Cəmiyyət

Paytaxtda 39 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, yolu keçən 1984-cü il təvəllüdlü Fəxrəndə Məmməd qızı Hacıyevanı avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Fakt araşdırılır. Xeberal.az

Cəmiyyət

Tayvanın “EVA Air” aviaşirkətinin təyyarəsi təcili Bakıya eniş edib

Tayvanın “EVA Air” aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uçuş yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Oxu.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub (ürək tutması). Vurğulanıb ki, Boeing 787-9 təyyarəsi yerli […]

Cəmiyyət

Bu gün 600-ə yaxın şagird əlavə imtahan verəcək

Dövlət İmtahan Mərkəzi bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verən 600-ə yaxın şagird üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək. Oxu.Az xəbər verir ki, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. […]

Cəmiyyət

Xarici ölkə vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən şəxs tutulub – FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Cavid Mustafayevin sərnişin qismində əyləşdiyi “Opel” […]

Cəmiyyət

Bakıdan erməniəsilli sakinlərə ərzaq aparan karvan 6 gündür Ağdam-Xankəndi yolunda gözləyir – FOTO

Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır. Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir. Belə ki, içərisində 40 ton un məmulatları olan iki TIR bir neçə gündür Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Azərbaycan Qızıl […]

Cəmiyyət

Bakıda avtomobil 64 yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, Rəsulzadə qəsəbəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Tamara Yezgey qızı Bağırovanı vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona soltərəfli inci və bazu sümüklərinin sınığı diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Ermənistan yenə vəziyyəti gərginləşdirir – Xəbərlərin 09:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənistan yenə vəziyyəti gərginləşdirir. Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. Böyük Britaniyanın nüfuzlu media orqanı BBC-dən Azərbaycana qarşı təxribat. Şirkətin Qarabağla bağlı qərəzli xəbərinin arxasında nə dayanır? “592 balla Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyi ixtisasına daxil olmuşam”. Biləsuvarda bir sinifdən 19 nəfər tələbə adını qazandı. Daha ətraflı BAKU NEWS-un 09:00 buraxılışında: Xeberal.az

Dünya

Ukrayna hərbçiləri Estoniyanın baş nazirinə hədiyyə ediblər

Ukrayna hərbçiləri Estoniyanın Baş naziri Kaya Kallasa artilleriya mərmisindən hazırlanmış qədəh hədiyyə ediblər. “24-cü briqadadan olan ukraynalı döyüşçülər minnətdarlıq əlaməti olaraq mənə 120 mm-lik artilleriya mərmisindən hazırlanmış qədəh göndəriblər. Onu mənə Ukraynadan yenicə gələn həmkarım Marko Mihkelson çatdırıb. Səmimi qəlbdən təşəkkür edirəm, biz tam qələbəyə qədər Ukraynanı dəstəkləməyə davam edəcəyik”, – deyə Kaya Kallas sosial […]

Dünya

Hansı qidalar gecələr yatmağınıza imkan vermir?

Gecələr yuxuya getməkdə çətinlik çəkirsinizsə, gün ərzində nə yediyinizi düşünməyə dəyər.  “Yuxu rejimini nizama salmaq üçün nəyi və nə vaxt yediyimizi təhlil etmək vacibdir. Dünyadakı yuxuya getməyə kömək edən bütün vasitələrdən istifadə etmisinizsə və artıq yorulmusunuzsa, bunun səbəbi yanlış qidanı qəbul etməyiniz ola bilər”, – deyə rusiyalı həkim-nutrisioloq İqor Strokov bildirir. Əgər yuxu probleminiz varsa, […]

MARAQLI

ABŞ-də 113 milyon ildən çox yaşı olan dinozavr izləri tapılıb – FOTO

113 milyon ildən daha əvvəl yaşamış dinozavrlar müasir Texas ştatının Qlen Rouz (ABŞ) bölgəsində gəzmiş və özlərindən sonra Paluksi çayının suları altında qalmış, daşlaşmış ayaq izləri qoyublar. Texasda ekstremal hava şəraiti “Dinozavrlar Vadisi” dövlət parkında 70-ə yaxın ayaq izinin üzə çıxmasına gətirib çıxardıb. Ekspertlər hesab edirlər ki, onlardan bəziləri hündürlüyü 60 fut (18 metrdən bir qədər […]