İdman

Messi Maradonanı ötərək rekord qırdı

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin qrup mərhələsi çərçivəsində Polşa ilə matçda meydana çıxıb. 35 yaşlı forvard 22-ci dünya çempionatında çıxış edir ki, bu da Argentina rekordudur. Bu göstəriciyə görə Messi mundialda 21 matç keçirən Dieqo Maradonanı keçib. Qeyd edək ki, hər iki futbolçunun mundialda Argentina millisinin heyətində 8 qolu var. Bu göstəriciyə görə yığmanın […]

Dünya

“Dünyanın ən nazik göydələni”ndə yaşayışa icazə verildi – VİDEO

ABŞ-nin Nyu-York şəhərində yerləşən və inşası bir neçə ay əvvəl yekunlaşan “dünyanın ən nazik göydələni” kimi tanınan “Steinway Tower”in ilk sakinlərinə binaya köçməyə icazə verilib. Qeyd olunur ki, 435 metr hündürlüyündə olan göydələn 84 mərtəbədən ibarətdir. Göydələndə 60 lüks mənzil var. Mütəxəssislər “Steinway Tower”in tezliklə Nyu-Yorkun yeni simvoluna çevriləcəyini istisna etmirlər. Mənbə: Anadolu Xeberal.az

MARAQLI

Əcnəbilərin işləmək və yaşamaq üçün ən sevdikləri şəhərlər açıqlandı – SİYAHI + FOTO

Əcnəbi mütəxəssislər yaşamaq və işləmək üçün Valensiya (İspaniya), Dubay (BƏƏ) və Mexiko Sitini (Meksika) ən yaxşı şəhərlər hesab edirlər. Oxu.Az-ın məlumatına görə, “InterNations” analitikləri bu qənaətə gəliblər. Onlar dünyanın 50 şəhərində yaşayan 11,9 min əcnəbi ilə müsahibə aparıblar. Ekspertlərin araşdırmalarına görə, ən yaxşı şəhərlər siyahısına başçılıq edən Valensiya yüksək həyat keyfiyyətinə malikdir və yaxşı inkişaf etmiş ictimai nəqliyyat şəbəkəsi […]

Dünya

ABŞ-də silahla ölümlər son 32 ilin ən yüksək səviyyəsinə çatıb

Fərdi silahlanmanın sürətləndirildiyi ABŞ-də silahla ölümlərin ümumi ölümlər arasında payı araşdırılıb. Harvard Universiteti tərəfindən aparılan araşdırma zamanı ABŞ-də silahla ölümlərin son 32 ilin ən yüksək səviyyəyə çatdığı müəyyən edilib. Silahla baş verən bir milyondan çox ölümdə qadınlara düşən payın artdığı qeyd edilir. Öldürülənlərin təxminən 14 faizi qadın, 45 faizi isə kişilərin payına düşüb. 2010-cu ildən […]

Cəmiyyət

Bakıda üç avtomobil toqquşdu: Xəsarət alanlar var

Bakının Sabunçu rayonunda üç avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib. APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki qəza nəticəsində “Opel”, “Renault” və “Geely” markalı avtomobillər toqquşub. Hadisə zamanı “Geely” markalı avtomobildə olan sürücü və sərnişin xəsarət alıb. Qəza səbəbindən yolda tıxac yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hər üç avtomobilə ciddi ziyan dəyib. […]

Dünya

Çində quş qripinə yoluxan qadın öldü

Çində yüksək patogenli H5N1 quş qripi virusuna insanın yoluxması halı qeydə alınıb. İnfeksiya Quansi-Çjuan muxtar bölgəsindəki Çinçjou şəhərinin 38 yaşlı sakinində təsdiqlənib. O, ev quşları ilə təmasda olub. Qadın xəstəxanada dünyasını dəyişib. 2005-ci ildən Çində H5N1 virus ştammı ilə insana yoluxma halları üzrə 54 fakt qeydə alınıb. Mənbə: TASS Xeberal.az

Dünya

ABŞ-də polislərə öldürücü robotlardan istifadəyə icazə verildi – FOTO

ABŞ-nin San-Fransisko şəhərində polislərin öldürücü silahlarla təchiz olunmuş robotlardan istifadə etmək layihəsi qəbul olunub. Artıq polis əməkdaşlarının öldürülməsi riski yarandıqda hüquq mühafizəçiləri silahla təchiz edilmiş uzaqdan idarə olunan “Remotec”lərdən istifadə edə biləcəklər. Bu barədə yerli hakimiyyət orqanlarından xəbər verilib. Bildirilir ki, onlar müstəsna hallarda – günahsız insanların itkisinin qarşısını almaq üçün faydalı olacaqlar. Qərar vətəndaş təşkilatlarının […]

Siyasət

Azərbaycan səfiri Fransa parlamentinin aşağı palatasının qərəzli qətnaməsinə münasibət bildirib – FOTO

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Parlamentinin aşağı palatası – Milli Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib. Bu barədə diplomat “Twitter” hesabında yazıb: “Fransa Milli Assambleyasının nəzərinə: 30 ildir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, müharibə cinayətləri törədib, regionu viran qoyub, siz susmusunuz. İndi danışmaqla sülhə […]