Dünya

Sankt-Peterburqda neft anbarında yanğın baş verib – VİDEO

Bazar günü, sentyabrın 3-də Sankt-Peterburqda irimiqyaslı yanğın baş verib. Məlumata görə, hadisə Piskarevski prospekti yaxınlığındakı Ruçi neft bazasının ərazisində qeydə alınıb. Şəhər sakinlərinin sosial şəbəkələrdə yazdıqlarına görə, yanğın yerində partlayış səsləri eşidilir. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının 800 kvadratmetrlik sahəsi olan anqarı əhatə etdiyini bildirib. Zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur. Hadisə yerindən olan görüntüləri […]

İdman

Azərbaycan yığması dünya çempionatına qatılacaq

Azərbaycan millisi sentyabrın 4-17-si aralığında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatına qatılacaq. Oxu.Az xəbər verir ki, mundial Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışda 894 atlet (469 kişi, 425 qadın) iştirak edəcək. Azərbaycanı qadınlar arasında Nazilə İsmayılova (49 kq) və Günel Vəliyeva (76 kq) təmsil edəcəklər. […]

İqtisadiyyat

Mikayıl Cabbarov Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti ilə görüşüb – FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Qao Yuanyuanla görüşüb. Bu barədə nazir “X” sosial şəbəkə platformasında paylaşım edib. “Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti xanım Qao Yuanyuanla görüşdə qarşılıqlı səfərlərin iqtisadi potensialımızın reallaşdırılmasında önəmini qeyd etdik, ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanların müəyyənləşdirilməsi məsələlərini nəzərdən keçirdik”, – deyə o qeyd edib. #Çin Beynəlxalq […]

İdman

Azərbaycan millisi İstanbulda Türkiyə ilə qarşılaşacaq

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplantısı olacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) verilən məlumata görə, təmsilçimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Bakı təlim-məşq toplantısından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Hazırlıq […]

Cəmiyyət

Sabah paytaxtın iki rayonunun bir hissəsində qaz olmayacaq

Sabah Qaradağ və Binəqədi rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq. Bu barədə “Azəriqaz” İB məlumat yayıb. Belə ki, sentyabrın 4-ü saat 10:00-dan Qaradağ rayonu, Sahil qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması, həmçinin “Tbilisi prospekti” ölçü qovşağından qidalanan “Motodrom” əhali qaz kəməri üzərində və Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatı […]

Siyasət

Paşinyanın siyasi manevrləri: Baş nazir müxalifəti susdura bilsə, sülh müqaviləsi imzalayacaqmı? – TƏHLİL

Son illər siyasi arenası çaxnaşma ilə dalğalanan Ermənistanda gərginlik pik həddinə çatmaq üzrədir. Ermənistanın baş naziri Nikol Paşinyan hər tərəfdən dalana dirənib və tələyə düşmüş siçan kimi çırpınmağa başlayıb. Bu isə onu bir-birini təkzib edən bəyanatlar, açıqlamalar verməyə vadar edir. Nikolun bu tip açıqlamaları və atdığı addımlar həm Qərb və Rusiya, həm də ən əsası […]

Cəmiyyət

Avtoxuliqanlıq edən şəxslər həbs ediliblər

Astarada avtoxuliqanlıq edən şəxslər həbs edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sutkanın qaranlıq vaxtında şəhər ərazisində özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri VAZ markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti […]

İqtisadiyyat

Azərbaycanın iqtisadiyyat naziri “Envision Energy” şirkətinin vitse-prezidenti ilə müzakirələr aparıb – FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə müzakirələr aparıb. Bu barədə nazir Mikayıl Cabbarov “X” sosial şəbəkədəki hesabında yazıb. “Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində innovasiyaların tətbiqi, sıfır emissiyalı sənaye parklarının yaradılması və əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, – deyə o qeyd edib. […]

İqtisadiyyat

Azərbaycanın iqtisadiyyat naziri “Envision Energy” şirkətinin vitse-prezidenti ilə müzakirələr aparıb – FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə müzakirələr aparıb. Bu barədə nazir Mikayıl Cabbarov “X” sosial şəbəkədəki hesabında yazıb. “Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində innovasiyaların tətbiqi, sıfır emissiyalı sənaye parklarının yaradılması və əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, – deyə o qeyd edib. […]