Siyasət

“Ermənistan XİN başçısının Moskvadakı açıqlaması axmaq sayıqlamadan başqa bir şey deyil” – RƏY

“Azərbaycan-Ermənistan dövlət sərhədi delimitasiyası və demarkasiya olunmayıbsa, Ararat Mirzoyan hansı ərazilərin işğalından danışır?!” Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O vurğulayıb ki, Ermənistan heç vaxt beynəlxalq hüquqa hörmət etməyib və beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymayıb: “İrəvan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarından ordusunun qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və […]

Kriminal

Restoranın qarşısında yeniyetməni bıçaqlayan şəxsə ağır cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərhad Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İttihama görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesində yerləşən […]

Kriminal

Bakıda avtomobillə piyadanı vuraraq öldürən 75 yaşlı sürücüyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən 75 yaşlı sürücü Məmmədağa Məlikovun cinayət işi məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rasim Sadıxovun sədrliyi ilə prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək Qeyd edək ki, hadisə […]

Cəmiyyət

Bakıda açıq ərazidə yanğın baş verdi

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində açıq ərazidə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğın söndürülüb. Xeberal.az

İdman

“Qalatasaray”la oyunda zədələnən Mahir Emrelinin son durumu açıqlandı

Türkiyə “Konyaspor”u zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılan Mahir Emrelinin son durumunu açıqlayıb. 26 yaşlı hücumçunun qasıq nahiyəsində ağrılarının olduğu bildirilib. Qeyd olunub ki, təcrübəli forvard bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək. Xatırladaq ki, Mahir Emreli “Konyaspor”un evdə “Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldiyi Türkiyə Super Liqasının XXVI tur oyununda zədələnib. Mənbə: Konyaninsesi.com.tr Xeberal.az

Siyasət

Türkiyədə mədəndə çökmə baş verdi – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Sergey Lavrov Ararat Mirzoyanla görüşdü. Nazirlərin söhbəti zamanı Qarabağla bağlı nələr müzakirə olundu? Rusiya Putinin həbsinə qərar verənlərlə bağlı hərəkətə keçdi. Haaqa məhkəməsinin prokuroru və hakimlərinə qarşı cinayət işi açıldı. Türkiyədə mədəndə çökmə baş verdi. Qəza nəticəsində xəsarət alanlar var. Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

DİN: “Texniki Baxış Mərkəzləri bayram günlərində sürücülərə fasiləsiz xidmət göstərəcək” – FOTO/VİDEO

Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində Novruz bayramı ilə əlaqədar olaraq gücləndirilmiş və fasiləsiz iş rejimi tətbiq edilir. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Sürücülərdən Novruz bayramı ilə əlaqədar olaraq qeyri-iş […]

İdman

Azərbaycanda qələbəyə görə futbolçulara 2000 manatlıq mükafat verildi

AFFA prezidenti Rövnəq Abdullayev “Şamaxı”ya mükafat verib. Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sabah”la matçında meydan sahiblərinin 2:1 hesablı qələbə qazanmasına stadiondan şahidlik edən federasiya başçısı hər futbolçuya 1000 manat ödəyib. Klub rəhbərliyi də oyunçulara bu qədər vəsait ayırıb. Sportinfo.az  Xeberal.az

Cəmiyyət

Naxçıvanda Novruz Şəhərciyi həyəcanı yaşanır – VİDEO

Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə Naxçıvan Muxtar Respublikasında “Novruz Şəhərciyi” çərçivəsində bayram tədbirləri baş tutacaq. Oxu.Az xəbər verir ki, şəhərcikdə tədbirlər 19-26 mart tarixlərində “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində, saat 10:00-dan 22:00-a qədər davam edəcək. Hər gün xüsusi bayram proqramı ilə əyləncəli tədbirlər, böyüklər və uşaqlar üçün günün müxtəlif saatlarında açıq hava sineması, […]

Siyasət

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb – FOTO

“Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası – ümumi dəyəri 360 min ABŞ dolları olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir”. Oxu.Az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında yazıb. “Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik […]