Cəmiyyət

Hamılıqla düşdüyümüz tor: İnternetdən gələn neqativ xəbərlərin aludəçiliyi – ARAŞDIRMA + FOTO

Sosial şəbəkələrin, teleqram kanallarının xəbər lentlərini vərəqləmək və bəd xəbərlərin girdabına düşmək artıq zaman məhdudiyyəti tanımır. Günə smartfonla yeganə dost kimi, ekranı vərəqləməklə başlamaq bir növ hər birimizin “xəstəliyinə” çevrilib. Beyni məhv edən məlumat acgözlüyü səhhətimizdən də fəsadsız ötüşmür. Rəqəmsal inqilab yenilikləri sırasına mənfi yüklü xəbər oxumaq vərdişi – dumskrollinq (doomscrolling) kimi yeni bir xəstəlik […]

Cəmiyyət

Cəlilabadda iki piyadanı avtomobil vurub

Cəlilabad rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən iki nəfər rayonun Kazımabad kənd sakinləri – 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu və onun qardaşı 1990-ci il təvəllüdlü Kərimov Orxan Tacəddin oğlunu minik avtomobili […]

Dünya

ABŞ müharibə başlayandan bəri Ukraynaya 88 min ton silah və hərbi texnika verib

ABŞ müharibə başlayandan bəri Ukraynaya 230-dan çox artilleriya sistemi tədarük edib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Məlumata görə, ABŞ-dən Ukraynaya 142 yedəkli M777A2 155 mm-lik haubitsa və 36 ədəd 105 mm-lik haubitsa verilib. Bundan əlavə, ölkəyə 38 HIMARS MLRS və iyirmi 120 mm-lik minaatan göndərilib. Həmçinin, silahların çatdırılması üçün ağır yük təyyarələri ilə […]

Cəmiyyət

Mütəxəssis: “Autizmli uşaqların sevgiyə və təhsilə çox ehtiyacı var” – MÜSAHİBƏ + FOTO

Bakıdakı reabilitasiya mərkəzlərinin birində uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər böyük səs-küy yaratdı. Bu hadisə autizm sindromlu uşaqların tərbiyə olunma metodunu, onlara qarşı davranış qaydalarını yenidən gündəmə gətirdi. Sözügedən mövzu ilə bağlı türk mütəxəssis, uşaq və yeniyetmə psixiatriya mütəxəssisi, uzman həkim Nəcməddin Dəmir “Kaspi” qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik: – Nəcməddin bəy, autizm hansı […]

Cəmiyyət

Qusarda ağır qəza: Ölən və yaralanan var – FOTO

Qusar rayonunda avtomobil qəzası baş verib. “Report”un Şimal bürosunun məlumatına görə, rayonun Əvəcuq kəndində VAZ-2107 və “Tucson” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində bir nəfər – 1993-cü il təvəllüdlü Kamil Tofik oğlu Ədilxanov ölüb. Eyni zamanda rayon sakini – 1995-ci il təvəllüdlü Tural Tərlan oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qusar Rayon Mərkəzi […]

İdman

“Qarabağ”ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açdı

“Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı Azərbaycan millisində ilk qollarını vurublar. “Report”un məlumatına görə, hər iki oyunçu səfərdə Şimali Makedoniyaya qarşı keçirilən yoldaşlıq matında fərqlənib. 22 yaşlı müdafiəçi buna yığmadakı 8-ci, 20 yaşlı hücumçu isə 5-ci görüşündə nail olub. Cəfərquliyev 28-ci, Qurbanlı isə 65-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Qeyd edək ki, qarşılaşma Azərbaycan millisinin […]

Siyasət

Hikmət Hacıyev: “Azərbaycan hər zaman İranla əlaqələrin inkişafında maraqlı olub”

“İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlaması ilə tanış olmuşuq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Agentliyin “İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycan-İran əlaqələri haqqında bəyanatla çıxış edib, ölkələrimizin ortaq tarixi irsə və adət-ənənələrə malik […]

Cəmiyyət

Ağdam rayonunda zəncirvari yol qəzası baş verib – FOTO

Ağdam rayonunda zəncirvari yol qəzası baş verib. Trend-in xəbərinə görə hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, eyni istiqamətdə hərəkət edən KamAZ markalı yük maşını “Mercedes” markalı minik maşınına, “Mercedes” isə “BMW” markalı maşına çırpılıb. Hər iki minik maşını ciddi zərər görüb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma başlanıb. […]

Dünya

Türkiyədə sərhəd məntəqəsinə raket atılıb: Yaralananlar var

Terror təşkilatı YPG/PKK üzvlərinin Suriyanın şimalında atdığı raket Öncüpınar Sərhəd Qapısı ərazisinə düşüb. Bölgəyə çoxlu sayda təcili yardım və təhlükəsizlik qüvvələri göndərilib. Daxili İşlər Nazirliyinin son açıqlamasına görə, terror aktında 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik işçisi yaralanıb. Mənbə: Haber Global Xeberal.az

Siyasət

İranın Ali Rəhbərinin müşaviri: “Azərbaycan xalqı bizim gözümüzün nurudur”

“İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır”. “Report” xəbər verir ki, bu fikirlər İran İslam Respublikasının Ali Rəhbərininin müşaviri Əli Əkbər Vilayətinin Qafqazdakı hadisələr, İran və Azərbaycan əlaqələri ilə bağlı […]