Siyasət

“Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən tədbirlər həftəsinə start verilib – VİDEO

Respublikamızın bütün bölgələrində olduğu kimi Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəsisələrində də “Heydər Əliyev İli” İlə bağlı tədbirlər həyata keçirilir. Tədbirlərdə Azərbaycan xalqının Ümummilli Lideri, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu və həmişə fəxr etdiyi doğma […]

İdman

Ronaldu “Əl-Nəsr”də rəsmi debüt etdi, komandası qələbə qazandı – FOTO

Kriştianu Ronaldunun yeni komandası “Əl-Nəsr” bu gün Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb. Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında “Əl-İttifaq”la qarşılaşıb. Oyun “Əl-Nəsr”in qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub.  Start heyətdə meydana çıxan Ronaldu sona qədər oynayıb. Bu, 38 yaşlı futbolçunun “Əl-Nəsr”də ilk rəsmi oyunu olub. Xeberal.az

Dünya

“Yuventus” fanatları İtaliya Futbol Federasiyası prezidentini ölümlə hədələyiblər

“Yuventus” azarkeşləri komandanın hesabından 15 xal silindikdən sonra İtaliya Futbol Federasiyasının rəhbərini hədələyiblər. Fanatlar sosial şəbəkələrdə Qabriele Qravinanı və onun həyat yoldaşı Fransisko İbarranı, həmçinin qurumun müstəntiqi Cüzeppe Çinanı ölümlə təhdid ediblər. Hazırda məsələ ilə bağlı səlahiyyətli orqanlar tərəfindən araşdırma aparılır. Xatırladaq ki, “Yuventus” 15 xalı itirdikdən sonra A Seriyasında 10-cu pilləyə düşüb. Mənbə: sports.ru […]

İdman

“Borussiya” Dortmundun oyununda 7 qol vuruldu – VİDEO

Almaniya Bundesliqasında 16-cı turun oyunları keçirilir. Bu gün Dortmund “Borussiya”sı “Augsburg”u qəbul edib. Bol qollu oyunda meydan sahibləri qalib gəlib – 4:3. “Borussiya” (Dortmund) – “Augsburg” – 4:3 Qollar: Bellinqem, 29 (1:0), Mayer, 40 (1:1), Sklotterbek, 42 (2:1), Demiroviç, 45+1 (2:2), Bunoe-Qittens, 75 (3:2), Kolina, 77 (3:3), Zule, 90+1 (4:3) Bu nəticədən sonra “Borussiya” 28 xalla […]

Dünya

İstanbula uçan təyyarə Təbrizə qəza enişi edib

“Qeshm Air” aviaşirkətinə məxsus təyyarə Təbrizdə təcili eniş edib. APA-nın Tehran bürosunun məlumatına görə, Qeşmdən İstanbula uçan təyyarədə sərnişinin halı pisləşib. Onun həyatını xilas etmək üçün gəmi komandiri Təbrizə təcili eniş edib. Ürək çatışmazlığından əziyyət çəkən sərnişin xəstəxanaya yerləşdirilib və vəziyyəti qənaətbəxşdir. Təyyarə Təbriz aeroportunda qısa yoxlamadan sonra İstanbula yola salınıb. Qeyd edək ki, Qeşm […]

Dünya

Aİ Belarusa qarşı yeni sanksiyalar hazırlayır

Aİ-də Belarusa qarşı yeni sanksiyaların müzakirəsi başlanıb. Xüsusilə, Belarusa ikili təyinatlı texnika və silah satışının qadağan edilməsi təklifi müzakirə olunur. Bu mövzuya marağın artmasına Ukrayna ərazisində gedən döyüşlər səbəb olub. Bir sıra ekspertlər Rusiyanın hələ də Belarus vasitəsilə sanksiyalardan yan keçməklə bəzi malları ala biləcəyi qənaətindədirlər. Onların fikrincə, Belarusa ikili təyinatlı texnika və silahların tədarükünə […]

İdman

“Arsenal” “Mançester Yunayted” matçında 5 qol vuruldu – VİDEO

“Arsenal” Premyer Liqanın 21-ci turunda “Mançester Yunayted”i məğlub edib -3:2. Hesabı 17-ci dəqiqədə Markus Reşford açıb. Edvard Nketia 7 dəqiqədən sonra hesabı bərabərləşdirib və Bukayo Saka 53-cü dəqiqədə “topçular”ı önə keçirib. Lisandro Martinez tezliklə hesabı yenidən bərabərləşdirdi. 90-cı dəqiqədə Nketia dubl edib. Onun ikinci topu komandasına qələbədə qazandırıb. Bu oyundan sonra “Arsenal” xallarını 50-yə çatdırıb […]

Dünya

İƏT və ərəb təşkilatları İsveçdə Quranın yandırılmasını qətiyyətlə pisləyib

Bir sıra ərəb ölkələri və təşkilatları – Ərəb Dövlətləri Liqası, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası (KƏŞ), İslam Əməkdaşlıq Təşkilatı, eləcə də dünyanın ən böyük İslam Universiteti “Əl-Əzhər” müsəlmanlar üçün müqəddəs Qurani Kərimin şənbə günü İsveçin paytaxtında yandırılmasını pisləyib. Ərəb Liqasının parlamenti “beynəlxalq ictimaiyyəti məsuliyyəti öz üzərinə götürməyə və bütün bəşəri – əxlaqi dəyərlərə və prinsiplərə […]

İqtisadiyyat

Avropanın ən böyük qaz yatağı bağlanacaq

Niderlanddakı Avropanın ən böyük qaz yatağının bağlanmasının əsas səbəbləri təhlükəsizlik məsələləridir. Məlumata görə, ölkə hökuməti bu il oktyabrın 1-dək seysmik təhlükəli olan Qroningen qaz yatağının bağlanmasını planlaşdırır. Eyni zamanda, hazırda ölkədə və Avropada qaz ehtiyatının kifayət qədər olub-olması üzrə monitorinq davam edir. Bildirilir ki, yatağın bağlanması qitədə əhəmiyyətli qaz qıtlığına səbəb ola bilər. Bununla yanaşı, […]

Dünya

Polşadan qalxan təyyarə bomba xəbərdarlığından sonra Afinaya enib

Polşadan uçan “Ryanair” təyyarəsi bomba xəbərdarlığından sonra Afinaya enib. Partlayış təhlükəsi ilə əlaqədar təyyarəni F-16 qırıcıları müşayiət edib. Xüsusi təyinatlılar da Afina beynəlxalq hava limanına gəliblər. Boeing 738-in göyərtəsində 192 nəfərin olduğu qeyd edilir. Məlumata görə, hava limanında enişdən sonra layner xüsusi təhlükəsiz yerə aparılacaq. Mənbə: gazeta.ru Xeberal.az