Dünya

Ukraynaya kütləvi ballistik raket hücumu – VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.  O bildirib ki, Kiyev ötən gecə son bir həftənin ən güclü raket zərbələrinə məruz qalıb: “Ukraynaya 25 qanadlı raket atılıb. Zərbələrin bir qismi Qara dənizdəki Rusiya hərbi bazalarından, digərləri isə təyyarələrdən endirilib. Onlardan 23-ü zərərsizləşdirilib, 2-si isə Kiyev vilayətində […]

Siyasət

İki NATO ölkəsi arasında gərginlik: Avropa üçün təhdid – TƏHLİL

Rusiya-Ukrayna müharibəsinin Transatlantik məkanda yaratdığı çatlardan biri Polşa-Almaniya gərginliyidir. Polşada Almaniya əleyhinə rəsmi və qeyri-rəsmi ritorika Berlinin Moskva saatına uyğunluq təşkil edən siyasətinə görədir. Yəni Polşada hesab edirlər ki, Almaniya NATO-nun Rusiyaya qarşı çağırış və birgə müdafiə səylərinə həlledici dəstək vermir və əqrəblərini Kremlə tərəf əyir. Polşadakı ritorikanın tarixi aspektləri də var, rəsmi Varşava bildirir […]

Siyasət

Azərbaycanın baş naziri “SpaceX” şirkətinin prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 9-da ölkəmizdə səfərdə olan ABŞ-nin “Space Exploration Technologies Corporation” (“SpaceX”) şirkətinin prezidenti və baş əməliyyat direktoru xanım Qven Şotvel ilə görüşüb. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycanda “Starlink” internet xidmətlərinin göstərilməsi ilə bağlı “SpaceX” şirkəti ilə imzalanacaq ilkin razılıq sazişinin əhəmiyyəti vurğulanıb. Azərbaycanda informasiya-kommunikasiya […]

Cəmiyyət

Qadına hədə-qorxu gələrək pul tələb edən şəxs saxlanılıb – VİDEO

Paytaxt sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək ondan 250 manat pul tələb edilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə (şantaj) şübhəli bilinən Bakı sakini 24 yaşlı İbrahim Nəcəfov müəyyən olunaraq […]

Cəmiyyət

Bakıda külli miqdarda saxta dollar dövriyyəyə buraxmaq istədi – FOTO/VİDEO

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhərində saxta pul dövriyyəsini təşkil etməkdə şübhəli bilinən paytaxt sakini Nizami Quliyev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.  Onun üzərinə baxış zamanı saxta 35 min 900 ABŞ dolları aşkar olunaraq götürülüb. Nizami Quliyev saxta əsginasları paytaxt ərazisində müxtəlif […]

Dünya

İranda Rabitə İdarəsinin işçiləri etiraz aksiyaları keçiriblər – VİDEO

Ərdəbil, Təbriz, Gilan, Sınandaş, Məşhəd və Hormozqan şəhərlərində Rabitə İdarəsinin işçiləri etiraz aksiyaları keçiriblər. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Bundan başqa Xuzistan şəhərində də rabitə idarəsinin pensiyaçıları məşğulluq qaydalarının və əlavə sığortanın hökumət tərəfindən tənzimlənməməsinə etiraz olaraq nümayiş keçiriblər. Narazı təqaüdçülər “Rabitə İdarəsi həya et, haqqımız ver!”, “Haqqımızı almayınca susan deyilik!”, “Yalan […]

Cəmiyyət

Döyüb pulunu, sənəd və pulqabısını aldılar

Nəsimi rayonu ərazisində bir qrup şəxsin bir nəfəri döyərək 8512 manat pulunu, sənəd və pulqabısını talaması barədə polisə məlumat daxil olub.  Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Xəzər Ələsgərov, Ağstafa rayon sakini Nicat Kərimov, […]

Cəmiyyət

Hande Harmancı: “Koronavirusla bağlı pandemiya dövrü bitib”

“Koronavirusla bağlı pandemiya dövrü bitib, lakin xəstəlik hələ davam edir”. Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, COVID xəstəliyi hələ də var, sadəcə olaraq fövqəladə vəziyyət dövrü ortadan qaldırılıb. “Bundan sonra bütün ölkələr koronavirusla bağlı vəziyyəti izləməyə davam etməlidirlər. Necə ki, qrip xəstəliyi var, COVID də var. […]

Siyasət

Bakı İnzibati Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edib – FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Oxu.Az-ın məlumatına görə, ziyarət zamanı hakimlərə Mərkəzlə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, ulu öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. […]

Cəmiyyət

Şuşa sənət aşiqlərinə qucaq açdı: “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb – FOTO

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb.  Səhər saatlarında festival proqramı üzrə tamaşaların, iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı olub.  Qeyd edək ki, festival günlərində şəhərin müxtəlif məkanlarında “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. […]