Cəmiyyət

“Azərkosmos” və “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” ABŞ-nin “SpaceX” şirkəti (“Space Exploration Technologies Corporation”) ilə əməkdaşlıq müqaviləsi imzalayıb. AZƏRTAC xəbər verir ki, müqavilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərkosmos” və “SpaceX” şirkəti arasında keçirilən görüşdə bağlanıb. Müqaviləyə əsasən, “Azərkosmos” və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub. […]

İqtisadiyyat

“Azərişıq”: “Artıq qəza baş vermədən öncə proqnozlaşdırılmanın aparılması mümkün olacaq” – FOTO

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzinin tam avtomatik rejimdə çalışması, qəza baş vermədən öncə proqnozlaşdırılmanın aparılması, həmçinin abonentlərin və qəza xidmətlərinin eyni anda bütün rəqəmsal tətbiqlər vasitəsilə məlumatlandırılması üçün şərait yaradır. Bunu “Report”a açıqlamasında qurumun Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib. “Artıq bu yarımstansiya Füzuli rayonunun və digər yaxın […]

Siyasət

Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub – FOTO

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verib. Bildirilib ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir. Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını […]

Mədəniyyət

TÜRKSOY-un baş katibi: “Şuşadakı zəngin tədbirlər dünyada rezonans doğuracaq”

“Şuşa türk dünyasının mədəniyyət paytaxtı olduğuna görə zəfərin, rifahın və şənliyin çox yaraşdığı bu şəhərdə bir-birindən zəngin, yaddaqalan və rezonans doğuracaq proqramlarımız olacaq”. Bu fikirləri “Report”un Ankara bürosuna Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib. Baş katib deyib ki, Şuşa şəhəri 2023-cü ildə TÜRKSOY Daimi Şurasının qərarı ilə Türk dünyasının mədəniyyət paytaxtı […]

Kriminal

Aparıcının evini soydular: “Anama nəsə əlavə iynə vurub”

Aparıcı Sona Rəsulovanın evindən pul oğurlanıb. Oxu.Az-ın məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb. Aparıcının sözlərinə görə, anasına qulluq edən xəstə baxıcısı evdən pul və zinət əşyası oğurlayıb: “Artıq çoxunuz bilirsiniz ki, 5 fevral tarixində anam insult keçirib. 23 fevral tarixinə kimi xəstəxanada idik, daha sonra müalicəni evdə davam edirik. 2 mart tarixində […]

Cəmiyyət

Qanunla ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır? – AÇIQLAMA

Ötən günlərdə bir sıra kütləvi informasiya vasitələrində ölkədə müəyyən xəstəliklər üzrə dərmanların ödənişsiz verilməli olduğu halda, vətəndaşlara pulla satılması ilə bağlı məlumatlar dərc edilib. Söhbət Azərbaycanda hemofiliya, vərəm, talassemiya, şəkərli diabet, dağınıq skleroz, xroniki böyrək çatışmazlığı və qanın bədxassəli xəstəliklərindən əziyyət çəkən şəxslərə dərmanlar ödənişsiz, yəni dövlət hesabına verilməli olduğu halda, pulla satılması iddialarından gedir. Bu […]

Dünya

İstanbulda taxıl müqaviləsi üzrə yüksək səviyyəli görüşün tarixi açıqlandı

“Türkiyənin İstanbul şəhərində taxıl müqaviləsi üzrə yüksək səviyyəli görüş keçiriləcək”. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin elan edib. Onun sözlərinə görə, tədbir 10-11 may tarixlərinə planlaşdırılıb. “Sabah və o biri gün İstanbulda dördtərəfli formatda yüksəksəviyyəli görüşümüz var”, – deyə o bildirib. Qeyd edək ki, bir müddət əvvəl S.Verşinin Rusiya, Ukrayna, Türkiyə və […]

Dünya

“Anadolu Qartalı – 2023”: Pilotlarımız çətin manevrlərlə düşməndən yayınmağı məşq ediblər – FOTO/VİDEO

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ümumi brifinqdən sonra pilotlarımız icra olunacaq fəaliyyətləri xəritə üzərində dəqiqləşdiriblər. Təlimin növbəti günündə şərti düşmənin hava məkanına daxil olaraq müasir peyk naviqasiya sistemlərinin imkanlarından istifadə olunmaqla dağlıq ərazidə maskalanmış kiçik mobil və stasionar yer hədəflərini müəyyənləşdirmək […]

Siyasət

İlham Əliyev Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib – FOTO

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib. AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirilib ki, Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzində (EŞİTM) müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımstansiya inşa olunub, müasir standartlara cavab […]

Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak ediblər – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 9-da Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin lövhəsinin açılışını edib. Dövlətimizin başçısına Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib. Prezident İlham […]