Cəmiyyət

Naxçıvan DYP İdarəsinin rəisi işdən azad edilib

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi işdən azad edilib. APA xəbər verir ki, bir müddət öncə sərəncama verilən polis mayoru, idarənin rəisi Ayaz Quliyev işdən çıxarılıb. O, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təhcizat Şöbəsində inspektor vəzifəsinə təyin olunub. Xeberal.az

Şou-Biznes

Əri Britni Spirslə bağlı arzusundan DANIŞDI

Tez-tez paylaşımları ilə sosial şəbəkələrdə müzakirə olunan dünya şöhrətli müğənni Britni Spirsin əri, İran əsilli amerikalı model Sem Asgari komediya filmində rol almaq istədiyini açıqlayıb. Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, modelin sözlərinə görə, B.Spirs böyük aktrisadır və böyük layihələrdə onunla birlikdə rol almaq istəyir: O, həmçinin qeyd edib ki, Britninin atletika üzrə fitri […]

Cəmiyyət

ABŞ səfirliyi Massaçusetsin Texnologiya İnstitutuna qəbul olunan azərbaycanlıları təbrik edib

“Dəniz Səttarlı və Fidan Qarayevanı Massaçusets Texnologiya İnstitutuna qəbul olmalarını alqışlayırıq”. Oxu.Az xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin feysbukdakı hesabında azərbaycanlı abituriyentlərin ABŞ-da tələbə adını almaları ilə bağlı paylaşımında yer alıb. “Zəhmətinizə və əzmkarlığınıza görə sizi təbrik edirik. Güclü cəmiyyətləri dəstəkləmək üçün təhsilə və imkanlara bərabər çıxış vacibdir və Səfirlik qadınlar və kişilər, oğlanlar […]

Cəmiyyət

Şirvanda daha bir nəfər özünü asdı

Şirvan sakini intihar edib. Lent.az xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb. Şəhər sakini, 52 yaşlı Əli Şahbazov Əli Məmməd oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, bu gün həmçinin Şirvanda 57 yaşlı Rüstəmov Lazər Xanəli oğlu özünü yaşadığı evin həyətində asaraq həyatına son […]

Cəmiyyət

Ötən gün ölkədə heç kim peyvənd olunmayıb – FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, vurulan vaksinlərin ümumi sayı 13 952 882, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 613, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 733, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 665, pozitiv […]

Müharibə

Mövqelərimiz atəşə tutuldu – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Mövqelərimiz atəşə tutuldu. Müdafiə Nazirliyi təcili məlumat yaydı.  “Azərbaycanın 8 kəndi işğal altındadır”. Xarici İşlər Nazirliyi Ararat Mirzoyana tarix dərsi verdi.  “Qışqırışdıq ki, zəlzələ oldu”. Şəmkirdə baş verən zəlzələ sakinləri təşvişə saldı. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Tovuzda iki maşın toqquşub, xəsarət alan var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” ilə “Opel” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı “VAZ” sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Kimlərə oruc tutmaq olmaz? – VİDEO

Elmi-Tədqiqat Kordiologiya İnstitutu ürək-damar xəstəlikləri olan şəxslərə müraciət edib.  Müraciətdə bildirilir ki, bəzi xəstəlikləri olan şəxslərə oruc tutmaq tövsiyə olunmur. Elmi-Tədqiqat Kardialogiya İnstitutunun direktoru Gülnaz Dadaşova bildirib ki, inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr, xüsusi ilə yay dövründə yüksək dozada sidikqovucu qəbul edən xəstələrin oruc tutması əlverişsiz hesab olunur.  Xeberal.az

Dünya

Fatih Erbakan Türkiyə prezidentliyinə namizədliyini geri götürdü

Türkiyənin Yenidən Rifah Partiyası Cümhur İttifaqına daxil olmaq qərarına gəlib. Bununla bağlı partiya sədri Fatih Erbakan açıqlama verib. Erbakan seçkilərdə Cümhur İttifaqından namizəd Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini bildirib. Həmçinin seçimlərə AK Partiya siyahılarından qatılacaqlarını qeyd edib. Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan prezidentliyə namizədliyini də geri götürdüyünü bildirib. “Prezidentin özü ilə razılıq əldə olunub. Gələn […]

İqtisadiyyat

Nazir müavini: “Naxçıvanda aqrar islahatların aparılmasına ehtiyac var”

“Naxçıvanda aqrar islahatların aparılmasına ehtiyac var”. “Report” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova “Naxçıvan” televiziyasına müsahibəsində deyirb. X.Dadaşovanın sözlərinə görə, artıq bir aya yaxındır, apardığı təhlilər ona əsas verir ki, Naxçıvan Muxtar Respublikasında aqrar islahatlar aparılmalıdır: “Əgər təhlillə yanaşsaq, Azərbaycanın digər regionlarına münasibətdə Naxçıvan Muxtar Respublikasında aqrar sahə […]