MARAQLI

İstədiyini ye və arıqla: Alimlər beyində “sehrli düymə” aşkarlayıblar

İstədiyini ye və arıqla – bu, qeyri-real səslənir, lakin alimlər bunun artıq mümkün ola biləcəyini elan ediblər. Elm adamlarının bu barədə araşdırmalarının nəticələri “IFLScience” jurnalında dərc olunub. Məqalədə qeyd olunub ki, siçanlar üzərində aparılan təcrübə zamanı beyində rasionu dəyişdirmədən əlavə çəkini atmağa kömək edə biləcək bir növ “düymə” aşkar edilib. Eyni təsirlər insanlarda müşahidə olunarsa, […]

Dünya

Nobel sülh mükafatına namizəd olan Bill Riçardson vəfat edib

ABŞ-də ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi, keçmiş energetika naziri və Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson 76 yaşında vəfat edib. Avqustun 25-də “The Hill” nəşriyyatı senatorların Riçardsonu builki Nobel Sülh Mükafatına namizəd olaraq irəli sürdüklərini bildirib. Nobel Komitəsinə məktub yazan qanunvericilər Rusiyada məhkum olunmuş basketbolçu Britni Qrayner və keçmiş ABŞ dəniz piyadası Trevor Ridin də […]

Dünya

Almaniya kansleri yıxılaraq xəsarət aldı

Almaniya kansleri Olaf Şolts idman edərkən yıxılaraq xəsarət alıb. Onun bazar günü, sentyabrın 3-nə planlaşdırılan Hessenə səfəri ləğv edilib. Məlumata görə, kansler qaçarkən yıxılıb və üzündə qançırlar əmələ gəlib. Bununla belə, hadisə Şoltsun gələn həftə üçün iş cədvəlinə təsir etməyəcək. Mənbə: TASS Xeberal.az

İdman

Saynz İtaliya Qran-prisinə ilk sırada başlayacaq

“Ferrari” komandasının pilotu Karlos Sayns “Formula-1” üzrə İtaliya Qran-prisinin təsnifat mərhələsi zamanı ən yaxşı vaxtı göstərib. İspaniyalının nəticəsi 1 dəqiqə 20,294 saniyə olub. Sayns üçün bu, mövsümün ilk poul mövqeyidir. İkiqat çempion və cari çempionatın lideri Maks Verstappen (Red Bull) Saynsa 0,013 saniyə uduzaraq ikinci yerdə qərarlaşıb. Üçüncü nəticəyə isə Şarl Lekler imza atıb. Xatırladaq […]

Dünya

Çin Türkiyəni BRİKS-də görmək istəyir

Çinin Ankaradakı səfiri Liu Şaobin ölkəsinin Türkiyənin BRİKS-ə qoşulmasını istədiyini bildirib. Diplomat qeyd edib ki, BRİKS-in genişlənməsi prosesi Çin Xalq Respublikasının sədrliyi dövründə başlayıb. Liu Şaobin 20-dən çox ölkənin BRİKS-ə üzv olmaq üçün müraciət etdiyinə və altı dövlətin təşkilata qəbul edildiyinə diqqət çəkib. O əlavə edib ki, assosiasiyanın genişlənməsi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib. “Bu, tarixi […]

Dünya

Tokayev Qazaxıstan hökumətində kadr dəyişiklikləri edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir neçə nazir vəzifəsinə yeni təyinatlar həyata keçirib. Müvafiq qərarlar dövlət başçısının internet saytında dərc olunub. Sənədlərə əsasən, sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev bir gün əvvəl yaradılan Nəqliyyat Nazirliyinə rəhbər təyin edilib, Arman Şakkəliyev isə ticarət naziri olub. Turizm Nazirliyinin rəhbəri vəzifəsini Yermek Marjikpayev tutub. Mədəniyyət və informasiya naziri […]

Cəmiyyət

Bərdə Rayon Mərkəzi Xəstəxanasında internet problemi: İnsanlar saatlarla dəhlizdə əziyyət çəkiblər – VİDEO

Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən vətəndaşlar qəbul şöbəsində qeydiyyatdan keçə bilmirlər. Xezerxeber.az-ın məlumatına görə, internet olmadığından müvafiq sistemə giriş çətinləşib. İsti hava və sıxlığa dözməyən bir nəfər burada huşunu itirib. Xəstəxanaya müraciət edən insanlar saatlarla dəhlizdə əziyyət çəkiblər. Məsələ ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədov bildirib ki, bir […]

Dünya

Etnik ermənilərin Tbilisidə keçirdiyi aksiya iflasa uğrayıb

Gürcüstanda yaşayan və əsasən bu ölkənin vətəndaşları olan bir qrup etnik erməni “Qarabağda yaşayan ermənilərə dəstək” adı altında sentyabrın 2-də Tbilisi şəhərinin Avlabari məhəlləsində aksiya keçirmək istəyiblər. Lakin aksiyada azyaşlı uşaqlar da daxil olmaqla 30-40 nəfər iştirak edib və onların cəhdi iflasa uğrayıb. AZƏRTAC xəbər verir ki, aksiya iştirakçılarının yerli gürcülərə və şəhərin qonaqlarına müraciəti […]

Cəmiyyət

Gəncədə minik maşını darvazaya çırpılıb, xəsarət alanlar var

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxaraq avtobus qarajının darvazasına çırpılıb. Qəza zamanı minik maşınında olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

Ronaldu karyerasının 850-ci qolunu vurub

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu rəsmi oyunlarda karyerasının 850-ci qolunu vurub. Hücumçu yubiley topunu “Əl-Həzm”lə səfər oyununda vurub. Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatında beşinci turun görüşü 1:5 hesabı ilə başa çatıb. Portuqaliyalı rəsmi oyunlarda vurulan qolların sayına görə rekordçudur. Siyahıda ikinci yeri Amerikanın “İnter Mayami” klubunda çıxış edən argentinalı hücumçu Lionel […]