Cəmiyyət

Yevlaxda meşədə yanğın olub

Yevlax şəhərinin Qoyunbinəsi kəndində Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub. “Report”un məlumatına görə, nəticədə 3 hektar sahədə olan kol-kos və ağaclar yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Müəllimlərə ən çox maaş verən ölkələr – Təəccübləndirici RƏQƏMLƏR

Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmirlər. Müəllim aldığı məvacibdən asılı olmayaraq peşəsini, işini, şagirdləri sevməlidir. Dünya miqyasında müəllimlərə ən çox maaş verən ölkələr hansılardır? AzEdu.az xarici mediaya istinadən müəllimlərə ən çox maaş verən ölkələri təqdim edir: Avstraliyada 1-ci dərəcəli müəllim aylıq ortalama 2500 dollar qazanc […]

Mədəniyyət

Riz Uizerspun 12 illik evliliyinə son qoyur – FOTO

Amerikalı aktrisa Riz Uizerspun 12 illik evliliyindən sonra əri Cim Totdan boşanmaq üçün məhkəməyə müraciət edib. O, bu barədə “İnstagram” səhifəsində məlumat verib. “Legally Blonde” filminin ulduzu bu qərarın çox çətin olduğunu etiraf edib. “Biz birlikdə çox gözəl illər keçirmişik və birlikdə yaratdığımız hər şeyə dərin sevgi, mehribanlıq və qarşılıqlı hörmətlə irəliləyirik”, – deyə o bildirib. Uizerspun […]

Dünya

İsveçin baş naziri: “Finlandiya tezliklə NATO-ya üzv olacaq”

İsveçin Baş naziri Ulf Kristersson bəyan edib ki, Finlandiyanın NATO-ya üzv olması İsveçdən daha tez baş verəcək. Bu barədə Baş nazir Kristersson Karlstadda konfransda çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, hər şey müvafiq ssenari üzrə inkişaf edir və tezliklə Helsinki NATO-nun üzvü olacaq.  O, Finlandiyanın üzv olması ilə İsveçin daha təhlükəsiz olacağını əlavə edib: “Sadəcə […]

Dünya

İranda hicab məmurları gənc qızları döyüblər – VİDEO

İranda hicab məmurları növbəti dəfə zorakılığa əl ataraq gənc qızları döyüblər. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir. Məlumata əsasən, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, İranın məcburi hicab məmurları Qum şəhərindəki parkların birində gənc qızlara qarşı hicaba riayət etmədiklərini bəhanə gətirərək zorakılıq ediblər və onları döyüblər.   Xeberal.az

Müsahibə

Assosiasiya sədri: “Qarabağ haqqında materialları tərcümə etdirib 140 deputata göndərmişik” – MÜSAHİBƏ + FOTO

Keçmiş sovet, bugünkü Avropa ölkəsi olan Litvada yüzlərlə azərbaycanlı məskunlaşıb. Rəqəmlərlə danışsaq, onların 679 nəfəri buradakı həyatlarını Litva vətəndaşlığına keçərək, elə bir o qədəri də Azərbaycan vətəndaşı olaraq davam etdirir. Həmvətənlərimizi milli bayramlarda, tarixi günlərdə bir yerə toplayıb ənənələrimizi yaşadanlar isə, adətən, orada diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan cəmiyyətləri olur. Belə cəmiyyətlərdən birini də […]

Dünya

Türkiyə millisi İrəvanda Ermənistana qalib gəldi – VİDEO

AVRO-2024-ün seçmə mərhələsində I tur davam edir. Oxu.Az xəbər verir ki, D qrupunda yer alan Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşıb. İrəvanda keçirilən görüş “ay-ulduzlular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matç Türkiyə yığması üçün yaxşı başlamayıb. Ozan Kabak 10-cu dəqiqədə avtoqolla yığmanın hesabda geri düşməsinə səbəb olub. Lakin Türkiyə millisi fasiləyə qədər hesabda tarazlığı bərpa […]

MARAQLI

Rusiyada ekologiyaya xeyir verən plastik paltarlar hazırlanır – FOTO

Rusiyada təkrar emal olunmuş plastikdən paltar istehsalına başlanılacaq. Bu barədə Moskva şəhər hökumətindən bildirilib. Məlumata görə, şirkətlərdən biri ildə beş minə qədər belə palto və plaş istehsal etməyi planlaşdırır. O da vurğulanır ki, bu cür malların əsas ekoloji üstünlüyü istifadənin sonunda onların yenidən təkrar emal olunması imkanıdır. Mənbə: Moslenta Xeberal.az

MARAQLI

Pokemonsevərlərə bəd xəbər – FOTO/VİDEO

Yaponiyanın “Tokyo TV” telekanalı 26 il davam edən “Pokemon” cizgi serialının final seriyasını nümayiş etdirib. Animasiya filmi ümumilikdə 25 mövsüm və 1 234 seriyadan ibarətdir. Yayımlanan final epizodunda Eş adlı qəhrəmanın (Yapon versiyasında – Satosi) və onun dostu Pokemon Pikaçunun macəralarına son qoyulub. Bununla belə, yaxın gələcəkdə Yaponiyada əfsanəvi kainata əsaslanan və “Pokemon Horizons” adlanacaq […]