İdman

“Qarabağ” çempionluq kubokuna nə vaxt qovuşacaq?

Sharing is caring!


Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün mükafatlandırma mərasiminin vaxtı və yeri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, mayın 28-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Turan Tovuz” oyunundan sonra Ağdam klubu çempionluq kubokuna qovuşacaq.

Həmin gün, həmin məkanda “Sabah” gümüş, “Neftçi” bürünc medalları alacaq.

“Qarabağ” – “Turan Tovuz” matçının saatı hələlik dəqiqləşməyib. Ancaq bu, mövsümün son oyunu olacaq. Eyni zamanda “Neftçi” – “Sabah” qarşılaşması bir qədər erkən saata salınacaq ki, adıçəkilən komandalar mükafatlandırma mərasiminə çata bilsinlər.

Premyer Liqada 36-cı turun bütün oyunları mayın 28-də təşkil olunacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir