İqtisadiyyat

Saxta məhsullar: Azərbaycan bazarına xəmir düyülər haradan gətirilir?

“Bayramqabağı Azərbaycan bazarlarında saxta düyü məhsulları peyda olub. Belə ki, son zamanlar ölkəmizə gətirilən düyü məhsulunun əsas hissəsinin xalis düyü olmadığı üzə çıxıb. Bir sıra alıcılar düyü adı ilə satılan məhsulun xaricdə əsasən xəmirdən hazırlandığını bildirirlər. Onu da qeyd edək ki, Azərbaycana düyü əsasən Hindistan, Pakistan, İran, Çin, İndoneziya və Türkiyədən gətirilir. Bizim.media-ya açıqlamasında iqtisadçı […]

Mədəniyyət

Adil Kərimli rəis təyin etdi

Mədəniyyət Nazirliyində kadr təyinatı olub.  Oxu.Az-ın məlumatına görə, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb. Əmrə əsasən, Rafiq İsgəndərov Ağdaş Regional Mədəniyyət idarəsinə rəis təyin edilib. Mədəniyyət Nazirliyindən saytımıza bildirilib ki, R.İsgəndərova idarənin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti həvalə edilib. O, bundan əvvəl Ağdaş şəhər Habil […]

İdman

BOS-dan xeyriyyə oyununa görə jest: “Qarabağ”dan ödəniş alınmayacaq

Martın 26-da Bakı Olimpiya Stadionunda (BOS) “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında xeyriyyə matçı təşkil olunacaq. Qarşılaşmanın məramını nəzərə alan arena rəhbərliyi oyunun keçirilməsi üçün lazım olan ödənişləri və icarə haqqını Ağdam klubundan almayacaq. Bu barədə Oxu.Az saytına açıqlamasında BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə məlumat verib. O, xeyriyyə matçı olduğu üçün belə addım atıldığını […]

Kriminal

DTX: “Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib” – FOTO

Azərbaycanda casusluq edən xarici ölkə vətəndaşı həbs edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb. Bildirilib ki, istintaq olunan cinayət işi üzrə aparılan araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi […]

Kriminal

“Emin 444”ün qətlində ittiham olunan dünya çempionunun işi ilə bağlı QƏRAR

Ali Məhkəmədə “Emin 444” (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qətlində ittiham olunan mərhum Zaur Yusifov və Həsən Tağıyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb. Pravda.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin […]

Kriminal

Bibisini qəbiristanlıqda döyərək öldürən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Qubada bibisini öldürməkdə təqsirləndirilən Mişi Migirovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, hadisə 2018-ci ildə Quba rayonu ərazisində baş verib. İttihama görə, […]

Müharibə

Cəbrayıl rayonunun Soltanlı kəndi – FOTO

Cəbrayıl rayonunun Soltanlı kəndi Arazboyu düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və üzümçülük olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandallar işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə […]

İdman

Azyaşlı azarkeşin arzusunu ürəyində qoydu, cəzasını aldı – VİDEO

Macarıstan II Liqasının XXVII turunda keçirilən “MTK Budapeşt” – DVTK oyununda xoşagəlməz hadisə baş verib. Matçın fasiləsi zamanı ev sahibi komandanın ad gününü qeyd edən azyaşlı azarkeşi Enok Varqa meydana dəvət olunub. Futbolçulardan biri topu ona ötürüb və rəqib qapısına qol vurmasını istəyib. Varqa irəlilədikdən sonra zərbə endirib. Ancaq rəqib qapıçı Şombor Senko topu qaytarıb. […]

İdman

Çempionlar Liqası: Son 1/4 finalçılar məlum olur – AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Oxu.Az xəbər verir ki, son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaqlar. İspaniyada “Real Madrid” İngiltərənin “Liverpul” klubunu qəbul edəcək. Komandalar arasındakı ilk matçda ispanlar 2:5 hesablı qələbə qazanıblar. Gecənin digər matçı İtaliyada keçiriləcək. “Napoli” öz meydanında “Ayntraxt”ı (Frankfurt) sınağa […]

Kriminal

Yardımlıda dərədən 21 kiloqram narkotik aşkarlanıb – FOTO

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 21 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə və güclü təsiredici xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əldə edilən əməliyyat məlumatları əsasında şübhəli şəxs qismində Yardımlı rayon sakini Yasər Ağayev saxlanılıb. Həmin şəxsin dərədə gizlətdiyi […]