Cəmiyyət

Tayvanın “EVA Air” aviaşirkətinin təyyarəsi təcili Bakıya eniş edib

Sharing is caring!


Tayvanın “EVA Air” aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uçuş yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Oxu.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub (ürək tutması).

Vurğulanıb ki, Boeing 787-9 təyyarəsi yerli vaxtla saat 05:15-də Bakı hava limanına enib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir