Dünya

Qəddafiyə Fransanın onu aradan qaldırmaq planları barədə xəbərdarlıq edilib

İtaliyanın keçmiş baş naziri Culiano Amato (1992-1993, 2000-2001) iddia edir ki, 1983-1987-ci illərdə İtaliyanın baş naziri olmuş Bettino Kraksi həmin dövrdə Liviya lideri Müəmmər Qəddafini Fransanın onu 1980-ci ildə aradan qaldırmaq planları barədə xəbərdar edib. Amatonun özü isə o dövrdə hökumət aparatında işləyib. Amatonun sözlərinə görə, Qəddafinin uçduğu təyyarəyə (Liviya Hərbi Hava Qüvvələrinin təyyarəsi) zərbə endirmək planı […]

Dünya

Niger məhkəməsi qərar verdi: Fransa səfiri ölkədən qovulacaq

Niamey məhkəməsi akkreditasiyadan məhrum edilən Fransa səfiri Silven İttenin Nigerdən qovulması barədə qərar çıxarıb. “İtte artıq diplomat statusundan məhrum edildiyinə və Nigerdə ​​daimi yaşamaq icazəsinə malik olmadığına görə dərhal ölkəni tərk etməlidir”, – məhkəmənin qərarında deyilir. Səfirə qarşı məhkəmə iddiası ölkə hakimiyyəti tərəfindən qaldırılıb. Xatırladaq ki, avqustun 25-də Nigerin hərbi hakimiyyəti İttenin bəyanatlarının Nigerin maraqlarına […]

MARAQLI

Milyonların gözü qarşısında futbolçunu öpən Rubiales günahsızlığını sübut etməyə çalışır – FOTO/VİDEO

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales ölkənin İdman Tribunalında ona qarşı açılan işlə əlaqədar özünü müdafiə edəcəyini bildirib. O, hər şeyin qarşılıqlı razılaşma əsasında və kortəbii şəkildə baş verdiyini açıqlayıb. “Həmin tarixi qələbə anında hamımız sevindik. Mənim tərəfimdən heç bir aqressiya olmadı, zərrə diskomfort yaratmadım – ikimizin də qəlbi sevincdən dolub-daşırdı. Bu gün […]

Dünya

Ukrayna hökumətində dəyişikliklər gözlənilir

Ali Rada gələn həftə müdafiə naziri Aleksey Reznikovu vəzifəsindən azad edəcək. Həmçinin Mədəniyyət Nazirliyinin rəhbəri və bir sıra digər yüksək vəzifə sahibləri də əvəzlənəcəklər. Məlumata görə, Ukraynanın hazırkı müdafiə naziri Aleksey Reznikov həqiqətən də istefasını gözləyir. Onun kürsüsünə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerov oturacaq. Bundan əlavə, Rada Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinə yeni rəhbər təyin […]

Dünya

Kral III Çarlz şahzadə Harrinin qız doğulmamasına görə məyus olub – FOTO

Böyük Britaniya kralı III Çarlz şahzadə Harrinin qız uşağı olaraq doğulmadığı üçün məyus olub. Bu barədə “ABC News” telekanalı şahzadə Diananın dostları ilə söhbətlərinin əvvəllər məlum olmayan lent yazısına istinadən xəbər verir. 1984-cü ildə Harrinin vəftiz (xaç suyuna salma) mərasimində Şahzadə Çarlz Diananın anası Frensis Şend Kiddə yaxınlaşaraq məyus olduğunu söyləyib. Cavabında Kidd ona: “Uşağın sağlam […]

MARAQLI

Planetimizin “Cəhənnəm qapılarından” biri: Yandırıcı turşu, qaynayan kükürd və qızğın buxarlı bulaq – FOTO

Planetimiz heyrətamizdir və bir çox möhtəşəm yerləri, mənzərələri və canlıları ehtiva edir. Belə xüsusi ərazilərdən biri Efiopiyanın şimalında yerləşən Danakil çökəkliyidir. Çökəkliyin səthi yandırıcı turşu hovuzları, kükürd bulaqları və qızğın buxar şleyfləri ilə örtülüb, buna görə də boşluq “Cəhənnəm Qapısı” kimi də tanınır. NASA-nın Yer Rəsədxanasının məlumatları göstərir ki, çökəkliyin daim batmaqda olan landşafti bir […]

Dünya

Fransa polisi məktəblərdə müsəlman uşaqlara qarşı keşik çəkəcək

Fransa Daxili İşlər Nazirliyi məktəblərə qızlar və oğlanlar üçün ənənəvi müsəlman geyimlərinə qoyulan qadağanın tətbiqinə kömək edəcək. Bunu Lilldə (Fransanın şimalındakı departamentdə) jurnalistlərə açıqlamasında nazir Jerald Darmanin deyib. “Daxili İşlər Nazirliyinin əməkdaşları respublikada qurulmuş qayda-qanunun təmin olunması üçün müəllimlər və təhsil naziri ilə birgə çalışacaqlar. Məktəbdə neytrallıq olmalıdır. Bundan kənarda hər kəs geyim barəsində öz […]

Dünya

Məşhur Hollivud aktyoru keçmiş həyat yoldaşına qarşı məhkəmədə qalib gəlib – FOTO

Kevin Kostner keçmiş həyat yoldaşı Kristin Baumqartnerə qarşı məhkəmədə mühüm qələbə qazanıb. 68 yaşlı aktyor Santa Barbarada baş tutmuş məhkəmə prosesinin nəticələrinə əsasən uşaqlar – 16 yaşlı Kayden, 14 yaşlı Heyz və 13 yaşlı Qreys üçün ayda 63 209 dollar alimentin ödənilməsi təyin edilib. İyul ayında ilkin dinləmə çərçivəsində məhkəmə aylıq 129 755 dollar ödəməyi Kevin […]

Dünya

Türkiyədə erkən qış: Sivas ağ örpəyə büründü – VİDEO

Türkiyənin Sivas bölgəsinə dolu düşüb. İntensiv yağıntı nəticəsində Altınyayla və Şarkışla rayonu əraziləri qısa zaman ərzində ağ örpəyə bürünüb. Dolu əridikdən sonra ətraf əraziləri su basıb. Xüsusən, bağ və əkin sahələrinin sahiblərinə maddi zərər dəydiyi bildirilib. Təbiət hadisəsinin görüntüləri yerli sakinlər tərəfindən çəkilərək yayılıb. Mənbə: Haber Global Xeberal.az

Dünya

Adanada kişi arvadı və uşaqlarının gözləri qarşısında öldürüldü

Adanada İbrahim Taşkıran (42 yaş) dəbilqəli şübhəlinin hücumu nəticəsində həyatını itirib. Hadisə dünən gecə saatlarında baş verib. Səkidə həyat yoldaşı və uşaqlarının yanında telefonla danışan avtomobil alqı-satqısı ilə məşğul olan İbrahim Taşkırana iki nəfər motosikletlə yaxınlaşıb. Motosikletdən düşən maskalı şəxs əlindəki iki tapança ilə Taşkıranı güllə yağışına tutub. Çarəsiz halda olan Taşkıran qanlar içində yerə yıxılıb. […]