İdman

Ansi Aqolli: “Qarabağ” yenə bəxtsizliyin qurbanı oldu”

“Qarabağ” avrokuboklarda bir neçə dəfə bəxtsizliklə üzləşib. Bu dəfə də bunun qurbanı oldu”. Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli Ağdam klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisi “Gent”ə məğlub olaraq mübarizəni dayandırması ilə bağlı danışarkən deyib. 2010-2019-cu illərdə “köhlən atlar”ın formasını geyinmiş albaniyalı keçmiş müdafiəçi komandanın cavab qarşılaşmasında yaxşı çıxış etdiyini bildirib: “Gentdəki oyun […]

Siyasət

BMT-nin azərbaycanlı rəsmisi: “Taliban”ın əfqan qadınlara qarşı tətbiq etdiyi məhdudiyyətlər qəbulolunmazdır”

“Təəssüf ki, Əfqanıstanda məktəblər bir ildir bağlıdır. Qızların təhsilə cəlb olunması ilə bağlı heç bir yenilik yoxdur”. “Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov Kabildən canlı bağlantı ilə beynəlxalq təşkilatın Nyu-Yorkdakı qərargah binasında jurnalistlərin suallarını cavablandırarkən deyib. R.Ələkbərov əlavə edib ki, “Taliban” hakimiyyətinin əfqan qadınlara […]

Siyasət

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç fevralın 28-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və […]

Cəmiyyət

Bakıda tibb işçiləri etiraza qalxdı – VİDEO

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının bir qrup əməkdaşı hüquqlarının pozulduğunu iddia edir. İşçilər uzun zamandır maaşlarını ala bilmədiklərini və təhdid edilərək öz hesablarına məzuniyyətə göndərildiklərini qeyd ediblər. “Maaş almağımız üçün xəstəyə ehtiyacımız var”, – deyə tibb işçisi bildirib. Daha ətraflı süjetdə: Xeberal.az

Cəmiyyət

Alimpaşa Məmmədov büdcədən 71 min manatı necə mənimsəyib?

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.  “Qafqazinfo”nun məlumatına görə, hakim Natiq Əliyevin sədirliyi ilə baş tutan prosesdə kommunal sahədə baş verən qanun pozuntuları ilə bağlı ifadələr dinlənilib.  Məlum olub ki, kommunal sahədə çalışan işçilərin yaxın ətrafının adına saxta bank kartları açılıb. Hansı ki, adıçəkilən şəxslərin […]

Siyasət

Ceyhun Bayramov Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Abdulkərim Əl-Xureyci ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə ölkələrimiz arasında tarixi və dini cəhətdən bir çox ortaq cəhətlərin olduğu vurğulanaraq Azərbaycanın […]

Cəmiyyət

Naxçıvanda nazir vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. APA xəbər verir ki, sərəncama əsasən Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Xalıqverdi qızı Dadaşovaya verilib. Xeberal.az

Siyasət

Azərbaycanın sədrliyi ilə İƏT Daimi Nümayəndələr Şurasının iclası keçirilib – FOTO

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) sədrliyi çərçivəsində Daimi Nümayəndələr Şurasının 273-cü iclası keçirilib. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Tədbir Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadənin sədrliyi, İƏT-in Baş katibi Xusrov Nozirinin və İƏT üzv dövlətlərinin Tehrandakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə hibrid formatda baş tutub. İclasın əvvəlində Azərbaycan Respublikasının […]

Siyasət

XİN başçısının müavini BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin rəhbəri ilə görüşüb – FOTO

28 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirakı çərçivəsində BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin rəhbəri Rameş Rajasinqham ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı, Azərbaycan ilə BMT-nin Humanitar Məsələlərin Koordimasiya Ofisi arasında mövcud əməkdaşlığın perspektivləri, o cümlədən bölgədə […]