Siyasət

Zelenski Yaponiyaya səfər etdi – VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyaya səfər edib. O, G7 sammitində iştirak edəcək. Bu barədə Zelenski öz “Telegram” kanalında məlumat verib. “Yaponiya. G7. Ukraynanın tərəfdaşları və dostları ilə mühüm görüşlər. Qələbəmiz üçün təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi. Bu gün sülhə daha da yaxınlaşacağıq”, – deyə Volodimir Zelenski qeyd edib.   Xeberal.az

İqtisadiyyat

Rumıniya Azərbaycan qazının nəqlini qiymətləndirmək üçün texniki-iqtisadi əsaslandırma sifariş edib

Rumıniya Azərbaycan qazının nəqlini qiymətləndirmək üçün texniki-iqtisadi əsaslandırma sifariş edib. Bu barədə Rumıniya KİV məlumat yayıb. Bildirilir ki, Rumıniyanın Baş naziri Nikolae Çuka Azərbaycan qazının Kulevi-Konstansa marşrutu ilə nəqlinin texniki-iqtisadi əsaslandırılmasının aparılması barədə göstəriş verib. Layihə Kulevidə qaz mayeləşdirmə stansiyasının və Konstansada mayeləşdirmə stansiyasının açılmasını, qazın boru kəmərlərinə daxil edilməsini, oradan istənilən istiqamətə nəqlini nəzərdə […]

Kriminal

Bakıda keçmiş məhkum quldurluq etdi – ANBAAN VİDEO

Nizami rayonunda quldurluq hadisəsi baş verib. Bu barədə DİN-dən bildirilib. Naməlum şəxs Q.Qarayev, 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb. Onun barəsində toplanan materiallar […]

İdman

“Qarabağ” çempionluq kubokuna nə vaxt qovuşacaq?

Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün mükafatlandırma mərasiminin vaxtı və yeri müəyyənləşib. Oxu.Az xəbər verir ki, mayın 28-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Turan Tovuz” oyunundan sonra Ağdam klubu çempionluq kubokuna qovuşacaq. Həmin gün, həmin məkanda “Sabah” gümüş, “Neftçi” bürünc medalları alacaq. “Qarabağ” – “Turan Tovuz” matçının saatı hələlik dəqiqləşməyib. Ancaq bu, mövsümün son oyunu olacaq. Eyni zamanda […]

MARAQLI

Əcnəbilərin Bakıdakı konsertinə münasibət: Vəsait çatışmazlığı, hörmətsizlik, yoxsa zövqsüzlük? – SORĞU + FOTO

Azərbaycana son zamanlar xarici ölkələrdən konsert vermək üçün gələn müğənnilərin sayı artıb. Konsertlərin ardı-arası kəsilmir. Bunu səbirsizliklə gözləyənlərlə yanaşı, etiraz edənlər də var. Hətta yerli müğənnilərin solo konsert verməməyindən şikayətlənənlər də var. Bəs görəsən, xarici müğənnilərin konsertinə tələbatın çoxluğu nə ilə əlaqəlidir? Azərbaycanlı müğənnilərin buna münasibətləri necədir? Mövzu ilə bağlı Oxu.Az-ın əməkdaşı azərbaycanlı müğənnilər arasında […]

Kriminal

“Kibrit tapa bilmədiyi üçün söyüş söydü” – Ömürlük məhkumun kamera yoldaşını öldürməsinin TƏFƏRRÜATI

29 ildir həbsdə olan və ötən il həbsxanada kamera yoldaşını öldürən Zahidkəhriz Abbasovun cəza müddətinə daha 18 il əlavə olunub. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə bir sıra detallar məlum olub. Belə ki, onun həbsdə qətlə yetirdiyi kamera yoldaşı Oleq Abişev də ömürlük məhkum imiş. Hadisə günü O.Abişev siqaret […]

Kriminal

İranlıdan satış məqsədilə narkotik vasitə alan Şamaxı rayon sakinləri tutuldular – FOTO

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan şəxslər tutularaq istintaqa təhvil veriliblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayon sakinləri Məhəmməd Babaliyev və Məhəmməd Quliyev şübhəli şəxs qismində saxlanılıblar.  Şəxsi axtarış zamanı onlardan ümumi çəkisi 1 kiloqramdan artıq […]

Kriminal

Zəngilanda yabanı halda bitən çətənə bitkisi yandırılaraq məhv edilib – FOTO/VİDEO

Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əmakdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Şayıflı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 ton 400 kiloqram olan 8000 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib. Xeberal.az

Müsahibə

Cəbrayıl Ağayev: “NK-nın qərarı bizi keyfiyyətsiz qida məhsullarından qoruyacaq” – MÜSAHİBƏ + FOTO

Azərbaycanda “AZCHEMCO” MMC və Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Texniki Bitkiləri Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının (ATS) əməkdaşlığı ilə hazırlanmış yeni dövlət standartı qəbul edilib. Bununla bağlı stansiyanın direktoru, aqrar elmlər doktoru Cəbrayıl Ağayev “Report”un suallarını cavablandırıb: – Cəbrayıl müəllim, ideya necə yarandı və sizi bu layihədə iştirak etməyə nə sövq etdi? – […]

Siyasət

Güney azərbaycanlılar Berlində İrana qarşı aksiya keçirəcəklər

Bu gün, mayın 20-də Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə bağlı aksiya keçiriləcək. Mitinqin təşkilatçılarından biri, İsveçdə yaşayan güney azərbaycanlı fəal Saleh Kəmrani “Report”a bildirib ki, bir neçə saata sonra başlayacaq aksiyaya hazırlıqlar işləri görülür. Onun sözlərinə görə, “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə keçiriləcək […]