Siyasət

Bakıda “NATO günləri” başlayıb

Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda “NATO günləri”nə start verilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub. Noyabrın 25-dək keçiriləcək “NATO günləri” çərçivəsində […]

Siyasət

Partiyaların qeydiyyata alınması – Say limiti endirilir

Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. Oxu.Az-ın məlumatına əsasən, bu barədə yeni redaksiyada təqdim olunan “Siyasi partiyalar haqqında” qanun layihəsində bildirilir. Həmin tələbin pozulması halı müəyyən edildikdə dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırır. Qeyd edək ki, qanun […]

Siyasət

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.  Prezident.az xəbər verir ki, məktubda deyilir: “Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə növbədənkənar seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Səsvermənin nəticələri xalqınızın Sizə olan böyük inam və etimadının bariz təzahürü, qardaş Qazaxıstanın hərtərəfli inkişafı yolunda fəaliyyətinizə verilən yüksək qiymətdir. Qardaş xalqlarımızı […]

Cəmiyyət

Vahid Hacıyev: “Gələn il Zəngilandakı digər kəndlərin tikintisinə başlanılacaq”

“Gələn ilin ortalarında, bəlkə də ondan da tez Zəngilandakı digər kəndlərin tikintisinə başlanılacaq”. APA xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, artıq Zəngilan şəhərinin də layihələndirmə işləri başa çatıb: “Gələn il Zəngilanda da tikinti işləri başlayacaq. Ümumiyyətlə, gələn […]

Cəmiyyət

Dekabrda Ağalıya yeni köç olacaq – Prezidentin xüsusi nümayəndəsi AÇIQLADI

“Zəngilan rayonunun Ağalı kəndində – “Ağıllı kənd”də İqtisadiyyat Nazirliyinin dəstəyi ilə istehsal sahəsi yaradılıb, işləmək qabiliyyəti olan əksər şəxslərin məşğulluğu təmin edilib”. “Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. O bildirib ki, “Ağıllı […]

Təhsil

Zərdab rayonu Xasa kənd Miqdar Umudov adına orta məktəbin direktoru vətəndaşı işlədib, maaşı öz qohumunun adına yazıb mənimsədi – İDDİA

Xəbəral.az – a Zərdab rayonu Miqdar Umudov adına Xasa kənd orta məktəbinin direktoru Marusa Qasımovadan şikayət daxil olub. Şikayətçi, Xasa kənd sakini Məmmədov Rusif Məhəmmədəli oğlu saytımıza bildirir ki, məktəb direktoru Marusa Qasımova onun aylıq əmək haqqısının yarısını mənimsəyib. Vətəndaş Rusif Məmmədov iddia edir ki, 2012-ci ildən Zərdab rayonu Xasa kənd Miqdar Umudov adına orta […]

Dünya

İranla Rusiya arasında birgə dron istehsalına dair gizli razılaşma üzə çıxdı – FOTO

İran Rusiyaya Ukrayna ilə müharibə üçün dron istehsalına yardım edəcək. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Məlumata görə, “The Washington Post” qəzetində bununla bağlı yazı dərc olunub. Qəzet bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, İran Rusiya ilə birgə yüzlərlə PUA istehsalına başlamaq barədə gizli razılığa gəlib. Qeyd olunur ki, Rusiya və İran rəsmiləri noyabrın […]

Cəmiyyət

Bakıda avtomobil qadını vuraraq öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Amin Sahibli idarə etdiyi “Toyota Prius” markalı avtomobillə 1986-cı il təvəllüdlü Pərvanə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb. […]

Cəmiyyət

Paytaxtda məktəbdə şagird sinif yoldaşına zorakılıq etdi

Paytaxtdakı 112 nömrəli tam orta məktəbində şagirdlərdən birinin sinif yoldaşına qarşı fiziki zorakılığı ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu barədə idarə məlumat yayıb. Bildirilib ki, hadisənin iştirakçıları olan şagirdlərə zəruri psixoloji xidmət göstərilib, zərərçəkən şagird və onun valideynləri ilə görüş keçirilib, profilaktik söhbətlər […]

Cəmiyyət

FHN dəm qazı təhlükəsi ilə bağlı müraciət edib – VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə deyilir: “Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsini artırır. Fövqəladə Hallar Nazirliyi tərəfindən dəm qazının yaratdığı təhlükənin qarşısını almaq məqsədilə aparılan kütləvi maarifləndirmə işlərinə […]