Siyasət

İƏT nümayəndə heyətinin Ağdama səfəri başlayıb

İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti faktaraşdırıcı missiya keçirmək məqsədilə Ağdama səfər edib. “Report”un məlumatına görə, onlar Ağdamda dağıdılmış dini obyektlərin və qəbiristanlıqların monitorinqini aparacaq, Azərbaycan dövləti tərəfindən həyata keçirilən yenidənqurma işləri ilə tanış olacaqlar. Nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının […]

Cəmiyyət

Cəlilabadda “KamAZ” aşdı, ölən var

Cəlilabadda “KamAZ” aşıb, ölən var. “Report”un məlumatına görə, hadisə rayonun Ləkin kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Söhbət Məmişov idarə etdiyi “KamAZ” markalı yük avtomobilini aşırıb. Sürücünün meyiti avtomobildən çıxarılıb. İlkin məlumata görə, o, ürək çatışmazlığından vəfat etdikdən sonra qəza baş verib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İqtisadiyyat

Çində Azərbaycan Ticarət Evi açılıb – FOTO

Azərbaycanın Çində işgüzar səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Ticarət Evinin açılış mərasimində iştirak edib. Bu barədə nazir “X” sosial şəbəkə hesabında məlumat verib. “Bu gün Çində növbəti, Pekin şəhərində isə ilk Azərbaycan Ticarət Evinin açılışı olub. Ticarət Evinin fəaliyyəti Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin şaxələndirilməsinə və ticarət dövriyyəsinin artırılmasına töhfələr verəcək”, – nazir […]

Dünya

Rusiyada nazir korrupsiyaya görə həbs olundu

Xakasiya Respublikasının nəqliyyat və yol təsərrüfatı naziri Dmitri Vasiliadi korrupsiya işi ilə bağlı iki ay müddətinə həbs edilib. Bu barədə respublika məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb. Məmurun vəzifəli şəxs tərəfindən külli miqdarda rüşvət alma maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsinin “c” bəndi) ittiham edildiyi aydınlaşdırılıb. Qeyd olunub ki, Dmitri Vasiliadi […]

Cəmiyyət

Ağdamda fərdi yaşayış evi əşyaları ilə birlikdə yandı

Ağdam rayonunda yanğın hadisəsi baş verib. Bizim.media xəbər verir ki, hadisə Eyvazlı kəndində qeydə alınıb. Kənd sakini Sərxan Cümşüd oğlu Abdullayevə məxsus fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb.  Əraziyə gələn yanğınsöndürənlər alovun ətrafa yayılmasının qarşısını alıblar. Yanğının səbəbləri araşdırılır. Xeberal.az

Dünya

Amerika kəşfiyyatçısı: “Afrikada müstəmləkəsizləşdirmə prosesi Fransa üçün ciddi təhlükə yaradacaq” – FOTO

“Afrikada müstəmləkəsizləşdirmə prosesi Fransa üçün ciddi təhlükə yaradacaq. Çünki fransız siyasi elitaları Afrikanın uzun müddət istismarı ilə var-dövlət qazanıblar”. Bunu Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı və BMT müfəttişi Skott Ritter bəyan edib. Onun sözlərinə görə, hazırda Qabonda baş verənlər Afrikada müstəmləkəsizləşdirmə prosesinin davamıdır. Ritterin fikrincə, Afrikada baş verən hadisələr qitədəki keçmiş müstəmləkələrini iqtisadi, […]

Siyasət

Separatçıların növbəti təxribatının qarşısı alınıb

Bu gün Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazidə yerli quldurların növbəti təxribatının qarşısı alınıb. “Caliber” xəbər verir ki, saat 14:00 radələrində mülki geyimli 6 silahlı şəxs təcili tibbi yardım maşını ilə Ağdam rayonunun Papravənd kəndi istiqamətində Azərbaycan ordusunun mövqeləri ilə üzbəüz Ermənistan silahlı qüvvələrinin mövqelərinə gəlib. Onlar maşından düşüb, hərbçilərimizin ünvanına nalayiq […]