Dünya

Ərdoğan ilk dəfə Misir prezidenti ilə görüşüb – FOTO

Türkiyə və Misir prezidentləri Rəcəb Tayyib Ərdoğanla Fəttah əs-Sisi bazar günü ilk görüşlərini keçiriblər. Müvafiq görüntüləri “Anadolu” agentliyi yayıb. Görüş Qətərdə futbol üzrə dünya çempionatının açılış mərasimində baş tutub. Liderlər bir-birini salamlayıb və əl sıxışıblar. Turkish President Recep Tayyip Erdogan attends the opening ceremony of the 2022 FIFA World Cup in Qatar pic.twitter.com/VBT9oZl62d — ANADOLU […]

Cəmiyyət

Cəlilabad sakini həmkəndlisini bıçaqladı

Cəlilabad rayon sakini həmkəndlisini bıçaqlayıb. “Report”un məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Cəlayir kəndində baş verib. Belə ki, kənd sakini 1981-ci il təvəllüdlü Rahib Aslanlı qarın boşluğuna nüfuz edən bıçaq xəsarəti ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına daxil olub. Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Molla rejiminin şovinist siyasəti – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı oldu. Tərəflər hansı məsələləri müzakirə etdilər? Molla rejiminin şovinist siyasəti. Milyonlarla soydaşımız İranın qəddar siyasətindən əziyyət çəkir. Kütləvi şəkildə qayda pozan sürücülər cərimələndilər. Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: Xeberal.az

Dünya

İstanbul terrorunda iştirakda şübhəli bilinən daha iki nəfər həbs olunub

Bazar günü İstanbul məhkəməsi noyabrın 13-də İstiqlal küçəsində törədilən terror aktında iştirak ittihamı ilə iki nəfəri həbs edib. Bununla da iş üzrə həbs olunanların ümumi sayı 19-a çatıb. Məlumata görə, iş üzrə saxlanılanların hamısı “dövlətin birliyini və bütövlüyünü pozma” və “qəsdən adam öldürmə” maddələri ilə həbs ediliblər. Mənbə: TRT Xeberal.az

İdman

Qətərdə futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib – FOTO/VİDEO

Qətərdə futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Tədbir bu axşam Qətər və Ekvador yığmaları arasında turnirin açılış matçına da ev sahibliyi edəcək “El Bayt” stadionunda təşkil olunub. Vaxtilə Fransa seçməsinin heyətində çıxış edən Marsel Desayi dünya kubokunu stadiona gətirib. Qeyd edək ki, bu, ərəb dünyasında və müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədə keçirilən ilk […]

Cəmiyyət

Gecə səs salanlar cərimələnəcəklər: Şəhər sakinləri mövzu ilə bağlı nə düşünürlər? – SORĞU + VİDEO

Yüksək səslə avtomobil idarə edən sürücülər, mənzillərdə, küçə və istirahət məkanlarında yüksəs səslə narahatlıq yaradan hər kəs cərimələnəcək. Belə ki, gecə saat 00:00-dan səhər saat 07:00-a kimi bu qaydaları pozan fiziki şəxslər 150-200 manat, hüquqi şəxslər isə 2000-2500 manat civarında cərimə ediləcəklər. Qəbul olunan yeni qayda ilə bağlı şəhər sakinləri arasında sorğu aparılıb. Mövzu ilə bağlı […]

Siyasət

İranın Güney azərbaycanlılara zülmü – VİDEO

Bu gün İranda yaşayan milyonlarla azərbaycanlı şovinist fars siyasətindən əziyyət çəkir. Güneyli soydaşlarımızın itkin düşməsi, həbs edilməsi və edama məhkum edilməsi, zorakılıq və amansız rəftara məruz qalması bunun bariz nümunəsidir. Tehran hakimiyyəti Azərbaycan məktəblərinin açıqlmasına imkan vermir. Soydaşlarımızın öz ana dilini, tarixini öyrənməsinə mane olur. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Dünya

Tbilisidə Saakaşvilinin xaricdə müalicə üçün buraxılması tələbi ilə aksiya keçirilib

Bazar günü bir neçə yüz nəfər Gürcüstan hökumətinin binası yaxınlığında toplaşaraq hakimiyyətdən həbsdə olan ölkənin eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə aparılmasına icazə verməsini tələb edib. Sabiq prezidentin tərəfdarları, eləcə də həkimlər hökumət evinin yaxınlığındakı meydana toplaşaraq Saakaşvilinin xaricdə müalicəyə ehtiyac duyduğunu və səhhətinin ağır olması səbəbindən həyatının təhlükədə olduğunu iddia ediblər. Mitinqdə Saakaşvilinin anası […]