Dünya

Aİ Rusiyaya qarşı bütün sanksiyaları altı ay uzadıb

Sharing is caring!

Avropa İttifaqı 1,5 min fiziki və 205 hüquqi şəxsə şamil edilən və Ukraynanın ərazi bütövlüyünə xələl gətirdiyi üçün tətbiq edilən Rusiyaya qarşı sanksiyaların bütün blokunu növbəti dəfə altı ay müddətinə uzadıb.

Məlumata görə, qərar müzakirəsiz qəbul edilib.

Avropa İttifaqı 2014-cü ilin martında Rusiya üçün qara siyahı yaratmağa başlayıb və onu hər altı aydan bir yarım illik uzadır. Bu siyahıda olan bütün şəxslərin birlik ərazisinə daxil olması qadağandır. Onların Aİ-dəki maliyyə aktivləri dondurulur və avropalı biznesmenlərə onlarla hər hansı əlaqə saxlamaq qadağan olunur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir