Dünya

Azərbaycan millisinin voleybolçusu: “Zəlzələ uzun müddət davam etdi, çox qorxduq”

“Divarlar çox pis silkələnirdi, yerimizdə durmaqda çətinlik çəkirdik. Zəlzələ uzun müddət davam etdi, çox qorxduq”. “Report” xəbər verir ki, bunu Türkiyənin “Çukurova Adana BLD. Demirspor” klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Olena Xarçenko deyib. Türkiyədə baş verən zəlzələ ilə bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən 28 yaşlı oyunçu hadisə zamanı xəsarət almadığını söyləyib: “Zəlzələ […]

Siyasət

Türkiyə səfirliyi Azərbaycana təşəkkür edib – FOTO

Türkiyənin respublikamızdakı Səfirliyi zəlzələ ilə əlaqədar qardaş ölkəyə köməyə görə ölkəmizə təşəkkür edib. Bu barədə səfirlikdən bildirilib. “Qardaş Azərbaycandan axtarış-xilasetmə heyəti və texnikası və axtarış-xilasetmə itlərini daşıyan birinci təyyarə bu gün saat 12:45-də, ikinci təyyarə saat 16:25-də, üçüncü təyyarə isə bu yaxınlarda havaya qalxıb. Tibb işçilərini daşıyacaq dördüncü təyyarənin sabah səhər havaya qalxması planlaşdırılır. Göstərilən […]

Siyasət

BMT Azərbaycana təşəkkür etdi

BMT təşkilatın büdcəsinə tam ödəniş etdiyinə görə Azərbaycana təşəkkür edib. “Report”un ABŞ bürosu xəbər verir ki, bunu beynəlxalq təşkilatın sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib. “Kanberradakı və Bakıdakı dostlarımıza büdcəyə ödənişləri tamamladıqlarına görə təşəkkür edirik. Beləliklə də onlar fəxri rütbəyə ödəniş edən 27-ci və 28-ci üzv dövlətlər olublar. Onların ikisi də paytaxtlardır. Kanberra Avstraliyanın, Bakı […]

Müsahibə

Qurban Qurbanov: “Qarabağ”da işləyə-işləyə ətraflı fikrimi bildirməyim qeyri-etik olar” – MÜSAHİBƏ + FOTO

Təxminən 24-25 il əvvəl rusiyalı jurnalistlərə “Не Курбан Курбанов, а Гурбан Гурбанов. Пишите правильно” (“Kurban Kurbanov yox, Qurban Qurbanov. Düz yazın”) deyəndə yəqin ki, nə vaxtsa tək Rusiyada yox, bütün qitədə ən azı, idman jurnalistlərinin onu tanıyacağını, adını düz yazmağı bacaracağını, özünün isə Çempionlar Liqasının qrupuna baş məşqçisi olduğu Azərbaycan komandasını yüksəldəcəyini ağlına gətirməzdi. Qurban […]

Cəmiyyət

Siyəzəndə avtomobil oğurluğunda şübhəli bilinən şəxs saxlanıldı

Siyəzəndə avtomobil oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-yə rayon sakininə məxsus VAZ-21099 markalı avtomobilin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Quliyev saxlanılıb. Faktla bağlı Siyəzən RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə […]

İqtisadiyyat

Millət vəkili: “Layihə mediada biznesi təşviq etmir” – VİDEO

“Biznesləri mediada reklam yerləşdirməyi təşviq etmək lazımdır”. Bunu bu gün keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, əsas problemlərdən biri yazılı və ixtisaslaşmış medianın reklam gəlirlərinin kifayət qədər az olmasıdır. O bildirib ki, il ərzində reklam gəlirlərinin əhəmiyyətli hissəsi televiziya və radioların payına düşür: “Gələcəkdə […]

Siyasət

Fövqəladə Hallar Nazirliyinin növbəti yardımı Türkiyəyə yola salınacaq – FOTO

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınacaq. Nazirlikdən verilən məlumata görə, təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi […]

İdman

Premyer Liqa: “Sabah” “Səbail”i böyük hesabla məğlub etdi

Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub. “Report”un məlumatına görə, turun son matçında “Sabah” və “Səbail” komandaları üz-üzə gəliblər. Ölkə kubokunun 1/4 final mərhələsində rəqibinə məğlub olaraq mübarizəni dayandıran “Sabah” bunun revanşını böyükhesablı qələbə ilə alıb. Murad Musayevin kollektivi matçın taleyini birinci hissədə həll edib. Coy Lens Mikels 4-cü dəqiqədə, Davit Volkov isə 10-cu və […]

Cəmiyyət

Media reyestrinə etiraz edənlər nə istəyirlər?

“Media haqqında” Qanunun qəbulundan sonra tətbiqinə başlanılıb. APA xəbər verir ki, Qanunun tələbinə görə, media subyektləri fəaliyyətini davam etdirmək üçün Media Reyestrinə daxil olmalıdırlar. Media reyestri mütləqdirmi? Mövcud qanuna görə, media reyestrinə daxil olmadan da kontent yaradıcısı və yayıcısı olmaq mümkündür. Lakin bu kontent kütləvi, fərqli mənbələrə məxsus informasiya istehsalı və kütləvi informasiya yayıcılığına hədəflənməməlidir. Çünki […]