Dünya

Ərdoğan Türkiyədə prezident seçkilərinin tarixini açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İlk səsim AK Partiyaya, ilk səsim Ərdoğana” proqramı çərçivəsində Bursada gənclərlə görüşüb. O, ölkənin ümidi olan gənclərlə görüşməkdən məmnun olduğunu bildirib. Dövlət başçısı çıxışında prezidenti seçkilərinin tarixini açıqlayıb. “Mayın 14-də keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək siz dəyərli gənclərimizə yoldaş olmağı bizə nəsib etdiyi üçün Rəbbimə şükür edirəm”, – deyə Ərdoğan […]

Kriminal

Bakıda ər arvadını bıçaqlayıb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü İsmayılova Pərvanə Əhməd qızı 20 saylı poliknikanın qarşısında bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, fakt araşdırılır. Əlavə məlumat veriləcək. Xeberal.az

Cəmiyyət

Azərbaycanda son sutkada 29 nəfər COVID-19-a yoluxub, ölən yoxdur – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 77 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 827 667 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 314 nəfər müalicə olunaraq sağalıb, 10 068 nəfər […]

Cəmiyyət

Zaqatalada çaqqal insana xəsarət yetirib

Zaqatalada 17 yaşlı gəncə çaqqal hucum edib. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Bəhmətli kəndində baş verib. Kənd sakini 2006-cı il təvəllüdlü Əkrəm Mahir oğlu Qasımova hucum edən çaqqal onun sol aşağı ətrafın baldır nahiyəsinə xəsarət yetirib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasında Əkrəm Qasımova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə qarşı peyvənd vurulub. […]

Dünya

Berlin metrosunda rusdilli kişilər ukraynalı xanımlara hücum ediblər

Bir qrup rusdilli kişilər Berlin metrosunda ukraynalı qadınlara hücum edib. Bu barədə Berlin polisi məlumat yayıb. Hadisə yanvarın 21-də baş verib. 24 və 25 yaşlı iki xanım Berlin metrosunda hərəkət ediblər. Həmin vaxt qatarda üç rusdilli kişi olub. Xanımları görən kimi onları söyməyə başlayıblar. Daha sonra onlarla birlikdə qatardan düşərək təqib ediblər. Qəfildən kişilərdən biri […]

Dünya

Qafqazda boşanmaların ikiqat artmasının izahı tapılıdı

Rusiya Statistika İdarəsinin 2022-ci il üçün məlumatına görə, Çeçenistan, Dağıstan və İnquşetiyada boşanmaların sayı demək olar ki, iki dəfə artıb. Həmçinin bu respublikalarda ilin sonunda nikahların sayında azalma qeydə alınıb. Ailə üzrə ekspert Qalina Karaseva statistikaya təsir edən səbəblər barədə danışıb. O, bildirib ki, Avropa həyat tərzi Şimali Qafqaza da təsir etməyə başlayıb ki, bu […]

İdman

Holandın het-triki “Mançester Siti”yə qələbə qazandırdı – VİDEO

İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilir. Son çempion “Mançester Siti” yarışın autsayderlərindən olan “Vulverhempton”u qəbul edib. “Etihad Stadium”da baş tutuan qarşılaşma ev sahiblərinin mütləq üstünlüyü ilə keçib. “Şəhərlilər” “canavarlar”ın qapısından 3 cavabsız top keçiriblər. Holand het-triklə komandasının qələbəsini təmin edib.   Qeyd edək ki, bir qədər sonra turun mərkəzi oyunu “Arsenal” – “Mançester Yunayted” matçı start götürəcək. […]

Cəmiyyət

Zaqatalada avtomobilin vurduğu qadın öldü

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, hadisə axşam saatlarında Zaqatala şəhər ərazisində baş verib. Hərəkətdə olan VAZ-21015 markalı minik avtomobili rayonun Üçüncü Tala kənd sakini 55 yaşlı Güləsər Əli qızı Əliyevanı vurub. Qəza zamanı ağır bədən xəsarətləri alan Güləsər Əliyeva dünyasını […]

İqtisadiyyat

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb

2022-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 5 654,603 milyon manat təşkil edib. Oxu.Az DGK-ya istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 30,2% çoxdur. Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 17,8 % artaraq 1 419,969 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 36,6 % artaraq 4 003,424 milyon manat, aksizlər üzrə […]