Dünya

Qəddafiyə Fransanın onu aradan qaldırmaq planları barədə xəbərdarlıq edilib

Sharing is caring!


İtaliyanın keçmiş baş naziri Culiano Amato (1992-1993, 2000-2001) iddia edir ki, 1983-1987-ci illərdə İtaliyanın baş naziri olmuş Bettino Kraksi həmin dövrdə Liviya lideri Müəmmər Qəddafini Fransanın onu 1980-ci ildə aradan qaldırmaq planları barədə xəbərdar edib. Amatonun özü isə o dövrdə hökumət aparatında işləyib.

Amatonun sözlərinə görə, Qəddafinin uçduğu təyyarəyə (Liviya Hərbi Hava Qüvvələrinin təyyarəsi) zərbə endirmək planı hazırlanıb. Plan çox sayda təyyarənin cəlb olunduğu NATO təlimlərinin imitasiyasını nəzərdə tutub. Həmin təlimlər zamanı Liviya liderinə raket atılmalı olub. Daha sonra hadisənin bədbəxt hadisə kimi təqdim edilməsi nəzərdə tutulurdu. Bununla belə, Qəddafi təhlükə barədə xəbərdarlıq edilib və o, öz təyyarəsinə minməyib.

“Sonradan öyrəndim ki, heç bir sübut olmadan, Qəddafini İtaliya səmasında təhlükə barədə xəbərdar edən məhz Bettino olub. O, təbii ki, belə bir həqiqətin üzə çıxmasında maraqlı olmayıb: onu NATO-ya sədaqətsizlikdə və düşmənə casusluqda ittiham edərdilər”, – deyə Amato bildirib.

27 iyun 1980-ci ildə Itavia sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 81 nəfər həlak olub. Reys təyyarəsi Apennin adalarının cənubundakı Ustika və Ponza adaları arasında dənizə düşüb. Amato faciəyə görə Fransa Hərbi Hava Qüvvələrini məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu, “daha çox inandırıcı versiyadır”. Lakin siyasətçi öz sözlərinə heç bir sübut təqdim etməyib.

Daha əvvəl Palermo məhkəməsi sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbinin başqa bir təyyarənin atdığı döyüş raketi olduğunu təsdiqləyib.

Amatonun sözləri geniş rezonansa səbəb olub. Belə ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani Amatonun öz versiyasını irəli sürdüyünü deyib. İtaliyanın baş naziri Corca Meloni bildirib ki, Amato iş üzrə materialları təqdim edərsə, hakimiyyət bütün mümkün addımları atmağa hazır olacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir