İdman

Murad Musayev: “Beşiktaş”la oyun aprelin sonlarında olacaq”

“Klub rəhbərliyi “Beşiktaş”la danışıqlar aparır. Oyun çox güman ki, aprelin sonlarında olacaq”. “Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Türkiyə “Beşiktaş”ına qarşı keçirilməsi nəzərdə tutulan xeyriyyə matçı barədə “CBC Sport”a açıqlamasında deyib. Rusiyalı mütəxəssis bildirib ki, milli komandaların matçları ilə bağlı yaranan fasilə zamanı belə bir oyun oynamağa hazır deyillər: “Çünki çox […]

Dünya

Finlandiya Prezidenti NATO-ya üzvlüklə bağlı Türkiyəyə səfər edəcək

Finlandiya Prezidenti Sauli Niinistyö martın 16-da Türkiyəyə səfər edəcək. Səfərin məqsədi Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı danışıqlar aparmaqdır. Bu barədə Finlandiya liderinin dəftərxanasından məlumat verilirb. “Səfər Türkiyənin cənub-şərqindəki zəlzələ zonasına ziyarətlə başlayacaq”, – deyə məlumatda  bildirilib. Qeyd olunub ki, Sauli Niinistyö martın 17-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Mənbə: Lenta.ru Xeberal.az

İdman

Alman azarkeşlər Neapolu “cəhənnəmə çevirdilər” – FOTO/VİDEO

Almaniyanın “Ayntraxt” klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İtaliyada “Napoli”nin qonağı olacaq. Oxu.Az xəbər verir ki, matçda komandalarını dəstəkləmək üçün İtaliyaya gedən alman azarkeşlər matçdan öncə Neapolda iğtişaşlar törədiblər. Frankfurt klubunun təxminən 400 nəfərlik ultras qrupu şəhərin küçələrində qarşılarına çıxan hər şeyi dağıdıb, avtomobilləri aşırıb, yandırıb, polislərlə münaqişəyə giriblər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə […]

İqtisadiyyat

Azərbaycan xarici avtomobil istehsalçıları ilə əməkdaşlığı müzakirə edib – YENİLƏNİB + FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov “General Motors International” şirkətinin vitse-prezidenti Coni Saldana, Özbəkistanın “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov və “Uno Minda” şirkətinin rəhbəri Nirmal Kumar Minda ilə görüşüb. Oxu.Az nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Özbəkistan qarşılıqlı faydalı iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər, o cümlədən, avtomobil sənayesi üzrə genişləndirilməsi üçün böyük imkanlar vurğulanıb, avtomobil sənayesinin […]

Mədəniyyət

Azərbaycanda ilk dəfə keçirilən “Viva LA Vida” Konqres və Sərgisinə həsr olunmuş qala gecəsi – FOTO/VİDEO

Azərbaycanda ilk dəfə keçirilən Uzunömürlülük “Viva LA Vida” Konqres və Sərgisinə həsr olunmuş qala gecəsi baş tutub.  Oxu.Az xəbər verir ki, gecə Çingiz Mehdiyevin moderatorluğu ilə baş tutub. “See Breeze Resort Event Hall” da gecəyə açılış nitqi ilə Tyeri Ertoq, Həcər Cəfərova, İlona Ansone start verib.  Şou proqramla davam edən tədbirdə “Atəşgah” rəqs qrupu, “Excellent” qrupu, tarzən Şəhriyar İmanov, […]

Dünya

Urmu və Təbrizdə Azərbaycan bayrağı ilə möhtəşəm şənlik keçiridi – VİDEO

Ötən gecə Urmu və Təbriz şəhərlərində Azərbaycan bayrağı ilə möhtəşəm ilaxır çərşənbə axşamı şənliyi keçirilib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, Təbrizli gənclər çərşənbə axşamı tonqal başında möhtəşəm Azərbaycan rəqsi ediblər. Həmin görüntüləri təqdim edirik:     Xeberal.az

Cəmiyyət

Naxçıvanda ilk dəfə Novruz şəhərciyi təşkil ediləcək – FOTO

Naxçıvanda ilk dəfə Novruz şəhərciyi təşkil ediləcək. “Report” xəbər verir ki, Novruz şəhərciyi martın 19-dan martın 26-da daxil olmaqla “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində saat 10:00-dan 22:00-a qədər keçiriləcək. Bayram günlərində şəhərcikdə konsert proqramı, bol alış-verişli Novruz bazarı və əyləncəli oyunlar baş tutacaq. Seyrəngahda bununla bağlı hazırlıq işləri görülür. Qeyd edək ki, muxtar respublikanın rayonlarından […]

Dünya

İsrail İranın PUA-ları ilə mübarizədə Ukraynaya kömək edəcək

İsrail Ukraynaya dron əleyhinə sistemlərin satışı üçün ixrac lisenziyalarını təsdiqləyib. Bu sistemlər Rusiyanın istifadə etdiyi İran PUA-larına qarşı istifadə olunacaq. Rusiyanın hərbi təcavüzündən sonra İsrail ilk dəfə olaraq Ukraynaya silah satışı həyata keçirəcək. Məlumata görə, müdafiə naziri Yoav Qallant və xarici işlər naziri Eli Kohen tərəfindən ixrac lisenziyalarının səssiz qəbulu fevralın ortalarında İsrail hökumətinin baş […]

Cəmiyyət

Məşhurlaşan 13 yaşlı Xınalıq sakini ödənişsiz təhsil alacaq

Polşalı turistlə ingilis dilində sərbəst danışığı ilə sosial şəbəkələrdə gündəmdə olan Xınalıq məktəblisi İbrahim Zeynalov Bakıdakı Türkiyə Beynəlxalq Maarif məktəbində ödənişsiz təhsil haqqında təklif alıb. Bu barədə Trend-ə İbrahimin atası Bəhmən Zeynalov məlumat verib. B.Zeynalov onu da qeyd edib ki, İbrahim təklifi müsbət qarşılayıb. Qeyd edək ki, MÜSİAD Azərbaycan və MÜSİAD İngiltərə 13 yaşlı İ.Zeynalovu […]

İdman

Avrokuboklar tarixində ən sürətli het-trik: “Gent” “Başakşehir”i mübarizədən kənarlaşdırdı – VİDEO

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib. Oxu.Az xəbər verir ki, Türkiyənin “Başakşehir” klubu öz meydanında Belçika “Gent”i ilə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 4:1. Gift Emmanuel Orbanın 31, 32 və 34-cü dəqiqələrdə het-trik etdiyi qarşılaşmada “Gent”in 4-cü qoluna Huqo Kuypers imza atıb. Adnan Yanuzayın yeganə qolu isə “Başakşehir” üçün təsəlli […]