Siyasət

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının bəyanatı səsləndirilib – FOTO

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri Orduxan Qəhrəmanzadə Hərəkatın COVID-19-a Qarşı Mübarizə Üzrə Təmas Qrupunun Zirvə Görüşündə bəyanat səsləndirib və QHGT-nin fəaliyyəti ilə bağlı bir sıra məqamları vurğulayıb. Gənclər Təşkilatından “Report”a verilən məlumata görə, bəyanatda bildirilib ki, 2022-ci il ərzində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı vətəndaşların sağlamlığının və rifahının, keyfiyyətli təhsilə çıxışın təmin edilməsi, insan hüquqlarının qorunması, […]

Dünya

Ukrayna İranı Beynəlxalq Cinayət Məhkəməsinə verəcək

Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək. Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib. O, bildirib ki, Kiyev İranın Moskvanı Ukraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün istifadə etdiyi PUA-larla təmin etməsi məsələsinə məhkəmədə baxılmasında israrlıdır. “Biz İranın bu hərbi cinayətlərin törədilməsində Rusiya ilə şərikliyindən narahatıq və İranın bu cinayətlərdə iştirakının […]

İdman

İşdən çıxarılan fotoqraf “Qarabağ”a qayıtdı

Fotoqraf Elmir Kərimov yenidən “Qarabağ”a qayıdıb. Bu barədə Oxu.Az saytına açıqlamasında E.Kərimov özü məlumat verib: “Neftçi” ilə oyundan sonra “Qarabağ”ın bazasında oldum, klub rəhbərliyi ilə görüşdüm. Görüşdə geniş müzakirə oldu. Yusif Cəfərov da orada idi. Yusif səhv anlaşıldığını dedi. Rəhbərliyin baş verənlərdən narahatlıq keçirdiyinə yaxından şahid oldum. Şəxsən çağırdıqlarına və səmimiyyət göstərdiklərinə görə təşəkkür edirəm. Görüşün sonunda […]

İdman

Nazim Babayev Qış Avropa çempionatında finala yüksəlib – FOTO

Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində keçirilən Qış Avropa çempionatında finala yüksəlib. “Report”un məlumatına görə, idmançı üçtəkanla tullanma növündə 16,45 metr nəticə göstərib. Təsnifat mərhələsində 4-cü yeri tutan Babayev finalda iştirak hüququ qazanıb. Qeyd edək ki, yarışda Azərbaycanın digər atleti Yekaterina Sariyeva da qüvvəsini sınayır. Xeberal.az

Dünya

Orban ABŞ-siz Avropa NATO-su yaratmağı təklif etdi

Aİ ölkələri ABŞ olmadan öz müdafiə ittifaqlarını yaratmalıdırlar. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Die Weltwoche” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Avropa NATO-su qitənin təhlükəsizliyini gücləndirəcək və ölkələrə ABŞ-nin köməyinə arxalanmadan özlərini müdafiə etməyə imkan verəcək. Orban bunu hələ 2012-ci ildə təklif etdiyini xatırladıb. Baş nazirin sözlərinə görə, Qərb ölkələrinin Ukrayna münaqişəsinə yanaşmasını […]

Dünya

Rusiyada HHM sistemi planetlərin hərəkətinə görə işə düşüb? – FOTO

Rusiyanın Vıborq şəhərinin hava məkanında gecə saatlarında Sankt-Peterburq istiqamətində hərəkət edən naməlum obyekt görünüb. Bu barədə “Shot” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib. Bildirilir ki, yerli vaxtla saat 22:30 radələrində hava hücumundan müdafiə sistemləri (HHM) 7 000 metr yüksəklikdə 200 km/saat sürətlə hərəkət edən “hava hədəfi” aşkarlayıb. Baş verənlərlə əlaqədar Vıborq üzərində səmada “rejim” […]

Cəmiyyət

Quba sakini damarlarını doğrayaraq intihar edib

Qubada intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.  Quba şəhər sakini, 55 yaşlı Kamran Səyyar oğlu Mürsəliyev yaşadığı evdə qollarını doğrayıb. Nəticədə çoxlu qan itirən Kamran Mürsəliyev hadisə yerində ölüb. İntiharın səbəbləri hələlik məlum deyil.  Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.  Xeberal.az

MARAQLI

Havada həyəcanlı anlar: 20 nəfər xəsarət aldı – FOTO/VİDEO

Almaniyadan Afrikaya yollanan təyyarədə havada həyəcanlı anlar yaşanıb. Belə ki, Frankfurt-Mavrikiya reysini həyata keçirən təyyarə hava boşluğuna düşüb, nəticədə göyərtə zədələnib, həmçinin heyət üzvləri də daxil olmaqla 20 nəfər xəsarət alıb. Aviaşirkətdən verilən məlumata görə, qorxulu hadisə enişdən 2 saat əvvəl baş verib. Təyyarədə 272 sərnişin və 13 heyət üzvü olub. Bununla belə, təcrübəli pilotlar təyyarəni […]

Dünya

Daşınma şirkətləri İstanbuldan köç edənlərin artdığını açıqladı: “Son 20 ilin pik həddinə çatıb”

Türkiyəni sarsıdan zəlzələlərdən və bölgə ilə bağlı xəbərdarlıqlardan sonra İstanbul sakinləri şəhər kənarına köç edirlər. Son 10 gündə İstanbuldan gedənlərin sayının az qala son 20 ilin pik həddinə çatdığı bildirilir. “Köçənlərin az olduğu mövsümün bu dövründə zəlzələdən əvvəl şirkətlərimizə gündə iki-üç nəfər zəng edirdi, indi isə bu rəqəm orta hesabla 20-25 adama çatıb. İstanbuldan, demək […]

Dünya

Rusiyada nə baş verir? – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənistanın Baş Qərargah rəisi dindirildi. Onun nədə ittiham edildiyi açıqlandı. Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirdi. Rusiyada nə baş verir? Beyləqanda toya gedən 21 nəfər zəhərləndi. Şadlıq sarayında nələr yaşandı? Daha ətraflı “Baku News”un 23:00 buraxılışında: Xeberal.az