İdman

Ferstappen tarixi rekorda imza atdı

Montsada keçirilən “Formula-1” üzrə İtaliya Qran-prisinin qalibi bəlli olub. “Red Bull” komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. Beləliklə, niderlandlı tarixi nailiyyətə imza atıb. O, ardıcıl 10 yarışda qalib gələn ilk pilot olub. Xeberal.az

Siyasət

Hikmət Babaoğlu: “Hazırda Qərbi azərbaycanlılar öz talelərinin çox həlledici mərhələsindən keçirlər”

“Hazırda Qərbi azərbaycanlılar öz talelərinin çox həlledici mərhələsindən keçir”. “Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə keçirilən “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbirdə deyib. Qərbi Azərbaycan coğrafiyasının məhz ümummilli mədəniyyətimizin mərkəzlərindən biri olduğunu vurğulayan […]

Cəmiyyət

Separatçılar hərbçilərimizə atəş açdılar – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Separatçılardan növbəti təxribat. Mülki geyimli ermənilər hərbçilərimizə atəş açdılar. Qardaş Türkiyə yenidən təbii fəlakətdən əziyyət çəkir. Qara dəniz bölgəsində sel suları həyatı iflic etdi. “Vətəndaşlar tökülüb qalıblar yolların qırağında. Belə gec gəlirlər, yarım saatdır buradayıq”. Türkan qəsəbəsinin sakinlərinin avtobus problemi nə vaxt həllini tapacaq? Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: […]

Dünya

İngiltərə Premyer Liqası: “Liverpul” ardıcıl üçüncü dəfə qələbə qazanıb – VİDEO

İngiltərə Premyer Liqasının 4-cü turunda “Liverpul” evdə “Aston Villa”nı qəbul edib. Oxu.Az xəbər verir ki, qarşılaşma “Enfild”də baş tutub. “Liverpul”un üstünlüyü ilə keçən oyunda hesab erkən açılıb. 3-cü dəqiqədə “Liverpul”un yeni səkkiz nömrəsi macarıstanlı Dominik Soboslai Premyer Liqada ilk qoluna imza atıb. 19 dəqiqə sonra keçən turun qəhrəmanı Darvin Nunyesin ötürməsindən top “Aston Villa”nın müdafiəçisi Metyu Keşə […]

Siyasət

QAİ: “Qərb mediası Azərbaycana qarşı əsl düşmənçilik kampaniyasına başlayıb”

“2020-ci ildə Azərbaycan Vətən müharibəsində Ermənistan və onun havadarları üzərində tarixi zəfər çalaraq ədaləti bərpa etdikdən sonra bir sıra Qərb ölkələrində azərbaycanofobların sayı sürətlə artmaqdadır”. Bu barədə Qərbi Azərbaycan İcmasının (QAİ) yaydığı bəyanatda deyilir. Bəyanatda vurğulanır ki: “Son vaxtlar Qərb mediasında muzdlu mirzələr, rasistlər, müsəlmanlara nifrət edənlər, dini təəssübkeşlik çəkənlər Azərbaycana qarşı əsl düşmənçilik kampaniyasına […]

Müharibə

Qanunsuz erməni yaraqlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

Sentyabrın 3-ü saat 18:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Xeberal.az

Cəmiyyət

İki övladı şəhid olan ata vəfat etdi – FOTO

Vətən müharibəsi şəhidləri Musa və Tural Həsənov qardaşlarının atası Tapdıq Həsənov vəfat edib. “Qafqazinfo” xəbər verir ki, T.Həsənov Mingəçevir şəhərində dünyasını dəyişib. Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Musa şəhid olduqdan bir neçə gün sonra Tural da Suqovuşan istiqamətində şəhid olub. Xeberal.az

İdman

Premyer Liqa: “Araz-Naxçıvan” “Kəpəz”i Gəncədə məğlub edib – VİDEO

Azərbaycan Premyer Liqasında V turun oyunları davam edir. Oxu.Az-ın məlumatına görə, bu gün turun daha bir görüşü keçirilib. Günün ilk matçında “Kəpəz”lə “Araz-Naxçıvan” Gəncədə üz-üzə gəliblər. Hər iki komandanın 4 xalla 8-9-cu yerləri bölüşdürməsi matçın prinsipiallığını artırıb. Mövsümün startında “Neftçi” və “Qarabağ”ı büdrədən “Kəpəz” budəfəki rəqibi ilə bacarmayıb. Naxçıvan təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazanıb. […]

Siyasət

Bakıda “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir keçirilir – FOTO

Bakıda “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir keçirilir. “Report” xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında, açıq məkanda təşkil edilib. Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə keçirilən tədbirdə nazirlik rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri və paytaxt sakinləri iştirak edirlər. Tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim […]

Cəmiyyət

Real dünya rəqəmsal dünya ilə birləşdi: Biri varlanır, digəri aldanır – FOTO

Bu gün dünya öz oxu ətrafında deyil, internetin ətrafında fırlanır desək, yanılmarıq. İnternet insanlara yeni dünya, yeni imkanlar, arzular, uğurlar bəxş elədi. Özü də hər bir sahədə. Məsələn, internet vasitəsiylə adi bir İT mühəndisi yaratdığı proqram və ya tətbiqə görə milyonçuya çevrildi. Kitab satıcısı məhz internetə görə dünyanın ən varlı adamlarından biri oldu.  “Kaspi” qəzeti […]