İqtisadiyyat

ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi ilə görüş keçirilib – FOTO

Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyəti, ölkəmizin energetika sahəsində irəli sürdüyü təşəbbüslər və “yaşıl” enerjiyə keçid istiqamətində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt arasında görüş keçirilib, ölkələrimiz arasında enerji tərəfdaşlığı məsələləri müzakirə edilib, […]

Tədbirlər

Abşeron rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir

“Heydər Əliyev İli” çərçivəsində Abşeron rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir. Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyev adına Parkda təşkil edilən bayram konsertində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qəhrəman oğullarımızın yadıgar övladları, rayonun təhsil ocaqlarının kollektivləri iştirak etmişlər. Əvvəlcə şəhid övladlarının iştirakı ilə Ulu […]

İdman

Mariya Stadnikin reytinq turnirinə aparılmamasının səbəbi AÇIQLANDI

Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin lideri Mariya Stadnikin (50 kq) Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək reytinq turnirinə aparılmamasının səbəbi müəyyənləşib. Dünya və Avropa çempionu “Report”a açıqlamasında başqa turnirdə qüvvəsini sınayacağını bildirib. 35 yaşlı olimpiya mükafatçısı Bolqarıstanda hazırlıq keçəcəklərini söyləyib. O, ardından Polşanın paytaxtı Varşavada turnirə qatılacaqlarını vurğulayıb: “Bizim hazırlıqla bağlı planımız fərqlidir. İyulun 5-də təlim-məşq toplanışı üçün […]

Şou-Biznes

Karib dənizinin məşhur “piratı” öldü

“Karib dənizinin piratları” filmindən tamaşaçılara yaxşı tanış olan aktyor Serxio Kalderon vəfat edib. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktyor 77 yaşında Los- Anceles xəstəxanasında ölüb. O “Qara geyimli adamlar”, “Karib dənizin quldurları”, “Sonuncu reyd”, “Qisasçılar” filmi ilə tanınmışdı.

Mədəniyyət

Polad Bülbüloğlunun “YouTube” platformasına qanunsuz yüklənən mahnıları silinib

Azərbaycanın tanınmış bəstəkarı və müğənnisi, Xalq artisti Polad Bülbüloğluna məxsus olan “Heyif belə oldu” mahnısının “YouTube” platformasında icazəsiz və qanunsuz yerləşdirilməsi ilə əlaqədar olaraq Əqli Mülkiyyət Agentliyinə müraciət daxil olub. Bu barədə Oxu.Az-a agentlikdən məlumat verilib. Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, […]

İqtisadiyyat

Çexiyanın sənaye və ticarət naziri ilə görüş keçirildi – YENİLƏNİB + FOTO

Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela ilə görüşdə iqtisadi-ticarət əməkdaşlığının inkişafı, azad edilmiş ərazilərimizdə “yaşıl” enerji zonasının inkişafında çex şirkətlərinin iştirakı imkanları və digər məsələlər barədə müzakirə aparılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela ilə görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov ikitərəfli əlaqələrin genişlənməsinə önəm verildiyini […]

MARAQLI

Şəmkirdə sel fəlakəti baş verib – VİDEO

Dünən yağan intensiv yağan yağışlar nəticəsində Şəmkir rayonunda sel fəlakəti baş verib. Oxu.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə Şəmkir rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb. İnsanların hərəkəti məhdudlaşıb. Həmin görüntüləri təqdim edirik: Nəzrin Vahid Xeberal.az

MARAQLI

Məşhur çoxuşaqlı analar: “Əsas məsələ onlara gözəl tərbiyə verməkdir” – FOTO

Ana uşağın həm bioloji, həm də sosial rolunu daşıyan qadındır. Həm məşhurluq, həm də çoxuşaqlı ana olmaq heç də asan deyil. Elələri var ki, uşaq dünyaya gətirdikdən sonra sənətdən uzaqlaşırlar. Əslində, “çoxuşaqlı” sözü nisbi mənadadır. Burada söhbət bir və ya iki uşaqla kifayətlənənlərlə müqayisədə üç-dörd uşaq sahibi olanlardan gedir. Oxu.Az-ın əməkdaşı 1 İyun – Uşaqların […]

Müharibə

ANAMA Laçına köçürülən əhali üçün təlimlərə başlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən davamlı olaraq həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) təlimləri əhalinin işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və dayanıqlı məskunlaşması, sağlam mühitin yaradılmasında əhəmiyyətli rol oynayır. ANAMA-dan verilən xəbərə görə, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı çərçivəsində köç edən sakinlərə ANAMA tərəfindən Partlayıcı Sursatların […]

Kriminal

29 yaşlı oğlanın büdcəyə milyonlarla borcu necə yaranıb?

Yasamal Rayon Məhkəməsində vergidən yayınmada təqsirləndirilən Şəki sakini, 1994-cü il təvəllüdlü Rəşid Məmmədovun məhkəməsi keçirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, orta təhsilli və 5 uşaq atası olan R.Məmmədov Cinayət Məcəlləsinin 213.3-cü (Vergidən yayınma-xüsusilə külli miqdarda) maddəsi ilə təqsirləndirilib. Məhkəmədə bildirilib ki, Rəşid “Senton” MMC, “Titan W” MMC, “Şkala-Temp” MMC, “Bulus Termini” MMC, “Yamaxa-08” MMC, “Etalon […]