İdman

Azərbaycan U-21 millisinin Serbiya ilə oyun üçün heyəti açıqlandı – SİYAHI

Sharing is caring!


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində Serbiya ilə keçirəcəyi ilk oyun üçün heyəti açıqlanıb.

AFFA-nın yaydığı məlumata görə, baş məşqçi Samir Əliyev U-21-in düşərgəsinə 23 futbolçu dəvət edib.

Onlardan beşi ölkə xaricində legioner həyatı yaşayır.

U-21-in heyəti: Rza Cəfərov, Hüseyn Babayev, Fərid Yusifli (hamısı “Neftçi”), Rüstəm Samiqullin, Seymur Məmmədov, Camal Cəfərov, Elçin Qasımov (hamısı “Sabah”), Rüfət Əhmədov (“Kəpəz”), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi “Araz-Naxçıvan”), Süleyman Damadayev, Samir Məhərrəmli (hər ikisi “Şamaxı”), Ayxan Süleymanlı (“Sumqayıt”), Nazim Həsənzadə (“Zirə”), Veysəl Rzayev (“Turan Tovuz”), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (hər ikisi “Səbail”), Mehrac Baxşalı (“Qəbələ”), Eldar Tağızadə (“CD Luqo”, İspaniya), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Ramin Nəsirli (“Dauqavpils”, Latviya), Murad Vəliyev (“Levadiya”, Estoniya), Mustafa Yıldırım (“İğdırspor”, Türkiyə).

Qeyd edək ki, sentyabrın 12-də Stara-Pazovada keçiriləcək Serbiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir