“Azərbaycanın İrandakı diplomatik korpusuna silahlı hücumla bağlı işin halları göstərir ki, bu şəxs tək olmayıb. Bu təşkil olunub”. Bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib. Onun sözlərinə görə, cinayətin bütün iştirakçıları, sifarişçiləri və icarıçıları məsuliyyətə cəlb edilməlidir: “Bununla bağlı artıq biz Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquq yardım haqqında […]
Month: Mart 2023
“Sovetski”də od çərşənbəsi qeyd edilir – FOTOREPORTAJ
Paytaxtın Nəriman Nərimanov prospektində (“Sovetski”) od çərşənbəsi qeyd edilir. Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, […]
Rusiyada restoranda güclü yanğın baş verdi – VİDEO
Fevralın 28-i axşam saatlarında Rusiyanın Kuban vilayətindəki sahilyanı “Ro Vino” restoranında güclü yanğın baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın restoranın dam örtüyündən başlanıb və azı 200 kvadratmetr ərazini əhatə edib. Xilasedicilər yaxınlıqdakı binadan 11 nəfəri təxliyə ediblər. Alovu söndürmək üçün yüzə yaxın şəxsi heyət və 28 texnika […]
Albaniyada 4,1 bal gücündə zəlzələ baş verib
Çərşənbə axşamı Albaniyada 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib. Məlumata görə, zəlzələnin episentri təxminən 100 min nəfər əhalisi olan Elbasan şəhərindən 25 km aralıda yerləşib. Ocaq iki kilometr dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Mənbə: TASS Xeberal.az
Daxili İşlər Nazirliyi sürücülərə müraciət etdi – Xəbərlərin 23:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. “Fransa Ermənistanı silahla doldurur”. Rusiyalı politoloq Qərb və Avroppanın Cənubi Qafqazla bağlı planlarını açıqladı. Sabahdan paytaxt yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Daxili İşlər Nazirliyi sürücülərə müraciət etdi. “Qoymurdu, qapını kilidləyirdi, qoymurdu içəri”. Abşeronda analığı tərəfindən döyülən məktəblinin nənəsi hansı faktları açıqladı? Daha ətraflı “Baku News”un 23:00 buraxılışında: Xeberal.az
Sergey Lavrov Bakıdan Hindistana gedib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycandan sonra üç günlük işgüzar səfərlə Hindistana gedib. Məlumata görə, Yeni Dehlidə rusiyalı diplomatın hindistanlı həmkarı Subramanyan Cayşankar ilə görüşəcəyi, G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyi, həmçinin Çin, Braziliya və digər ölkələrin tərəfdaşları ilə danışıqlar aparacağı gözlənilir. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda iki […]
Azərbaycanlı tanınmışlar TOY QİYMƏTLƏRİNİ bahalaşdırıb?
Ölkədə hər il qiymət artımının şahidi oluruq. İstər ərzaq, istər qeyri-yeyinti məhsullarında qiymət artımı yaşanır. Bəs şou-biznes əhli öz toy qiymətlərində artım ediblərmi? Lent.az bununla bağlı bir neçə məşhur arasında keçirilən sorğunu təqdim edir. Xalq artisti Röya Ayxan toy qiymətində dəyişiklik etməyib. Xalq artisti Brilliant Dadaşovanın da toy qiymətlərində artım olunmayıb. Xalq artisti Tünzalə Ağayevanın menecerinin Lent.az-a […]
Naxçıvan Penitensiar Xidmətin işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri təsdiqləndi
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə maaşlarının məbləğləri təsdiq edilib. “Report”un məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar qəbul edib. Qərara əsasən “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının və […]
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə martın 1-2-də Bakıda işgüzar səfərdə olacaq. Özbəkistan liderinin mətbuat xidmətinin məlumatına görə, Bakı proqramı Ş.Mirziyoyevin Qoşulmama Hərəkatının sammitinin plenar iclasında iştirakını nəzərdə tutur. Azərbaycan tərəfinin sədrliyi ilə keçiriləcək tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, eləcə də beynəlxalq aləm üçün artan çağırış və təhdidlər şəraitində çoxtərəfli […]