Cəmiyyət

Yüksək səslə mahnı dinləyən şəxsi qətlə yetirdi – TƏFƏRRÜAT + VİDEO

Sharing is caring!

Yüksək səslə mahnı dinləyən şəxs qətlə yetirilib.

Hadisə 2019-cu il martın 9-da Binəqədi-Xırdalan şosesində, Qiyas Niyazova məxsus fərdi evdə baş verib. Otaqlardan birində Şəhriyar Allahverdizadənin üzərində bıçaq xəsarəti olan meyiti aşkar edilib.

İstintaqla müəyyən edilib ki, İstintaqla müəyyən edilib ki, martın 9-u gecə saat 2 radələrində Cavid Həmidli, onunla eyni otaqda kirayədə yaşayan Səbuhi Şirinov və tanışı İbrahim Qasımzadə ilə birlikdə yemək yeyərkən qonşu otaqda qalan Şəhriyar Allahverdizadə və Elgiz Seyidov yüksək səslə musiqi dinləməsi mübahisəyə səbəb olub. Səbuhi Şirinov Elgiz Seyidovu çağıraraq, onları narahat etdiklərini bildirib və musiqinin səsini azaltmasını xahiş edib. Sərxoş vəziyyətdə olan Elgiz Seyidov musiqinin səsini azaldacaqlarını söyləyəndə, Şəhriyar Allahverdizadə otaqdan çıxaraq “Sən kimsən ki, bizə deyirsən səsi azalt?” deyib. Bunu özünə qarşı hörmətsizlik kimi qəbul edən Cavid Həmidli Şəhriyar Allahverdizadənin üzünə yumruqla zərbə vurub, onu yerə yıxıb. Ardınca da mübahisəyə müdaxilə etmək istəyən Elgiz Seyidovun sinəsinə də bir dəfə zərbə endirib. Daha sonra öz otaqlarına girib yastığın altına qoyduğu qatlanan ov bıçağını götürüb. Geri qayıdıb Şəhriyar Allahverdizadənin döş qəfəsinə bıçaqla bir dəfə zərbə vuraraq onu öldürüb.

İş üzrə dindirilmiş Cavid Həmidli bildirib ki, hərbi xidmətdən yaşadığı Bərdə rayonuna qayıtdıqdan bir müddət sonra işləmək məqsədilə Bakı şəhərinə gəlib. Paytaxtda müxtəlif yerlərdə fəhlə işləyib. Binəqədi qəsəbəsində Qiyas Niyazova məxsus fərdi evdə kirayədə yaşayıb. Evin həyətində ayrı-ayrılıqda 4 otaq olub. Pünhan Xəlilov və Səbuhi Şirinovla birlikdə qalıb. Fəhlə işlədiyindən hər gün evə gecə saat 1-2 radələrində gəlib. Yemək yeyəndən sonra yorğun olduğundan yatmaq istəyib. Musiqi səsini azaltmaları üçün sonradan adlarını bildiyi Elgiz və Şəhriyarın yaşadıqları otağa yaxınlaşıb qapını döyüb. Qapını açan Elgizdən mahnının səsini azaltmasını xahiş edəndə qonşusu ona səsi azaldacağını deyib. Bu zaman Şəhriyar otaqdan çıxaraq musiqinin səsinin azaltmayacağını bildirib və onu söyüb. Valideynlərini itirdiyindən Şəhriyarın söyüşləri ona çox pis təsir edib. Yaşadığı otağa keçib, yastığın altından özünə məxsus bıçağı götürüb. Şəhriyar əlində bıçaqla üstünə gələndə öz bıçağı ilə onun qoluna xəsarət yetirmək istəyib. Amma bıçaq Şəhriyarın ürəyinə dəyib.

Məhkəmə iclasında Cavid Həmidli ittiham üzrə özünü təqsirli bilib.

O, cavan olmasını, cinayəti Şəhriyar Allahverdizadənin onun valideynlərini təhqir etməsi nəticəsində törətdiyini bildirərək, məhkəmədə barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Həmidli 11 il müddətinə azadlıqdan məhrum olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir