavə olunub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir […]