Kriminal

Mənzil almaqda köməklik göstərəcəyi vədi ilə iş yoldaşına qarşı dələduzluq edən şəxsə hökm oxundu

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Qabil Məmmədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair Qaradağ Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli hökmü apellyasiya […]

Cəmiyyət

Qədim Bakıda qalanan Novruz tonqalı – FOTOREPORTAJ

İçərişəhərdə yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram günlərində maraqlı və səmərəli keçməsi məqsədilə “Bayram qalası” günləri keçirilir. Novruz bayramı ilə əlaqədar qədim Bakıda tonqal qalanıb. PhotoStock.az-ın sözügedən ərazidən hazırladığı fotoreportajı təqdim edirik: Daha çox şəkil burada: PhotoStock.az Xeberal.az

Siyasət

Talış kəndində 30 ildən sonra ilk dəfə bayram tonqalı yandırıldı – FOTO/VİDEO

Tərtərin Talış kəndinə qayıdan ailələr 30 ildən sonra ilk dəfə bayram tonqalı yandırıb. “Report”un məlumatına görə, öz ata-baba yurduna qayıdan kənd sakinləri bayramı coşqu ilə qeyd ediblər. Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndindən sonra Novruz bayramı ərəfəsində – martın 16-da Tərtər rayonunun Talış kəndinə də məcburi köçkün ailələrinin köçürülməsi təmin edilib. […]

İdman

Mahir Emreli milliyə özü gəlmək istəməyib? – TƏFƏRRÜAT

Mahir Emreli Avstriya və İsveçrəyə qarşı AVRO-2024-ün seçmə mərhələ oyunları üçün Azərbaycan millisinə dəvət olunsa da, sonradan heyətdən çıxarılıb. Oxu.Az xəbər verir ki, buna onun zədələnməsi səbəb göstərilib. Hər halda, verilən açıqlama belədir. Bu gün hücumçunun qasıq nahiyəsində ağrıların olduğu və fizioterapevtin nəzarətində məşq edəcəyi barədə məlumat yayılıb. Ancaq maraqlıdır ki, forvardın formasını geyindiyi Türkiyənin […]

Kriminal

İran vətəndaşı ilə əlbir olan səkkiz nəfər saxlanıldı – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. İşğaldan azad edilən Talış kəndində bayram-bayrama qarışdı. Dədə-baba ocaqlarına qovuşan sakinlər 30 il sonra Novruzu doğma yurdlarında qeyd etdilər. “Kubinka” və “Papanin”də əməliyyat keçirildi. İran vətəndaşı ilə əlbir olan 8 nəfər saxlanıldı. Sabiq icra başçısının qardaşı oğlu qəzada öldü. Hadisənin təfərrüatı məlum oldu. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 21-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Xeberal.az

Mədəniyyət

Novruz bayramı coşqusu – VİDEO

Bakıda Novruz bayramı şənlikləri davam edir. Paytaxt sakinləri Novruz bayramını coşqu ilə qeyd edirlər. “Mən Dubayda yaşayıram, Novruz bayramı ilə əlaqədar Azərbaycana gəlmişəm. Ən gözəl bayram ab-havası Azərbaycandadır”, – deyə sakin qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Siyasət

Fərid Qayıbov YUNESKO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin sessiyasında çıxış edib – FOTO

Gənclər və idman naziri, UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Bakıda keçiriləcək VII Beynəlxalq Konfransına hazırlıq məqsədilə Fransanın paytaxtı Parisdə UNESCO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin iştirakı ilə məlumatlandırma sessiyasında çıxış edib. Nazirlikdən verilən məlumata görə, Fərid Qayıbov 100-dək ölkə nümayəndəsinin […]

Kriminal

İdman yarışında Turanı öldürən şəxsin məhkəməsinin vaxtı məlum oldu – VİDEO

Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses martın 28-nə təyin edilib. Cinayət işi hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, hadisə ötən il noyabrın 26-da saat 17 radələrində […]