Siyasət

Prezident: “Zəngilanlıların doğma torpağına qayıtmaları tarixi hadisədir”

Bu il Ağalı kəndində həyat artıq bərpa edilib. Birinci layihə icra edilmişdir və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. Bunu tarixi hadisə adlandıran dövlətimizin başçısı qeyd edib: “Çünki müharibədən iki il keçmədən – cəmi ilyarımdan sonra biz artıq […]

Siyasət

Azərbaycan Prezidenti: “Biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq”

“Avqustun 26-da – nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir”. AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işlərinin aparıldığını […]

Siyasət

Prezident: “Sərhəd toqquşmaları nəticəsində əlverişli strateji yüksəkliklərdə mövqelərimizi möhkəmləndirdik”

“Bu il bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi. Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində […]

Siyasət

Azərbaycan Prezidenti: “Müharibədən keçən iki il ərzində daha böyük hərbi potensiala malik olduq”

“Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir”. AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi gücünü göstərdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, […]

Siyasət

İlham Əliyev: “Döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik”

İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistanın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdığını vurğulayan dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, bundan […]

Dünya

İranda hökumət qüvvələri vətəndaşların evlərinə və avtomobillərinə gözyaşardıcı qaz atıblar – VİDEO

İranda repressiv hökumət qüvvələri vətəndaşların evlərinə və avtomobillərinə gözyaşardıcı qaz atıblar. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Hadisənin İranın Cavanrud şəhərində baş verdiyi bildirilir. Xatırladaq ki, bu gün Cavanrud şəhərinin küçələrində xalqla molla rejiminin repressiv qüvvələri arasında küçə döyüşləri qeydə alınıb. Qarşıdurma nəticəsində yaralananlar olub. 22 yaşlı Burhan İlyasi adlı gənc isə repressiv […]

Siyasət

Ərdoğan: “Can Azərbaycanla birgə təlimlərlə hərbi imkanlarımızı nəzərdən keçirdik” – FOTO

“Can Azərbaycanla birgə 12 təlim gerçəkləşdirərək hərbi imkanlarımızı nəzərdən keçirdik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin yekunları ilə bağlı “Twitter” hesabında yazıb. “Qara dənizdə və Azərbaycanda milli texnologiya hərəkatımızın lokomotivi olan “Teknofest”i keçirdik. 18,1 milyard türk lirəsi sərmayəsi ilə yüksək əlavə dəyərə malik 100 layihəyə dəstək verdik”, – dövlət başçısı qeyd edib. Ərdoğan vurğulayıb […]

Cəmiyyət

Göygöldə birmərtəbəli ev yanıb

Göygöl rayonunun Qırıqlı kəndində ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  Xeberal.az