İqtisadiyyat

İqtisadiyyat naziri beynəlxalq sərgidə “Invest in Azerbaijan” stendini ziyarət edib – FOTO

“Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində “Invest in Azerbaijan” vahid ölkə stendimizi ziyarət etdik”. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkədəki hesabında yazıb. “Ölkəmizin əlverişli iqtisadi mühiti, işğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşu üçün yaradılmış imkanlar və həyata keçirilən layihələr sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır” – nazir qeyd edib. #Çin Beynəlxalq Xidmətlər Ticarəti […]

Mədəniyyət

Çingiz Abdullayev: “Yazıçı kitabın nəşrinə pul verməməli, qonorar almalıdır” – FOTO

“Azərbaycanda yazıçı kitab yazır və onu çap etmək üçün özü pul axtarır”. Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Yazıçılar birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev “Azərbaycan dili və ədəbiyyatı” Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, dünyanın heç bir yerində belə hal yoxdur: “Yazıçı pul tapır, yazdığını çap etdirir. Sonra da nəşriyyat deyir ki, sənə bunu […]

Cəmiyyət

Leysan yağıb, şimşək çaxıb, Gəncədə güclü külək əsib – FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 3-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub. Xidmətdən verilən məlumata görə, düşən yağışın miqdarı Qaxda 40 mm, Oğuzda 32 mm (aylıq normanın 43%-i), Qəbələdə 17 mm, Şəkidə 16 mm, Qubada 14 mm, Qusarda 13 mm, […]

Mədəniyyət

Xalq şairi: “Mədəniyyət sahəsi daha da inkişaf etdirilməlidir”

“Şuşaya bayraq sancan bir xalqın, ölkənin kinostudiyasının liftinin işləməməsi kədərlidir”. Oxu.Az-ın məlumatına görə bunu Xalq şairi Ramiz Rövşən “Azərbaycan dili və ədəbiyyatı” Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə mədəniyyət sahəsinə diqqət ayrılmalıdır: “Mədəniyyət sahəsi daha da inkişaf etdirilməlidir. Mən inanıram ki, keçirilən bu cür forumlar öz nəticəsini verəcək və problemlər öz həllini tapacaq”. Xalq […]

Cəmiyyət

BBC-nin Qarabağa dair qərəzli süjetinin arxasında nə dayanır? – Xəbərlərin 12:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Böyük Britaniyanın nüfuzlu media orqanı BBC-dən Azərbaycana qarşı təxribat. Şirkətin Qarabağa dair qərəzli süjetinin arxasında nə dayanır? Ukraynaya “F-16”lar nə vaxt veriləcək? Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Baku TV-nin suallarını cavablandırdı. Tərtərdə şəhid ailəsinin evindən oğurluq edildi. Hadisəni törədən qarətçi saxlanıldı. Daha ətraflı BAKU NEWS-un 12:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Bədəni yanan daun sindromlu körpənin anası: “Müalicəni etmək üçün imkanımız yoxdur” – FOTO

Bədəni yanan daun sindromlu körpənin yardıma ehtiyacı var. Bu barədə Oxu.Az-a onun anası Kəsirə Şirəliyeva məlumat verib. O bildirib ki, övladı 5 ay əvvəl yanıq xəsarətləri alıb. “Rüxsarə mart ayında üzərinə isti su dağılaraq yanmışdı. Sizin saytın oxucularının köməkliyi ilə biz həmin dövrdən çıxa bildik. Övladım müalicə aldı. Rüxsarənin müalicələrini davam etdirməliyik. Bunun üçün isə […]

Mədəniyyət

“Azərbaycan dili və ədəbiyyatı” Forumunun üçüncü günü başlayıb – FOTO

Bu gün “Azərbaycan dili və ədəbiyyatı” Forumunun üçüncü günü başlayıb. Oxu.Az-ın məlumatına görə, forum Gülüstan sarayında keçirilir. Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən forumun təşkilatçısı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, dəstəkçisi isə Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasıdır. Forumda ölkənin tanınmış yazıçı və şairləri, ədəbiyyatşünasları, dilçi alimləri, filoloqları və […]

Cəmiyyət

Ermənistan öz ərazilərində yanğınlar törədərək Azərbaycanı ittiham edir – VİDEO

Ermənistan növbəti avantüraya əl ataraq Azərbaycanla sərhəddən uzaq ərazidə qəsdən yanğınlar törədib. “Report” xəbər verir ki, ermənilər bunu guya Azərbaycan tərəfinin dron hücumu ilə bağlayır. Qarşı tərəfin uydurma bəyanatına görə, yüzlərlə hektar ərazi yanğına məruz qalıb və hətta bu hücum nəticəsində Ermənistan ordusunun bir polkovniki də həlak olub. Əldə etdiyimiz videogörüntülərdə isə bunun heç də […]

Siyasət

Prezident İlham Əliyev San-Marinonun Regent Kapitanlarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Alessandro Skarano və xanım Adele Tonniniyə təbrik məktubu göndərib. AZƏRTAC-ın məlumatına görə, təbrik məktubunda deyilir: “Zati-aliləri, San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Belə bir əlamətdar gündə […]

Cəmiyyət

Leysan Oğuz rayonunda fəsadlar törədib – FOTO

Leysan yağışı Oğuz rayonunda fəsadlar törədib. APA-nın məlumatına görə, sentyabrın 2-i axşam saatlarında ölkənin şimal-qərb bölgəsini əhatə edən rayonlarda hava şəraiti dəyişib, fasilələrlə yağış yağıb. Bəzi ərazilərdə qısa müddətli leysan xarakterli yağış yağıb. Leysan yağışı Oğuz rayonunun Xalxal kəndi yerləşən inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazidə daha çox müşahidə olunub. Dağlara yağan leysan xarakterli yağış səbəbindən […]