Dünya

İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verilib

Bazar günü İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verilib. O, Türkiyə şəhərini onun Avropa hissəsindəki beynəlxalq hava limanı ilə birləşdirir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, qatarlar yeni xətt üzrə 90-120 km/saat sürətlə hərəkət edəcək. Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu bildirib ki, 34 kilometrlik xəttin çəkildiyi Kağıthane stansiyasından İstanbul hava limanına gediş müddəti təxminən 24 […]

Dünya

Yunanıstan Türkiyə ilə sərhəddə hasar tikmək üçün Aİ-dən pul istəyir – FOTO

Yunanıstanın Mülki Müdafiə naziri Takis Teodorikakos yanvarın 22-də Aİ ölkələrinin 27 səfiri ilə görüşündə bəyan edib ki, Yunanıstan-Türkiyə sərhədində hasarın tikintisi layihəsi Aİ-yə qeyri-qanuni miqrasiyaya qarşı yönəlib. Bunu nəzərə alaraq o, Brüsselin, Böyük Britaniya və Şengen ölkələrinin dəstəyini tələb edib. “Avropa dövlətlərinin və onların vətəndaşlarının təhlükəsizliyi qeyri-qanuni miqrasiyaya qarşı mübarizədən asılıdır. Buna görə də Evrosda […]

Cəmiyyət

Laçın-Xankəndi yolunda humanitar keçidlər davam edir – Xəbərlərin 17:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Laçın-Xankəndi yolunda humanitar keçidlər davam edir. Aksiyanın 42-ci günündə daha nələr baş verib? Paşinyanın xanımı İrana getdi. Rəsmi Tehran Ermənistanla isti münasibətlərindən nə qazanmağı düşünür? Əməkdar artist Tünzalə Əliyevanın yaxınları onunla bağlı xatirələrini Baku TV ilə bölüşdülər. Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az

Dünya

Fransız ordusu Burkina Fasodan qovulur

Burkina-Faso hökumətinin yanvarın 22-də qəbul etdiyi qərara görə, Fransa silahlı qüvvələri ölkə ərazisini bir ay ərzində tərk etməyə borcludur. Burkina-Faso ərazisində Fransa hərbi kontingentinin mövcudluğu ilə bağlı razılaşma hökumət tərəfindən pislənilib. “Hökumət 2018-ci ildən Fransa silahlı qüvvələrinin mövcudluğunun tənzimləndiyi sazişi denonsasiya edib. Sazişin şərtlərinə əsasən, bu, Fransa silahlı qüvvələrinə Burkina-Faso ərazisini tərk etmək üçün bir […]

Dünya

Boris Conson Ukraynaya gedib – FOTO

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson yanvarın 22-də Ukraynaya gedib. O, Kiyev vilayətinin Buça şəhərində görüntülənib. Conson Borodyankaya da səfər edib və Rusiya bombardmanlarının nəticələrilə yaxından tanış olub. Keçmiş hökumət başçısı həmçinin Rusiya ordusunun törətdiyi dağıntıları araşdırıb, işğal zamanı neçə nəfərin həlak olması və ərazinin azad edilməsindən sonra neçə nəfərin öz evlərinə qayıda bildiyi […]

Dünya

Sanksiyalar Rusiya iqtisadiyyatını çökdürür: Defoltla üzləşə bilər – FOTO

2023-cü il Rusiya üçün heç də xoş olmayan xəbərlərlə başlayıb. Sanksiyalar ölkə iqtisadiyyatını çökdürməkdədir – inflyasiya və sürətli bahalaşma ilə yanaşı, ölkənin əsas gəlir mənbəyi hesab olunan neft və qazın satışında ciddi böhran yaşanır. Yanvarın əvvəlindən başlayaraq, Rusiya nefti Brent markalı neftdən təxminən iki dəfə ucuz satılır. Qərbin tətbiq etdiyi embarqo və qiymət tavanına görə […]

Cəmiyyət

Nazirlik: “Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib”

“Əməkdar artist Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib”. Oxu.Az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Əməkdar artist Tünzalə Əliyevanın ölümü ilə bağlı nekroloqunda yer alıb. “Azərbaycan mədəniyyətinə itki üz verib. Teatr və kino aktrisası, respublikanın Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra yanvarın 22-də, ömrünün 50-ci ilində vəfat edib. Tünzalə […]

İdman

UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər

UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər. Məlumata görə, qurum komandanın maliyyə pozuntuları ilə bağlı işinin digər istiqaməti – maaş saxtakarlığı ilə bağlı məsələlərə görə Avropadakı yarışlardan kənarlaşdıra bilər. Belə pozuntuların baş verməsi faktı sübuta yetirilərsə, UEFA klubun yeni maliyyə göstəricilərini nəzərə alaraq vəziyyəti dəyərləndirəcək. Qeyd edək ki, 2021-ci ildə “Yuventus” maliyyə feyr-pley qaydalarına əməl etmədiyinə görə 3,5 […]

Manşetüstü

İcra başçısının Avstriyadakı 3.6 milyon avroluq biznesini bu şəxs idarə edir (FOTOLAR)

AZPOROMO-nun (Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) Avstriyadakı təmsilçisi Ramin Şükürov Qubanın icra başçısı Ziyəddin Əliyevin bu ölkədəki 3.6 milyon avroluq biznesini idarə edir. Söhbət S.M.A.N BUSİNESS SOLUTİONS GMBH-dən gedir”. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib. C.Həsənli qeyd edib ki, Ramin Şükürov Azərbaycanda müəmmalı tenderlərin də açar isimlərindəndir: “Məsələn, İcbari Tibbi Sığorta üzrə […]