İdman

Millimiz kikboks üzrə Avropa çempionatını 17 medalla tamamlayıb – FOTO

Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatı başa çatıb Azərbaycan Kikboksinq Federasiyasından Oxu.Az-a verilən məlumata görə, millimizin daha bir gənc üzvü “Low kick” versiyasında qızıl medal qazanıb. Ötən ay İtaliyada gənclər arasında dünya çempionu olmuş 17 yaşlı “Ağ canavar” ləqəbli Amin Quliyev (60 kq) finalda Andres Unsueyə (İspaniya) qalib gəlib. Digər finalçılarımız – Nihad […]

Kriminal

Rəşad Dağlı Bakı İstintaq Təcridxanasında ailəsi ilə görüşəcək

Qətl törətməkdə təqsirləndirilərək həbs olunan meyxanaçı Rəşad Dağlı ilə ailəsi sabah görüşəcək. Oxu.Az “interpress.az”az-a istinadən məlumat verir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan meyxanaçı ilə ailə üzvlərinin görüşünə icazə verilib. Qeyd edək ki, bir neçə gün əvvəl Rəşad Dağlı Qaradağ rayonu Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirmək şübhəsi ilə saxlanılıb. Faktla bağlı Qaradağ […]

Cəmiyyət

Qarakənd faciəsindən 31 il ötür

Bu gün göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 31 il ötür. Oxu.Az xatırladır ki, Azərbaycanın dövlət rəsmilərini daşıyan “Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub. Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri  – ümumilikdə 22 nəfər […]

Siyasət

Ağdamın işğaldan azad edilməsindən iki il keçir – FOTO

Bu gün Ağdam rayonunun Ermənistanın işğalından azad edilməsindən iki il keçir. Oxu.Az bildirir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 20 gün ərzində 3 rayonu işğaldan azad edib. 2020-ci ilin noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verilib. Bu gün Ağdamda […]

Cəmiyyət

“Kimi oynasam, Məhəbbətə oxşayır…” – SƏNƏT SÖHBƏTİ + FOTO

“Kaspi” qəzetinin əməkdaşı tanıdığımız, sevdiyimiz “Məhəbbət” və ya Əməkdar mədəniyyət işçisi Ramin Hacıyevlə söhbətləşib. Ramin bəy deyir ki, rejissorun daxili nədirsə, xarici də odur: “Yəni rejissor daxilindəkini üzə çıxarır. İçimdə indi komediya varsa, komediya çəkəcəm, dram varsa, dram”.  Komediya janrında tanınan Ramin bəy dram janrında da serial çəkib: “Mən kiməm” serialı dram janrındadır. Onu çəkəndə […]

Mədəniyyət

Tanınmış teatr xadimi Natiq Gülməmmədov vəfat edib

Bu gün axşam saatlarında Azərbaycanın tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi Natiq Gülməmmədov ürək çatışmazlığından vəfat edib. Gülməmmədov Natiq Məmməd oğlu 1955-ci il iyunun 10-da Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “mədəni maarif” fakültəsinə daxil olub, 1991-ci ildə İnstitutu bitirib. 1973–1979-cu illərdə […]

Cəmiyyət

Sumayıtda 90 ailənin yaşadığı binaya niyə istilik verilmir? – VİDEO

Sumayıtda 90 ailənin yaşadığı binaya istilik verilmir. Söhbət şəhərin 17-ci mikrorayonunda yerləşən 63 saylı binadan gedir. Sakinlər iddia edirlər ki, noyabrın 15-dən istiliyin veriləcəyi vəd edilsə də, bu, özünü doğrultmayıb. Artıq dörd gündür ki, bina sakinləri istilik gözləyirlər. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Cəmiyyət

Şəmkir sakini dəm qazından boğularaq ölüb

Şəmkirdə kişi dəm qazından boğularaq ölüb. Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1982-ci il təvəllüdlü Elbrus Abdulrəhimovun yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub ölməsi ilə bağlı məlumat daxil olub. Dərhal RPŞ və rayon […]

İdman

Messi və Ronaldu şahmat taxtası arxasında – FOTO

Messi və Ronaldu arasındakı rəqabət futbol meydançalarından da kənara çıxıb. Ulduz oyunçular bu dəfə şahmat taxtası arxasında qarşılaşıblar. Hərçənd, hər iki hücumçunun eyni vaxtda “Instagram” səhifələrindən etdikləri paylaşımlar reklam xarakteri daşıyıb. İstifadəçilər tərəfindən maraqla qarşılanan görüntülər amerikalı fotoqraf Anna Leybovits tərəfindən çəkilib. Xeberal.az