Dünya

NASA elektrikili təyyarəsinin ilk uçuşunu keçirəcək

Elektrikli X-57 qurğusu ilə eksperimental təyyarənin ilk uçuşunun 2023-cü ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə günü mətbuat konfransında ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson bildirib. “Biz elektriklə çalışan təyyarə üzərində işləyirik. Biz bu il X-57-ni uçuracağıq. O, müasir təyyarələrdən daha səssiz, səmərəli və ekoloji cəhətdən təmiz olacaq”, […]

Dünya

“Antidepresan” trendinə tutuquşu da qoşuldu: Məşhur mahnını yeni versiyada ifa etdi – VİDEO

Türkiyəli müğənnilər Mabel Matiz və Mert Demirin son vaxtlar populyarlıq qazanan mahnısı “Antidepressant” çox insan tərəfindən səsləndirilib. Bu axına tutuquşu da qatılıb və mahnını yeni versiyada ifa edib. Tutuquşunun bu ifası trendə yeni nəfəs gətirib. Quşun “Antidepresan” mahnısının nəqarət hissəsini oxuduğu videogörüntülər izləyicilərə təbəssüm bəxş edib və sosial şəbəkələrdə gündəm olub. Mənbə: Haber Global Xeberal.az

Dünya

Türkiyədə 360 dərəcə fırlanan ev inşa olundu – VİDEO

Türkiyədə Cəmil Eksilmez adlı vətəndaşın tikdirdiyi ev görənləri məəttəl qoyur. Xarici görünüşü ilə də diqqət çəkən ev Rizənin Ardeşen rayonunda yerləşir. Eksilmez öz inşaat və podrat işləri ilə məşğul olur. O, evi xüsusi relslər və təkərlə üzərində inşa edib. Ev pultun bir düyməsinə basmaqla 360 dərəcə fırlana bilir. Yaxın vaxtlarda onun kütləvi istehsalına başlanacağı, hətta […]

Dünya

Dünyanın ən böyük sapfirinə müştəri tapılmadı

2021-ci ilin yayında Şri-Lankada tapılan, çəkisi 500 kq olan ən böyük sapfiri satmaq mümkün olmayıb. Qiymətli daş bir sıra xarici ölkələrə aparıldıqdan sonra yenidən Kolomboya qaytarılıb. Məlumata görə, nə İsveçrə, nə də Birləşmiş Ərəb Əmirliklərində mavi sapfirlərdən ibarət qaya parçasına uyğun alıcı tapılmayıb. “Dubaydakı bir şirkət bizə sapfirlərə görə 100 milyon dollar təklif etdi. Amma […]

Dünya

Anqlikan kilsəsi eynicinsli nikahlara xeyir-dua verəcək

Anqlikan Kilsəsinin (Church of England) yepiskopları altı illik kilsədaxili müzakirələrdən sonra İngiltərə Kilsəsinin kahinlərinin eynicinsli cütlüklərlə evlənməsinə icazə verəcək təşəbbüsü dəstəkləməkdən imtina etdilər. Eyni zamanda, çərşənbə günü kilsənin saytında yayılan bəyanatda qeyd olunur ki, LGBT icmasının nümayəndələri tezliklə öz vətəndaş birliyi üçün kilsədən xeyir-dua ala biləcəklər. Sənəddə deyilir: “Bu gün təqdim olunan tarixi planlara əsasən, […]

İdman

“İnter” “Milan”ı darmadağın edərək Superkuboku qazandı – VİDEO

İtaliya Superkubokunda qalib bəlli olub. Oxu.Az xəbər verir ki, həlledici matç Milan şəhərinin iki komandası – “Milan”la “İnter” arasında oynanılıb. Səudiyyə Ərəbistanının Kral Fəhd Beynəlxalq Stadionunda baş tutan qarşılaşmanın qalibi “İnter” olub. Matçda hesabı 10-cu dəqiqədə Di Marko açıb. 21-ci dəqiqədə Edin Dzeko fərqi iki topa çatdırıb. Argentinalı Lautaro Martinezin 77-ci dəqiqədə vurduğu qol isə […]

Dünya

Naxçıvanı da silkələyən zəlzələ nəticəsində İranda azı 120 nəfər xəsarət alıb – FOTO

İranın şimal-qərbində Xoy yaxınlığında baş verən zəlzələ nəticəsində azı 120 nəfər xəsarət alıb. Bu barədə vilayətin qubernatoru  Zabiulla Kazemi bildirib. Onun sözlərinə görə, 200-ə yaxın binaya da ziyan dəyib. Ölənlər barədə məlumat verilməyib. Xatırladaq ki, bu gün Türkiyə-İran sərhədində güclü zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanların […]

Mədəniyyət

Divardakı çılpaq uşaq şəkli məşhur aktrisanın başına bəla oldu – FOTO

Arnold Şvartseneggerlə birlikdə oynadığı “Doğru yalan” (“True Lies”) filmindəki rolu ilə parlayan Hollivud ulduzu Ceymi Li Körtis paylaşdığı şəklə görə başını bəlaya salıb. Belə ki, aktrisa özünün sosial şəbəkə hesabından ofisinin şəklini paylaşıb. Amma divarda çamadana basılmış çılpaq uşaq təsviri sosial çəbəkə istifadəçilərinin kəskin tənqidinə səbəb olub. “Uşaq öldürmə, yoxsa köləlik? Hollivud dayanmalıdır”, “Mən bunu […]

Dünya

Çavuşoğlu Blinkenlə Qafqazdakı vəziyyəti müzakirə edib

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Türkiyə-ABŞ Strateji Mexanizminin ikinci Nazirlər Toplantısı çərçivəsində ABŞ paytaxtı Vaşinqtonda bu ölkənin dövlət katibi Antoni Blinken ilə görüşüb. Görüşdən sonra mətbuata açıqlamalarla çıxış edən rəsmilər söhbət zamanı ABŞ-dən Türkiyəyə F-16 qırıcılarının tədarükü, terrorla mübarizə, NATO çərçivəsində əməkdaşlıq, Ukrayna, Suriya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda baş verən proseslərin […]

Dünya

Qızdırma, baş ağrısı, səsin batması – Koronavirusun yeni “ikibaşlı it” ştammı yayılır

Böyük Britaniyada koronavirusun yeni ştammı – “Orthro” aşkar olunub. Bu söz Yunan mifologiyasında “ikibaşlı it” anlamına gəlir. Mütəxəssislərin fikrincə, “Kraken” ştammını əvəz edəcəyi gözlənilən “Orthro” mövcud variantlardan daha təhlükəli olmasa da, daha geniş yayıla bilər. Sürətlə yayıldığı bildirilən bu yeni ştamm xüsusilə dekabr ayından etibarən Avropada varlığını hiss etdirməyə başlayıb. “Omikron”un bir variantı olan “Orthro” […]