Hüquq

Milyarder Fərhad Əhmədov 90 min manat borcunu ödəmir – Məhkəməyə verilir

Milyarder Fərhad Əhmədov iş adamı Ruslan Hüseynova olan borcunu ödəməkdən yayınır. Bu barədə Qaynarinfo-ya Ruslan Hüseynovun özü bildirib. Onun sözlərinə görə, borcun məbləği 90 min manatdır. “Mən “HAVİSSOS” MMC-nin təsisçisi və direktoruyam. Şirkətimiz ventilyasiya, isitmə, soyutma və su təchizatı, qısaca VİSST sistemlərinin quraşdırılması və və montajı ilə məşğuldur. 2016 -cı ildən Fərhad Əhmədov ilə əməkdaşlığa başlamışıq […]

Dünya

Ağ Ev rəsmisi: “Ukrayna əks-hücum üçün bütün lazımi silahlarla təmin olunub”

Ukrayna əks-hücum üçün bütün lazımi silahlarla təmin olunub. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib. “Ukraynanın qarşıdakı həftələr və aylarda əks-hücum əməliyyatına başlaması üçün lazım olan hər şey var”, – deyə o vurğulayıb. Kirbi əks-hücumun başlama tarixini açıqlamayıb. Onun sözlərinə görə, bilsəydi belə, bu barədə açıqlama verməzdi. […]

İdman

Premyer Liqa: “Mançester Yunayted”ə son dəqiqə şoku – VİDEO

İngiltərə Premyer Liqasının 28-ci turundan təxirə salınmış oyunda “Mançester Yunayted” “Brayton”un qonağı olub. Oxu.Az xəbər verir ki, görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90+9-cu dəqiqədə penaltidən Aleksis Makallister vurub. “Mançester Yunayted” hazırda 63 xalla 4-cüdür. Xallarını 55-ə çatdıran “Brayton” isə “Aston Villa” və “Tottenhem”i geridə qoyaraq 6-cı pilləyə yüksəlib. Xeberal.az

İdman

Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan rəsmi təklif alıb

PSJ-nin argentinalı hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundan rəsmi təklif alıb. Məlumata görə, bu, Messinin hazırda aldığı yeganə təklifdir. Daha əvvəl “Əl-Hilal”ın argentinalıya ildə 400 milyon dollar ödəməyə hazır olduğu bildirilirdi. Messinin karyerasını davam etdirməsi üçün başqa bir variant “Barselona”ya qayıtmaqdır. Deyilənlərə görə, “Barselona” argentinalı hücumçunu transfer etmək üçün üç futbolçusunu satacaq. Məlumata görə, yarımmüdafiəçilər Serxio […]

Dünya

Kremlə hücum edən PUA-lar barədə Moskva vilayəti sakinləri rəsmi orqanları xeyli əvvəl xəbərdar ediblər

Kremlə dronlarla hücumdan əvvəl Rusiyanın Moskva vilayətinin sakinlərindən PUA-lar gördükləri barədə xəbərlər gəlməyə başlayıb. Lakin xüsusi xidmət orqanları bu xəbərlərə reaksiya verməyiblər. Bu barədə “Baza” “Telegram” kanalı öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Kremlə hücum cəhdi edən pilotsuz aparatlar Moskva vilayəti üzərində uçduqları zaman sakinlər tərəfindən görülüb, lakin təhlükəsizlik xidməti orqanları PUA ilə bağlı […]

Dünya

İranlı gənclər ehtiyac üzündən daxili orqanlarını satmaq məcburiyyətində qalırlar – FOTO

İranlı gənclər ehtiyac üzündən daxili orqanlarını satmaq məcburiyyətində qalırlar və bu məqsədlə İraqa üz tuturlar. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Kanal həmin elanlardan bəzilərini təqdim edib: “28 yaşlı idmançıya məxsus mənfi qan qrupu olan böyrək satılır. Qiymət razılaşma yolu ilədir”, “Kornea, göz, sümük iliyi, qaraciyər təcili satılır” və s. Bildirilir ki, bədən orqanlarının satışı […]

Dünya

Türkiyədə rusiyalı və ukraynalı deputatlar arasında dava düşdü – VİDEO

Ali Radanın deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) Ankarada keçirilən sammitində Rusiya nümayəndə heyətinin çıxışını kəsməyə cəhd ediblər. Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Olqa Timofeyeva pencəyinə “Müqəddəs Georgi lenti” sancıb ki, bu da Ukrayna rəsmilərinin narazılığına səbəb olub. Onlar qadın çıxış edərkən onun oturacağının arxasında Ukrayna bayrağı açıblar. Rusiya nümayəndə heyətinin […]

Cəmiyyət

Su kəmərində baş verən qəzaya görə Biləsuvar şəhəri 3 gündür susuz qalıb

Kür-Bakı magistral su kəmərində baş verən qəzaya görə Biləsuvar şəhəri 3 gündür ki, içməli susuz qalıb. Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, ötən gün günorta saatlarında şəhərə içməli suyun veriləcəyi deyilsə də, hələlik bu saata qədər problem davam edir. Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərində qəza […]

Dünya

Macarıstan baş naziri Trampla bağlı çağırış etdi

“Donald Trampın ABŞ prezidentliyinə qayıdışı Ukrayna məsələsinə son qoymağa kömək edə bilər”. Bu barədə Macarıstan Baş naziri Viktor Orban Budapeştdə mühafizəkar siyasi partiyaların konfransı zamanı bildirib. Viktor Orban qeyd edib ki, Tramp o vaxtdan indiyə qədər prezidentliyini davam etdirmiş olsaydı, Ukrayna müharibəsi, ümumiyyətlə, olmazdı. Orban, həmçinin Trampın Ağ Evə qayıdacağına, “Amerikanı yenidən möhtəşəm” edəcəyinə və […]

Dünya

Moldova iyunda hava məkanını bağlayacaq – SƏBƏB

Moldova hakimiyyəti iyunun 1-2-də hava məkanını bağlayacağını elan edib. Bu barədə Moldova Baş Polis Müfəttişliyi məlumat yayıb. Bildirilir ki, qərar ölkədə Avropa siyasi ictimaiyyətinin sammitinin keçirilməsi ilə bağlıdır. “Moldova hava məkanını iyunun 1-dən yerli vaxtla saat 00:00-dan – iyunun 2-si yerli vaxtla saat 07:00-a qədər bağlayacaq”, – deyə məlumatda vurğulanıb. Qadağa biznes təyyarələrinə şamil edilməyəcək. […]