Siyasət

ABŞ Dövlət katibi Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb – FOTO

ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli danışıqların növbəti raundu başa çatıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat yayıb. Qeyd olunub ki, ABŞ-nin dövlət katibi Entoni Blinken nazirlərlə görüşüb və yekun iclasa ev sahibliyi edib. Xeberal.az

Dünya

Rusiyada qadın mənzilə görə qızının qətlini sifariş verdi

Rusiyanın Krasnoyarsk vilayətində qadın qızının sifarişlə öldürülməsini təşkil etməkdə şübhəli bilinərək barəsində cinayət işi başladılıb. Əməliyyatçılar 67 yaşlı qadın tərəfindən 48 yaşlı qızına qarşı hazırlanan sifarişli qətlin qarşısını alıblar. İstintaqın məlumatına görə, aprelin sonunda yerli sakin qızını öldürtdürmək niyyətini tanışına bildirərək qızının daşınmaz əmlakını əlindən almaq istədiyini deyib. O, qətlə görə 80 min rubl (təxminən 1 […]

Dünya

Hollivud kinostudiyaları ssenaristlərin maaşlarını kəsdilər – FOTO

Hollivudun ən böyük kinostudiyaları bəzi ssenaristlərə maaşların verilməsini dayandırır. Buna səbəb onların son 15 ildə ilk dəfə keçirdikləri böyük tətildir. Belə ki, “Sony Group Corporation” şirkəti tətilə görə işləməyən və müvafiq olaraq müqavilə şərtlərini yerinə yetirməyən ssenaristlərə ödənişləri dayandırıb. Məlumata görə, digər studiyalar da analoji addımı ata bilərlər. Tətil bir neçə ay davam edərsə, media […]

İqtisadiyyat

Uçot dərəcəsinin artırılmasının dolların məzənnəsinə təsiri – VİDEO

Daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yeni makroiqtisadi proqnozlar nəzərə alınmaqla uçot dərəcəsi 8,75-dən 9%-ə çatdırılıb. Sonuncu dəfə isə bu artım bir müddət öncə martda olmuşdu. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, faiz dərəcələrinin artırılması gözlənilən qərar idi. Çünki Azərbaycanda inflyasiya səviyyəsi hələ də mərkəzi bankın nəzərdə tutduğu inflyasiya dəhlizindən iki dəfə çoxdur. […]