Dünya

Erməni mediası: “Blinken Paşinyanla kifayət qədər sərt tonda danışıb”

“Bu yaxınlarda ABŞ dövlət katibi Antoni Blinken Nikol Paşinyanla telefon danışığı aparıb. Rəsmi məlumatlardan məlum olub ki, dövlət katibi bir sıra digər protokol formulları ilə yanaşı, Paşinyanı sülh prosesinin təşviqi üçün konkret nəticələrin əldə edilməsi istiqamətində irəliləyişi davam etdirməyə çağırıb. Çoxlarını maraqlandırırdı ki, niyə belə “zəng” yalnız Ermənistan tərəfinə edilib”. Bu barədə Ermənistanın “Past” qəzetində […]

Dünya

Mixail Saakaşvili zəhərlənib

Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili zəhərlənib. Bu barədə sabiq prezidentin vəkili Valeri Gelbaxiani xarici ekspertlərin rəyi əsasında bildirib.  “Mən onun zəhərlənməsi faktını təsdiqləyirəm”, – deyə Gelbaxiani əlavə edib. O zəhərlənmənin  hansı maddələrdən baş verməsinə dair araşdırmaların davam etdiyini vurğulayıb.  Vəkil həmçinin zəhərlənmənin civə, barium və kalium kimi zəhərli maddələrdən baş verə biləcəyi haqqında məlumatlar olduğunu […]

Cəmiyyət

Yüksək səslə mahnı dinləyən şəxsi qətlə yetirdi – TƏFƏRRÜAT + VİDEO

Yüksək səslə mahnı dinləyən şəxs qətlə yetirilib. Hadisə 2019-cu il martın 9-da Binəqədi-Xırdalan şosesində, Qiyas Niyazova məxsus fərdi evdə baş verib. Otaqlardan birində Şəhriyar Allahverdizadənin üzərində bıçaq xəsarəti olan meyiti aşkar edilib. İstintaqla müəyyən edilib ki, İstintaqla müəyyən edilib ki, martın 9-u gecə saat 2 radələrində Cavid Həmidli, onunla eyni otaqda kirayədə yaşayan Səbuhi Şirinov və […]

İdman

De Byazi: “İtirəcəyimiz bir şeyimiz yoxdur”

“Rəqib yaxşı komandadır. Onların keyfiyyətli oyunçuları var”. “Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib. 66 yaşlı mütəxəssis makedoniyalı bəzi futbolçuların Avropa klublarında çıxış etdiyini xatırladıb:  “Rəqibin İtaliya seçməsi ilə matçını futbolçulara göstərmişəm. Sabah ağıllı oyuna üstünlük verməliyik. Bu komandaya qarşı […]

Dünya

Xersonda Rusiya diversiya qrupları aşkar edildi – Xəbərlərin 17:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Ermənistan əhalisinin yarısı yoxsul vəziyyətdədir. Ölkənin əmək və sosial məsələlər naziri həyəcan təbili çaldı. Xersonda Rusiya diversiya qrupları aşkar edildi. Şəhər minalardan təmizlənir. Baku TV-nin sifarişi və dəstəyi ilə çəkilən sosial çarx festivalda qalib gəldi. Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Azərbaycanda daha 34 nəfər COVID-19-a yoluxub, üç nəfər vəfat edib – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən üç nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 823 923 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 721 nəfər müalicə olunaraq sağalıb, 9 972 nəfər vəfat edib, […]

Dünya

FIFA prezidenti: “Üç saat pivəsiz yaşamaq olar”

Qətərdə keçiriləcək dünya çempionatı zamanı stadionlarda alkoqollu pivə qadağası futbol azarkeşlərini oyuna getməkdən çəkindirməyəcək. Bu barədə FIFA prezidenti Canni İnfantino mətbuat konfransında məlumat verib. “Şəxsən mən hesab edirəm ki, gündə üç saat pivə içməsən də, sağ qalarsan. Fransa, İspaniya və Şotlandiyada da belə qadağalar var”, – deyə İnfantino bildirib. Xatırladaq ki, FIFA bu qadağanı noyabrın 18-də, […]

Cəmiyyət

Azərbaycanda bankir vəfat etdi

“MuğanBank” ASC-nin əsas səhmdarlarından biri vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bankın səhmlərinin 11,58 faizinə sahib olan iş adamı Maqbet Mehdiyev dünyasını dəyişib. O, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin qudası idi. Qeyd edək ki, hazırda bankın əsas səhmdarı (67,74%) və Müşahidə Şurasının sədri Maqbet Mehdiyevin oğlu Elmir Mehdiyevdir. Hazırda bankın ümumi səhm kapitalı 107,5 milyon […]

Dünya

NATO təlimləri zamanı Rusiya təyyarələri təhlükəli anlar yaşatdı

NATO-nun Baltik dənizində keçirdiyi təlimlər zamanı Rusiya təyyarələri bir neçə gəminin üzərindən uçub. Bildirilir ki, Rusiya qırıcıları NATO gəmilərinin üzərindən 91 metr hündürlükdə və cəmi 73 metr məsafədə uçub. Alyansın dəniz komandanlığı hadisənin miqyasını “təhlükəli” sinfinə aid edib. NATO hava hücumundan müdafiə təlimləri üçün istifadə edilən ərazidə baş vermiş hadisəni təhlükəli və qeyri-peşəkar hesab etdiyini bildirib. Bəyanatda manevrlər zamanı Rusiyaya […]

Dünya

Bolqarıstan və Türkiyədə İstanbul terrorunda şübhəli bilinən şəxslər saxlanılıblar

Bolqarıstan polisi noyabrın 13-də İstanbulun İstiqlal küçəsində altı nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı beş şübhəlini saxlayıb. Bu barədə Bolqarıstanın milli televiziyası məlumat yayıb. Qeyd olunur ki, saxlanılanlar arasında Moldova vətəndaşları və ərəb əsilli şəxslər də var. Bolqarıstan Prokurorluğunun rəsmi nümayəndəsi Siyka Mileva saxlanma ilə bağlı məlumatı təsdiqləyərək bildirib ki, beş nəfərdən dördü […]