Dünya

Britaniya kralı ölkəyə qayıdan oğlu ilə görüşməkdən imtina etdi

Böyük Britaniya kralı III Çarlz ölkəyə səfərə gələcək kiçik oğlu şahzadə Harri ilə görüşməyəcək. Bu barədə Bukingem sarayındakı mənbələrə istinadən məlumat yayılıb. Bildirilib ki, kralın gündəliyində oğlunu görmək üçün vaxtı yoxdur. Bununla yanaşı, şahzadə Uilyam da gələn həftə Böyük Britaniyaya səfər edəcək kiçik qardaşı ilə görüşməyi planlaşdırmır. Xatırladaq ki, şahzadə Harri atasını sonuncu dəfə 2023-cü […]

Kriminal

İranlı narkotacirin Hacıqabuldakı kuryeri saxlanıldı – Xəbərlərin 17:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Fransa polisindən ermənilərə dəyənək. Azərbaycanın Parisdəki səfirliyi qarşısındakı aksiya baş tutmadı. İranlı narkotacirin Hacıqabuldakı kuryeri saxlanıldı. Polis xüsusi əməliyyat keçirdi. “Vətəndaşlar qalıblar yolların qırağında. Avtobuslar gec gəlirlər, yarım saatdır gözləyirik”. Türkan qəsəbəsi sakinlərinin avtobus problemi nə vaxt həllini tapacaq? Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Daşkəsəndə daha bir küçəyə şəhid adı verilib – FOTO

Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Daşkəsən rayonunda küçələrə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin adlarının verilməsi davam edir. “Report”un məlumatına görə, Daşkəsən şəhərində daha bir küçəyə Vətən müharibəsi şəhidi Orxan Cəfərlinin adı verilib. Orxan Etibar oglu Cəfərli 1996-cı il fevralın 16-da Daşkəsən rayonunda dünyaya gəlib. 2003-cü ildə Daşkəsən şəhərindəki Anar Mürsəlov adına orta məktəbə daxil olub. 2013-cü […]

Mədəniyyət

Xoşbəxt sənətkar, bədbəxt ailə başçısı – ANIM + FOTO

Uşaqlıqda ağ-qara televizorun ekranından tanıdığın, çəkildiyi filmlərə, teletamaşalara, oynadığı rollara maraqla və sevərək baxdığın aktyorları sonradan həyatda görməyin, onlarla həmsöhbət olmağın öz cazibəsi var. Xalq artisti, görkəmli aktyor Səyavuş Aslan da mənim üçün belə azman sənətkarlardan olub. Həm Musiqili Komediya Teatrının, həm Milli Dram Teatrının səhnəsində bir neçə roluna heyranlıqla tamaşa etmişəm. Böyük aktyorun böyük oyununa həqiqətən […]

Dünya

“Barbi” 2023-cü ilin ən çox gəlir gətirən filmi oldu

Qreta Gerviqin “Barbi” komediyası həftəsonu qlobal kassada qazancını 1,36 milyard dollara çatdıraraq 2023-cü ilin ən çox gəlir gətirən filmi olub. O, 1,358 milyard dollar gəlir əldə edən “Super Mario Bros. Movie” cizgi filmini geridə qoyub. 21 iyul 2023-cü ildə premyerası baş tutan “Barbi” cəmi 17 gün ərzində kinoprokatda milyard dollarlıq həddi keçib. Bu, “Warner Bros” […]

Cəmiyyət

Astarada üç nəfərdə sənədləri olmayan ov tüfəngləri aşkar edilib – FOTO

Astarada qanunsuz olaraq odlu silah saxlama və yerin təkindən istifadə faktları aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində üç nəfər rayon sakinində müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkar edilib. Həmin faktlarla bağlı […]

Cəmiyyət

Sabaha olan hava proqnozu açıqlanıb – VİDEO

Sentyabrın 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 isti, gündüz 28-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, […]

Dünya

Yekaterinburqda motosiklet mikroavtobusa çırpıldı: Sürücü yanaraq öldü – VİDEO

Yekaterinburqda motosiklet mikroavtobusa çırpılıb. Yol-nəqliyyat hadisəsi nəticəsində gənc motosikletçi ölüb. Dəhşətli qəza “Dirijabl” ticarət mərkəzinin yaxınlığında baş verib. Toqquşma sonrası motosiklet alışıb. Təcili yardım gələnə qədər yoldan keçənlər baykeri və motosikletdəki daha bir sərnişini yanğından xilas edə biliblər. Zərərçəkənlərin hər ikisi 1999-cu il təvəllüdlü gənclər olub. Onlar ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Bayker aldığı […]

Siyasət

İƏT MDİHK-nin sədr müavini: “30 ildən sonra doğma yurdlarına dönən insanların sevinc səslərini eşidirik”

“Biz burada 30 ildən sonra doğma yurdlarına dönən insanların sevinc səslərini eşidirik”. Bunu “Report”a açıqlamasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədr müavini Hacı Ali Açıkgül bildirib. “Bu, mənim Qarabağa ikinci səfərimdir. İlk səfərim 2021-ci ildə olmuşdu. O zaman Ağdama gəlmişdim. Orada gördüklərim məni dəhşətə gətirmişdi. İndi Füzuli şəhərindəyik. Bu səfərimizdə də […]

Dünya

Rusiyada daşqın və sel 46 körpünü dağıdıb – VİDEO

Rusiyanın Primorsk diyarında avqust ayı ərzindəki daşqınlar və sel 46 körpünün dağılmasına səbəb olub. Bunu Rusiya baş nazirinin müavini – ölkə prezidentinin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnev təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilən müşavirədə deyib. “46 körpü dağıdılıb. Axı onlar hansısa qurumun balansdadırlar. Kimsə onların vəziyyətinə nəzarət etməli, vaxtında […]