Dünya

Pakistan 100-ə yaxın əfqan uşağı həbsxanalardan azad edib

Pakistan hakimiyyəti Əfqanıstanın 520-dən çox vətəndaşını həbsdən azad edib. Bu barədə Əfqanıstanın Pakistandakı səfirliyi məlumat yayıb. Azad olunan şəxslər arasında 100-ə yaxın uşaq var. Qeyd olunur ki, məhbusların bütün nəqliyyat, yemək və geyim xərcləri Əfqanıstanın səfirliyi və konsulluğu tərəfindən ödənilir. Mənbə: İnterfax Xeberal.az

Dünya

Ukrayna Milli Müqavimət Mərkəzi: “Rusiyalılar Svatovski su anbarı bəndini partlada bilər” – FOTO

“Rusiya hərbçiləri Luqansk vilayətindəki Svatovski su anbarının bəndini partlada bilər. Beləliklə, onlar hərbçilərimizin bu istiqamətdə irəliləməsini ləngitmək istəyirlər”. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Gücləri nəzdində Milli Müqavimət Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına görə, əvvəlki gün müvəqqəti işğal olunmuş Svatovo bölgəsinə rusiyalı mühəndis-saper qrupu gəlib və onlar yerli su anbarının bəndinin dağıdılması ehtimalı ilə […]

Cəmiyyət

Şirvanda hasar uçub, ölən var

Şirvanda üstünə hasar aşan sakin ölüb. APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri 1 May küçəsində qeydə alınıb. Şəhər sakini, 1984-cü il təvəllüdlü İbadov Adıbala Əlibala oğlu mişar daşından hörülən hasarın uçması nəticəsində onun altında qalıb. Nəticədə çoxsaylı ağır travmalarla Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Xeberal.az

İdman

FIFA ilk dəfə Səudiyyə Ərəbistanından olan qadını beynəlxalq hakim təyin edib – FOTO

Beynəlxalq Futbol Federasiyası (FIFA) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından olan qadını beynəlxalq dərəcəli hakim təyin etmək qərarına gəlib. Bu status Anud Əl-Əsməriyə verilib. Əl-Əsməri Səudiyyə Ərəbistanından daha yeddi kişi hakimin də yer aldığı beynəlxalq kateqoriyalı hakimlərdən biri olmaqdan xoşbəxt olduğunu bildirib. Kişilərdən ibarət komanda oyununda işləməyə hazır olub-olmamasına gəlincə isə o, təyinat Səudiyyə Futbol Assosiasiyası […]

Dünya

Türkiyənin Fransadakı səfirliyinə “Molotov kokteyli” ilə hücum olub

Türkiyənin Fransanın Marsel şəhərindəki səfirliyinə hücum olub. Belə ki, dörd nəfər Türkiyə səfirliyinə “Molotov kokteyli” atdıqdan sonra hadisə yerindən qaçıblar. Marsel şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan ikisini saxlamağa müvəffəq olub. Daha iki nəfər polisdən qaça bilib, hazırda onlar axtarışdadırlar. Saxlanılan şəxslərin kürd olduqların bildirib, onların PKK terror təşkilatı ilə əlaqələrinin olub-olmadığı araşdırılır. Mənbə: Bfmtv.com Xeberal.az

Siyasət

İran rejimi çirkin əməllərinə uşaqları alət edir – VİDEO

“Bir qrup 5 uşağı gətirib orada bu şəkildə öz düşmənçilik təbliğatına alət etməsi gerçəkdən bu rejimin mahiyyətcə nə qədər mundar olduğunu göstərir”. Bunu Baku TV-nin “Baku Analitik” verilişində güneyli politoloq Sadiq İsabəyli deyib. Politoloqun sözlərinə görə, onlar 12-15 yaşlı uşaqlardan İran-İraq savaşı dövründə də istifadə ediblər: “Uşaqları minanın üstünə göndərdilər. Yüz minlərlə belə yeniyetməni öldürdülər”. […]

İdman

Həbib Nurməhəmmədov MMA-dan getdi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov MMA-dan (Qarışıq Döyüş Növləri) gedib. Bu barədə Nurməhəmmədova yaxın üç mənbə məlumat verib. “Həbib MMA sənayesini tərk edib. O, artıq məşq keçməyəcək, təlim-məşq toplanışında komanda ilə birlikdə olmayacaq. Bu, ailəsi ilə daha çox vaxt keçirmək üçün edilir”, – mənbə bildirib. Qeyd edək ki, 34 […]

Cəmiyyət

Bakıda mənzildə meyit aşkarlandı

Bakının Yasamal rayonunda mənzildə meyit aşkarlanıb. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə […]

Dünya

“Əl-Nəsr” Ronalduya görə Vinset Abubakarla yollarını ayırdı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun kamerunlu hücumçu Vinset Abubakar komandadan ayrılıb. Qeyd olunur ki, bu qərar əcnəbi oyunçularla bağlı məhdudiyyət səbəbindən baş verib. Bu məqam isə “Əl-Nəsr”in yeni transferi Kriştianu Ronaldununun adının  iştirak ərizəsinə daxil edilməsinə şərait yaradıb. Belə ki, Səudiyyə Ərəbistanında əcnəbi oyunçularla bağlı məhdudiyyət var və bu məhdudiyyət portuqaliyalı ulduz futbolçunun meydana daxil olmasında […]