Cəmiyyət

Dostluğun və birliyin parlaq təzahürü

Azərbaycan Prezidenti cənab İlham Əliyev mayın 30-da İsrail Prezidenti İshaq Hersoqla görüşündəki bəyanatında qeyd edib ki, ölkəmizdə digər millətlərin nümayəndələri ilə yəhudilərin sıx birliyi mövcuddur. Dövlətimizin başçısı deyib: “Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. […]

Cəmiyyət

Tərəfdaş ölkə olan İsraillə iş birliyimiz güclənir

Prezident İlham Əliyev cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirib ki, bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və […]

İdman

PSJ-nin baş məşqçisindən Messinin gedişi barədə AÇIQLAMA

“Argentinalı ulduz futbolçu Lionel Messi cari mövsümün sonunda PSJ-ni tərk edəcək”. Bunu klubun baş məşqçisi Kristof Qaltye deyib. “Futbol tarixinin ən yaxşı oyunçusuna məşq keçmək mənim üçün şərəf idi. Messi son matçını “Park de Prens”də keçirəcək. Ümid edirəm ki, onu ən yaxşı şəkildə qarşılayacaqlar”, – deyə o bildirib. Qeyd edək ki, Messi bu mövsüm PSJ-də […]

Cəmiyyət

Əməkdaşlıq əlaqələrimizin tarixində əlamətdar hadisə

İsrail Prezidenti İsxaq Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafın əyani göstəricisidir. Azərbaycan-İsrail münasibətlərinin mövcud səviyyəsi hər iki ölkənin timsalında mədəniyyətlərarası dialoqun və əməkdaşlığın nə qədər böyük əhəmiyyətə malik olduğunu nümayiş etdirir və müasir dünyada nümunə olacaq yeganə əməkdaşlıq modeli hesab oluna bilər. Prezident Ilham Əliyev əlaqələrdən danışarkən deyib ki, Azərbaycanın […]

Şou-Biznes

Cavanşir Məmmədov 480 min dollarlıq maşınından danışdı – 67 dənə olub

“Məni maşın almaq dala saldı. Yoxsa daha imkanlı olardım. Baha alıb ucuz satmışam”.  Lent.az-ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Cavanşir Məmmədov səsləndirib. “Nəvəm siyahısını tutub. Bu günə qədər 67 maşınım olub. İlk maşınım “Jiquli” markalı 2101 olub. Ən bahalı maşınım isə “Rolls Royce Long” idi. Dolların 78 qəpik olan vaxtında 480 min dollara almışdım. […]

Müharibə

Əliyev-Paşinyan görüş günü müdafiə nazirinin “hazır olun” əmri – ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kişineuda keçiriləcək görüşə saatlar qalmış müdafiə naziri Zakir Həsənovun Ordunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə görüşündə verdiyi tapşırıqlar təsadüf sayıla bilməz. Həsənovun tapşırıqlarında vacib xətt: – Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni separatçıların yarada biləcəyi təxribatın qarşının alınmasına hazır […]

MARAQLI

Dünyanın ən varlı adamının kimliyi açıqlandı – FOTO

“Tesla” və “SpaceX”in qurucusu, “Twitter”in sahibi İlon Mask planetin ən varlı adamları reytinqində yenidən birinci olub. Bu barədə “Bloomberg” agentliyi məlumat verib. Məlumata görə, sahibkarın sərvəti hazırda 192,3 milyard dollara çatıb. Planetin ən varlı adamları siyahısına başçılıq edən Mask əvvəllər bu yeri tutan LVMH şirkətlər qrupunun (Louis Vuitton Moet Hennessy) prezidenti, öz növbəsində sərvəti 186 […]

İdman

Azərbaycan taekvondoçusu dünya çempionatında mübarizəni dayandırdı – YENİLƏNİB

Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. Oxu.Az xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan idmançı əvvəlcə 1/64 final mərhələsi çərçivəsində Alfredo Martinslə (Portuqaliya) qarşılaşıb. Görüş həmyerlimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 1/32 finalda Xanoğlan Kərimov Zakariya Muhammed Qaliyə (Səudiyyə Ərəbistanı) qalib gəlib – 2:1. Xanoğlan Kərimov 1/16 finalda Tobias Hittelə […]

MARAQLI

İkardinin 21 qolu əzəli rəqib “Fənərbağça”nın sabiq kapitanına baha başa gəldi – FOTO/VİDEO

“Fənərbağça”nın sabiq kapitanı və sabiq milli oyunçusu Ümit Özat canlı yayımda saçlarını qırmızıya boyayıb. Bunu o, mövsümün əvvəlində “Qalatasaray”ın transfer etdiyi Mauro İkardiyə əyləncəli vədinə görə edib. Həmin vaxt Ü.Özat İkardinin ən azı 20 qol vuracağı təqdirdə, saçlarını qırmızıya boyayacağını deyib. İkardi 21 qola imza atdığından bütün gözlər millinin keçmiş oyunçusuna çevrilib. Elə “Qalatasaray”ın ulduz […]

İdman

Kamran Quliyev: “Gələn mövsüm tam başqa “Neftçi” olacaq”

“Əminəm ki, gələn mövsüm tam başqa “Neftçi” olacaq”. “Report”un məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev yeni forma sponsoru ilə müqavilə imzalanma mərasimində jurnalistlərə açıqlamasında deyib. Klub rəhbəri əsas komandanın nəticələrinə görə, azarkeşlərin narazılıqlarına da münasibət bildirib. O, növbəti mövsümlə bağlı da iddialı danışıb: “Narazılıqlar yersiz deyil, başa düşürük. Azarkeşlər komandadan uğurlu nəticə gözəyirlər. Ambisiyalı, […]