Siyasət

UNECE-nin icraçı katibi: “COVID-19 pandemiyası bütün ölkələrə təsir edib”

“COVID-19 pandemiyası dünyanın hər bir ölkəsinə təsir edib. Sərhədlərin bağlanması, işsizlik və sair kimi problemlərlə üzləşiblər”. “Report” xəbər verir ki, bu fikirləri BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olga Algayerova Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib. “Pandemiya bizə dəyişikliyin vacibliyini göstərib və onlardan […]

Cəmiyyət

Sabunçuda su üzünə həsrət qalan sakinlər etiraz etdilər – VİDEO

Sabunçu rayonu Sabunçu qəsəbəsinin, Qəzənfər Musabəyov küçəsinin sakinləri su problemi yaşayırlar. Sakinlərin iddiasına görə, onlar uzun illərdir içməli su problemi yaşayırlar. “15 ildir bu problemlə üz-üzəyik. Aidiyyəti qurumlar deyirlər ki, su yoxdur, qrafiklə veririk. Amma elə deyil. İstədikləri zaman suyu kəsirlər”, – deyə şikayətçi qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Siyasət

TDT Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini yüksək qiymətləndirib

“Qoşulmama Hərəkatı dünyanın bir çox ölkəsini birləşdirən mühüm əməkdaşlıq platformasıdır”. “Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirib, həmçinin belə bir sammitin təşkilinə görə rəsmi Bakıya […]

Cəmiyyət

Qaradağda yerləşən yaşayış kompleksində 12 tikili qəzalı vəziyyətdədir – VİDEO

Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park-2” yaşayış kompleksində binalar qəzalı vəziyyətdədir. Sakinlərin sözlərinə görə, qəzalı vəziyyətdə olan 12 tikili ilə bağlı aidiyyəti qurumlar lazımi tədbirləri görmürlər. “Altı aya tikilən bina nə olacaq. Bina 40 santimetr əyilib. Uşaqlar qorxudan yata bilmirlər”, – deyə bina sakinləri bildiriblər. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Dünya

Yeni Kaledoniyanın azadlıq mübarizləri Bakıdan dünyaya çağırış edib: “Müstəqilliyimizi tanıyın” – FOTO

“Yeni Kaledoniya xalqı Fransanın müstəmləkəçilik zülmündən xilas olacağı günü səbirsizliklə gözləyir”. “Report” xəbər verir ki, bunu Yeni Kaledoniyanın xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest AzTV-yə müsahibəsində deyib. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan M.Forrest vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı onlar üçün çox […]

Şou-Biznes

Damla çuval geyindi, bəs gözəl ola bildi? – FOTO

Müğənni Damla növbəti dəfə paylaşımına görə gülüş hədəfinə çevrilib. Lent.az xəbər verir ki, o, çuval geyinib kamera qarşısına keçib. Foto keyfiyyətli olsa da, paylaşıma gələn şərhlər keyfiyyətsiz işlərinə görə müğənnini lağa qoyulub desək, yanılmarıq. Belə ki, paylaşıma izləyicilər tərəfindən "Gözələ çuval belə yaraşar, amma bu məsələ sənlik deyil", "Səni niyə kloun gününə qoyublar", "Damla xanım […]

İdman

Dünya Kuboku: Azərbaycanın daha bir gimnastı finala yüksəlib

Azərbaycanın daha bir idman gimnastı Qətərin Doha şəhərində idman gimnastikası üzrə keçirilən Dünya kubokunda finala yüksəlib. Federasiyadan verilən məlumata görə, milli komandanın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurub. Gimnast bu nəticə ilə adını finala yazdırıb. Qeyd edək ki, daha əvvəl Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb. Xeberal.az

Siyasət

Belarus Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini dəstəkləyir

“Belarus Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq əməkdaşlığı gücləndirmək səylərini tam dəstəkləyir”. “Report” xəbər verir ki, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib. Çıxışı zamanı Belarusun sammitdəki nümayəndə heyətinin rəhbəri görüş iştirakçılarına Belarusun COVID-19 pandemiyasına qarşı mübarizə təcrübəsi barədə […]

Cəmiyyət

Lənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Lənkəran rayonunun Cil kəndində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb. “Report”un Cənub bürosu xəbər verir ki, “Mercedes” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində iki sürücü və bir sərnişin xəsarət alıb. Yaralılar 1980-ci il təvəllüdlü Hüseyn Qəhrəman oğlu Ağayev, 2002-ci il təvəllüdlü Hüseyn Rəis oğlu Mirzəzadə və həmyaşıdı Cəfər Müqabil oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri […]

Cəmiyyət

Bakıda 63 yaşlı qadın özünü öldürdü

Bakıda intihar hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu Telnov küçəsində baş verib. 63 yaşlı Dadaşova Lalaxanım Gülmalı qızı yaşadığı evdə özünü asaraq, həyatına son qoyub. Onun hansı səbəbdən özünü öldürməsi isə hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az