Siyasət

İlham Əliyev Rusiyanın “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvünü qəbul edib

Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimovu qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaq Azərbaycanın son illər əldə etdiyi mühüm nailiyyətlər, uğurlar və Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dövlətimizin […]

Dünya

Terrorçular növbəti dəfə Türkiyəni hədəf seçdilər: Ölənlər və yaralılar var – VİDEO

Terror təşkilatı YPG/PKK üzvləri tərəfindən Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinə yenidən raket atılıb. Raketlər Karkamış rayon mərkəzindəki orta məktəb, iki ev və Karkamış Sərhəd Qapısı yaxınlığında bir yük maşınına zərər vurub. İlkin məlumata görə, 2 nəfər həyatını itirib, iki nəfərin vəziyyəti ağır olmaqla 6 nəfər yaralanıb. Qeyd edək ki, ötən gün də sözügedən rayona raket hücumu olub. Terror […]

Cəmiyyət

Nazir: “2024-cü ilin sonuna qədər bütün ölkə əhalisi yüksəksürətli internetlə təmin ediləcək”

“Əgər 2015-2020-ci illərdə Azərbaycanda cəmi 150 min vətəndaşın fiber-optik internetə çıxışı var idisə, təkcə bu ilin I yarısında 472 min insan yüksəksürətli internetə çıxışı imkanı əldə edib”. “Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. “2024-cü ilin sonuna qədər […]

Dünya

Filippində 272 milyon dollarlıq COVID-19 peyvəndi xarab olub

Filippində 272 milyon dollar dəyərində 31 milyondan çox koronavirus peyvəndi xarab olub. Bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təxminən 24 milyon dozanın müddəti bitib, qalan yeddi milyon doza isə temperaturun dəyişməsi səbəbindən yararsız hala düşüb. Səhiyyə qurumunun məlumatına görə, koronavirus peyvəndlərinin əvvəlki versiyaları istehsal tarixindən etibarən cəmi altı ay saxlama müddətinə malikdir. […]

Siyasət

Yeni Azərbaycan Partiyasının fəaliyyəti dövlətçilik ənənələrinə sadiq, ümumbəşəri prinsiplərə əsaslanır

Noyabrın 21-i ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının təsis olunması günüdür. Düz 17 il öncə, Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın-Yeni Azərbaycan Partiyasının yaranma zərurətini meydana gətirdi. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən zamanda ölkəni bəlalardan qurtardı və inkişaf yoluna doğru istiqamətləndirdi. Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası öz tarixinin mürəkkəb dövrünü yaşayırdı. Azərbaycan xalqının müstəqilliyinin əleyhinə […]

Cəmiyyət

Əmlak bazarında qiyməti artıran elə alıcılardır? – RƏY + FOTO

Bakıda mənzil bazarında qiymət artımları nisbətən səngiyib. Xüsusən, daha bahalı mənzillərdə. Belə ki, 150 min manatadək olan mənzillərin qiymətində oktyabrda 2 faiz, 150-250 min manat qiymət aralığında təklif olunan mənzillərdə isə 1 faiz bahalaşma olub. Avqustda bu artım müvafiq olaraq 6 və 5 faiz olub. Mənzil bazarında tələb aşağı olsa da, qiymətlər əvvəlki kimi əl yandırır. […]

Cəmiyyət

Bakıda avtomobildə sürücü müştərini döyüb

Bakıda avtomobildə sürücü müştərini döyüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə noyabrın 18-də saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində “Hyundai” markalı bir avtomobilin sürücüsünün Bakı şəhər sakini Ə.Nəcəfovu döyüb mobil telefonunu və qızıl bilərziyini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub. Polis […]

Cəmiyyət

Sakinlərin şikayətinə DYP-dən REAKSİYA: “Sürücülər 30 manat cərimə oluna bilərlər” – VİDEO

“Avtomobil yollarında lüzumsuz yerə siqnallardan istifadə edən sürücüləri diqqətli olmağa səsləyirik. Paytaxt sakinləri hər gün yollarda hərəkətin fasiləsizliyinin tənzimlənməsi, eləcə də milyonlarla insanın mənzilbaşına təhlükəsiz şəraitdə çatması üçün atılan addımlara dəstək olsunlar”.  Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli avtomobil yollarında sürücülərin gecə-gündüz lüzumsuz səs siqnallarından […]

Dünya

Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazandı – FOTO

Azərbaycan millisinin üzvü Bəhmən Nəsiri Türkiyənin Adıyaman şəhərində keçirilən avarçəkmə marafonunda qızıl medal qazanıb. “Report”un məlumatına görə, idmançı akademik avarçəkmə qayığında 42 kilometr məsafəni 2 saat 42 dəqiqə 18 saniyəyə qət edib. “Commagene Rowing Marathon” adlanan turnirdə yığmanın digər üzvü Ziya Məmmədzadə də mübarizə aparıb. Qeyd edək ki, turnirdə 38-i qadın olmaqla, ümumilikdə 82 avarçəkən […]