İdman

Azərbaycan millisi Albaniya yığmasına məğlub oldu

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib. AFFA-dan verilən məlumata görə, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Millimizin heyətində 46-cı dəqiqədə Camal Cəfərov fərqlənib. U-21 növbəti yoldaşlıq oyununu martın 26-da Sloveniya yığmasına qarşı keçirəcək. Xeberal.az

Dünya

Britaniya parlamenti “TikTok”u tamamilə qadağan edəcək

Böyük Britaniya Parlamentinin hər iki – İcmalar Palatasının və Lordlar Palatasının müvafiq komitələri kibertəhlükəsizliklə əlaqədar Çin tətbiqi “TikTok”dan istifadəni qadağan etmək qərarına gəliblər. Qərar “TikTok”un bütün parlament cihazlarında, eləcə də parlamentin internet şəbəkəsində bloklanması deməkdir. Eyni zamanda, parlamentdə internetə qoşulmayan şəxsi cihazlarda tətbiqdən istifadə etmək olar. “Kibertəhlükəsizlik Parlament üçün əsas prioritetdir. Lakin biz kiber və […]

Dünya

Blinken: “Türkiyə qabaqcıl F-16 təyyarələri almalıdır”

ABŞ hökuməti Türkiyə üçün F-16 qırıcı-bombardmançı təyyarələrinin modernləşdirilməsini, eləcə də lazımi hərbi texnikanın tədarükünü dəstəkləyir. Bunu cümə axşamı ABŞ-nin dövlət katibi Antoni Blinken bəyan edib. “Türkiyə qabaqcıl F-16 təyyarələri və mövcud F-16-ları üçün təkmilləşdirmə paketi almalıdır. Hesab edirik ki, bu, NATO üçün vacibdir”, – dövlət katibi ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış […]