MARAQLI

“Apple” qulaqlıqları eşitmə cihazına çevriləcək – FOTO

Eşitmə qabiliyyətini itirmiş insanlar “Apple” qulaqlıqlarından eşitmə cihazı kimi istifadə edə biləcəklər. Bu barədə “Bloomberg” nəşri məlumat verib. Nəşrin köşə yazarı Mark Qurmanın sözlərinə görə, Amerika şirkəti özünün “AirPods” seriyalı qulaqlıqlarının imkanlarını genişləndirmək niyyətindədir. Qulaqlıqların eşitmə qabiliyyətini itirmiş insanlar üçün olan cihazların tələblərinə uyğun olaraq  yenilənməsi planlaşdırılır. “Apple” mühəndislərinin “AirPodlar”ı faktiki olaraq eşitmə cihazına çevirəcəkləri […]

Dünya

“Freddi” tropik qasırğası azı 99 nəfərin həyatına son qoyub – VİDEO

Malavidə “Freddie” tropik qasırğası və onun səbəb olduğu sel nəticəsində azı 99 nəfər ölüb. Bu barədə yerli xilasetmə xidməti məlumat yayıb. Malavi Qırmızı Xaç humanitar təşkilatından bildirilib ki, qasırğa 93 nəfərin yaralanmasına, 16 nəfərin itkin düşməsinə səbəb olub. Məlumata görə, təbii fəlakətdən 2 mindən çox insan zərər çəkib. Ölkənin iqtisadi paytaxtı Blantir şəhərinə bitişik bölgəyə […]

Dünya

Aİ Rusiyaya qarşı bütün sanksiyaları altı ay uzadıb

Avropa İttifaqı 1,5 min fiziki və 205 hüquqi şəxsə şamil edilən və Ukraynanın ərazi bütövlüyünə xələl gətirdiyi üçün tətbiq edilən Rusiyaya qarşı sanksiyaların bütün blokunu növbəti dəfə altı ay müddətinə uzadıb. Məlumata görə, qərar müzakirəsiz qəbul edilib. Avropa İttifaqı 2014-cü ilin martında Rusiya üçün qara siyahı yaratmağa başlayıb və onu hər altı aydan bir yarım […]

Dünya

Milyarderlərin ən sevimli şəhərləri məlum oldu

Pandemiya zamanı Dubay, Mayami və Sinqapur immiqrant milyonerlərinin sayına görə dünya liderlərinə çevrilib. Məlumata görə, onları əlverişli şərait cəlb edib. Bildirilir ki, Cənub-Şərqi Asiya və Yaxın Şərqdən, eləcə də Rusiyadan olan zəngin sahibkarlar Dubaya, Pekindən Sinqapura, Nyu-Yorkdan Mayamiyə köçürlər. Dubay, Sinqapur və Mayami şəhərlərinin bu il dəbdəbəli əmlak qiymətlərinin artmasında liderlik edəcəyi gözlənilir. Bu üçlükdə […]

Siyasət

Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı məlum oldu – VİDEO

Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı açıqlanıb. Bu barədə i24 telekanalı məlumat yayıb. Məlumata görə, səfirliyin rəsmi açılış mərasimi martın 29-da Təl-Əvivdə baş tutacaq və burada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi […]

Müharibə

MN: “Azərbaycan Ordusu Ermənistan istiqamətinə cavab olaraq atəş açıb” – VİDEO

Azərbaycan Ordusu Ermənistan istiqamətinə cavab olaraq atəş açıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatının yaydığı məlumatı şərh edərək Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb. Bundan sonra da […]

Cəmiyyət

Bakıda piyadanı vuran sürücü hadisə yerindən yayınıb – FOTO

Bakının Sabunçu rayonunda piyadavurma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə “Zabrat” qəsəbəsində qeydə alınıb. Minik avtomobili yolu keçən piyada – 1986-cı il təvəllüdlü Əliyev Sübhan Ağamehdi oğlunu vurub. Daha sonra sürücü avtomobili ilə birlikdə hadisə yerini tərk edib. Əliyev Sübhan Ağamehdi oğlu zərbənin təsirindən dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin […]

Dünya

Bitkoin kəskin bahalaşdı

Bazar ertəsi, martın 13-də bitkoin kəskin bahalaşaraq dəyərini xeyli artırıb. Məlumatına görə, ticarət sessiyası ərzində kriptovalyutanın qiyməti 18,34% artaraq 24,4 min dollar təşkil edib. Baş verənlərin ABŞ banklarının müflisləşməsi səbəbilə fond bazarlarında yaşanan təlatümlə əlaqəli olduğu bildirilib. Dünyanın bir nömrəli rəqəmsal pulunun hələ bir qədər də bahalaşacağı istisna edilmir. Mənbə: gazeta.ru Xeberal.az

İdman

Güləşçimiz Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib. “Report”un məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifatda Şahan Acarı (Türkiyə), 1/4 final mərhələsində Aistis Liaugminası məğlub edib. Həsənli finala gedən yolda Mukuta Politayevlə (Ukrayna) üz-üzə gəlib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Həsənli həlledici qarşılaşmada moldovalı Aleksandrin […]